İspaniya koronavirusdan ölənlərin sayına görə Çini keçdi

Baxış sayı:
2038

İspaniyada koronavirusdan ölənlərin sayı daha 454 nəfər artaraq 3445 nəfərə çatıb.

"Worldometers.info" saytı xəbər verir ki, bununla İspaniya koronavirusdan ölənlərin sayına görə Çini (3281) geridə qoyub.

Ölkədə ümumilikdə 47611 nəfər koronavirusa yoluxub.

Qeyd edək dünya üzrə koronavirusa yoluxanların sayı 460 min 658-ə çatıb./qafqazinfo