Sosial şəbəkələrdə görüntüləri yayılan “avtoş” həbs edildi

Baxış sayı:
2714

2020-ci il martın 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsində "VAZ 2106" markalı avtomobili idarə edən sürücünün yol hərəkət qaydalarını davamlı şəkildə pozaraq avtoxuliqanlıq etməsini əks etdirən sosial şəbəkələrdə yerləşdirilmiş videogörüntülər Bakı şəhər BPİ-də araşdırılıb. 
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən verilən məlumata görə, müəyyən edilib ki, həmin gün saat 23 radələrində qəsəbə sakini Faiq Əliyev sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla avtoxuliqanlıq etdiyinə görə Sabunçu RPİ DYPŞ əməkdaşları tərəfindən saxlanılarkən o və sərnişini, qəsəbə sakini, Cəbiyev Ceyhun polisin qanuni tələblərinə tabe olmayıblar. 
Onlar saxlanılaraq Sabunçu RPİ 14-cü PB-yə gətiriliblər. 
Toplanmış materiallar əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sürücü Faiq Əliyev və Ceyhun Cəbiyev İXM-nin müvafiq maddələri ilə inzibati qaydada həbs ediliblər. 
Eləcə də feysbuk sosial şəbəkəsində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “əxlaqsız qadınların və cinsi azlıqların” yığışmasını əks etdirən videoda göstərilən xüsusatlar da araşdırılıb. 
Qeyd olunan ərazidə fahişəliklə məşğul olan iki qadın saxlanılaraq barələrində İXM-nin 524.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə hər biri 100 manat məbləğində cərimə olunublar. 
Həmçinin, eyni əməllə məşğul olan dörd qadın və cinsi azlığın iki nümayəndəsi də saxlanılaraq tibbi müayinəyə cəlb ediliblər. Onların narkotik vasitələrin təsiri altında olmaları müəyyən edildiyindən barələrində İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar Sabunçu Rayon Məhkəməsinəgöndərilib.