Axtarış
The search found 105857 results in 0.088 seconds.
Search results
NAXÇIVAN AEROPORTUNDA GƏRGİNLİK - Bakıya gəlmək istəyən sərnişinlərdən "koronavirus arayışı" tələb olunur
Naxçıvan Muxtar Respublikasından (MR) Bakıya gəlmək istəyən vətəndaşlar ciddi problemlə üzləşib.
Muxalifet4 - 24-03-2020
AZƏRBAYCANLI TƏLƏBƏLƏR ÖLKƏYƏ QAYIDA BİLMİR - "3 gündür İstanbul hava limanında yatırıq" / VİDEO
"3 gündür İstanbul hava limanında yatırıq. Konsulluğa zəng vurduq, dedilər ki, öz bildiyiniz kimi gedin, biz sizin ölkəyə gedişinizi təşkil edə bilmirik".
Muxalifet4 - 24-03-2020
"Bir, ya iki həftədən sonra Azərbaycan Ermənistana bu sualı verə bilər ki, qoşunlarınızı torpaqlarımızdan neçə günə çıxarırsınız?!” - SABİQ NAZİRDƏN ŞOK AÇIQLAMA
"Axır ki, tək qaldıq - Ermənistan, Azərbaycan və koronavirus. Bir həftə öncə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, regionda yeganə dəstək strukturuna rəhbərlik edən Kasprşik özünü prosesdən kənarlaşdırdı. KTMT, NATO, AB və MDB ölkələri sərhədləri bağlayıb, bütün ünsiyyətləri bir-biri ilə dayandırdı..."
Muxalifet.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib.
O bildirib ki, Amerika maliyyə ekspertləri koronavirus səbəbindən iqtisadiyyatın 30 faiz azalacağını güman edirlər:
Muxalifet4 - 24-03-2020
Putin koronavirusa yoluxanların yerləşdirildiyi xüsusi xəstəxanaya getdi - FOTO
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin riskli addım atıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, V.Putin martın 24-də ciddi gigiyena-izoliyasiya prosedurları keçəndən sonra Moskva yaxınlığında koronavirusa yoluxmuş xəstələrin saxlandığı xüsusi xəstəxanaya gedib.
Qoruyucu geyim geyinmiş Putinin fotoları dünyada şok effekti yaradıb.
Rusiya Prezidenti müəssisədə xəstələrin vəziyyəti və koronavirusa qarşı tədbirlərlə maraqlanıb, göstərişlər verib.
Muxalifet4 - 25-03-2020
AZAL daha 230 Azərbaycan vətəndaşını ölkəyə gətirdi
Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün uçuşları davam etdirir.
“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib ki, martın 24-də şirkət Nyu-Yorkdan və İstanbuldan reyslər yerinə yetirərək, ümumilikdə 230 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.
Xatırladaq ki, ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qayıtması tarixləri Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.
Muxalifet4 - 25-03-2020
Dünyada koronavirusa yoluxanların sayı 400 min nəfəri ötdü
Dünyada koronavirusa yoluxanların ümumi sayı altı gündə iki dəfə artıb.
Bu barədə məlumatı “TASS” agentliyi yayıb.
Qeyd olunub ki, agentliyin müxbirləri tərəfindən xəstəlik hallarının qeydə alındığı ölkələrdə hakimiyyət və ekspertlərin rəsmi açıqlamaları əsasında toplanılan statistik məlumatlara əsasən dünyada virusa yoluxanların sayı 400 min nəfəri ötüb.
Muxalifet4 - 25-03-2020
ABŞ-da koronavirusdan ölənlərin sayı 700 nəfəri ötdü
ABŞ-da koronavirusa yoluxanların və bu virusa yoluxma səbəbindən dünyasını dəyişənlərin sayı durmadan artır.
Bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.
Belə ki, 53 600 nəfərin virusa yoluxması analiz testləri vasitəsilə təsdiq olunub.
Birləşmiş Ştatlarda adı çəkilən virusa yoluxma səbəbindən ölənlərin sayı 703-ə çatıb.
Muxalifet4 - 25-03-2020
Ermənistanda koronavirusa yoluxanların sayı 249-a yüksəldi
"Ermənistanda koronavirusa yoluxanların sayı 249-a yüksəlib, onlardan birinin vəziyyəti son dərəcə ağırdır".
“Med.news”xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O qeyd edib ki, xəstələrin əksəriyyəti “Nork” Yoluxucu Xəstəliklər Mərkəzindədir: “Yoluxanların əksəriyyətində hərarət və ya digər simptomlar yoxdur, infeksiyanın yayılmasının qarşısını almaq üçün xəstəxanada qalırlar”.
Muxalifet4 - 25-03-2020
Dünyada koronavirusdan 16 min 231 nəfər ölüb - ÜST AÇIQLADI
Dünyada 372 min 757 nəfər koronavirus yoluxub, 16 min 231 ölüm hadisəsi qeydə alınıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə çərşənbə axşamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martın 24-nə olan bülletenində bildirilib.
Statistikaya görə, yoluxanların sayı son gündə təxminən 40 min, ölənlərin sayı isə 1722 nəfər olub.
Ən çox yoluxma və ölüm halı Avropada qeydə alınıb.
Sonrakı yerlərdə isə Çin, Koreya Respublikası və Yaponiya, Cənubi və Şimali Amerika ölkələri qərarlaşıb.
Muxalifet4 - 25-03-2020
Çində koronavirusa daxili yoluxma qeydə alınmayıb
Son gün ərzində Çində koronavirus qurbanlarının sayı 9, xəstəliyə yoluxanların sayı isə daha 47 nəfər artıb. Virusa yoluxma daxildə qeydə alınmayıb.
Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Qeyd edilir ki, ölkədə virusa yoluxmuş 491 nəfər sağalıb.
Hazırda Çində 474 idxal olunan koronavirus infeksiya hadisəsi aşkarlanıb.
Muxalifet4 - 25-03-2020
Əhmədli və Maştağada qazı belə oğurlayıblar... - FOTO, VİDEO
Azərbaycanda vətəndaşların və ayrı-ayrı sahibkarlıq obyektlərinin təbii qazdan qanunsuz istifadəsi hər il milyonlarla manat dəyərində yanacağın itkiyə getməsinə, yaxud məsələnin birbaşa mahiyyətini nəzərə alanda oğurlanmasına gətirib çıxarır. “Azəriqaz” İstehsalat Birliyi son zamanlar təbii qazdan qanunsuz istifadənin qarşısının alınması üçün dalbadal reydlər keçirir, çoxsaylı belə faktlar aşkar edir və müntəzəm olaraq vətəndaşları belə əməllərdən çəkinməyə çağırır.
Muxalifet4 - 25-03-2020
Türkiyə mətbuatı Mübariz Mənsimovun erməni iş adamı ilə əlaqələrini ifşa etdi
FETÖ ilə əlaqədar həbs edilən biznesmen Mübariz Mənsimovun amerikalı ortağı Levon Termenjyana ABŞ Xəzinəsini 1 milyard ABŞ dolları aldatdığı səbəbilə 130 il həbs cəzası istənilib.
Bu barədə "Habererk" yazıb.
Muxalifet4 - 23-03-2020
Azərbaycanla İran arasında sərhədin bağlanması müddəti uzadıldı - 20 APRELƏDƏK
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.
Muxalifet4 - 25-03-2020
Koronavirus əşyaların səthində nə qədər canlı qalır? - ALİMLƏRDƏN ŞOK AÇIQLAMA
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi koronavirus infeksiyasının əşyaların səthi üzərində nə qədər müddətdə yaşaması ilə bağlı araşdırma aparıb.
Araşdırmalara əsasən, Covid-19 səth üzərində təxmin edildiyi kimi, 3 gün deyil, bundan 5 dəfə çox müddətdə qala bilir. Belə ki, Yaponiyadakı “Diamond Princess” və Kaliforniyadakı “Grand Princess” gəmilərində karantində qalan sərnişinlərin təxliyyəsindən 17 gün sonra da salonlarda virusun izlərinə rast gəlinib.
Beləliklə, virusun 5 qat daha artıq canlı qala bildiyi qənaətinə gəlinib./Qafqzinfo
Muxalifet4 - 25-03-2020
Marneuli və Bolnisidə gərginlik aradan qaldırılır - FÖVQƏLADƏ VƏZİYYƏT REJİMİ DAVAM EDİR
“Gürcüstanda karantin zonalarının elan edildiyi Marneuli və Bolnisidə ictimaiyyətin məlumatlandırılması ilə bağlı bəzi çətinliklər olub”.
Bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.
Onun sözlərinə görə, bu problem artıq aradan qaldırılıb: “Marneuli və Bolnisidə fövqəladə vəziyyət 48 saatdır elan olunub. Həm hüquq mühafizə orqanları, həm də hərbçilər çox səmərəli iş aparırlar. Təcrid tam təmin edilir və ictimaiyyətə də ətraflı məlumat təqdim olunur”.
Muxalifet4 - 25-03-2020
Rusiya Gürcüstan üzərindən Türkiyəyə tank batalyonlarını yeritməyi nəzərdən keçirir - ALEKSANDR XRAMÇİXİNİN SENSASİON İDDİASI
Rusiya hərbçiləri tank batalyonlarının Gürcüstan ərazisi üzərindən Türkiyəyə yeridilməsi variantını nəzərdən keçirir.
Rusiya mənbələri xəbər verir ki, belə sensasion iddia iə hərbi ekspert Aleksandr Xramçixin çıxış edib.
Hərbi və siyasi analiz İnstitutunun direktor müavini olan Xramçixin bu haqda “Voenno-promışlennıy kuryer” adlı jurnalda dərc edilmiş məqaləsində yazıb.
Muxalifet4 - 25-03-2020
Xarici ölkələrdə 32 Türkiyə vətəndaşı koronavirusdan ölüb
Xarici ölkələrdə koronavirusdan 32 Türkiyə vətəndaşı vəfat edib.
Bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu vətəndaşların çoxu Avropa ölkələrində vəfat edib.Muxalifet4 - 25-03-2020
Gürcüstanda həkim koronavirusa yoluxub, ÇALIŞDIĞI KLİNİKA BAĞLANIB
Gürcüstanda klinikalardan birində ultrasəs müayinəsi həkimində yeni növ koronavirusa (COVİD-19) yoluxma halı qeydə alınıb.
Bu barədə Gürcüstanın “Mtavari arxi” telekanalı məlumat yayıb.
Bildirilib ki, həkim martın 14-də ABŞ-dan Gürcüstana qayıdıb və iki gün boyunca xəstələri qəbul edib. Bundan başqa onun klinikanın 140-dan çox əməkdaşı ilə təmasda olduğu müəyyən edilib.Faktla əlaqədar klinikanın fəaliyyətinin dayandırılıb.Muxalifet4 - 25-03-2020
Azərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti İKİ SAATA ENDİRİLDİ
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yeni iş rejiminə keçib.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.
Hər iki hökumətin birgə razılığına əsasən, məntəqə saat 10:00-dan 12:00-dək fəaliyyət göstərəcək.
Səfirlikdən qeyd olunub ki, hər iki ölkə vətəndaşlarının vətənə qayıtması üçün xüsusi dəhliz fəaliyyət göstərir.
Muxalifet4 - 25-03-2020
Marneuli-Tbilisi istiqamətində son vəziyyət! / VİDEO
Marneuli-Tbilisi istiqamətində hazırda son vəziyyət hansı qaydada davam edir?
Muxalifet.az 24News.ge-nin hazırladığı qısa videonu oxucularına təqdim edir:
Muxalifet4 - 25-03-2020