Almaniyada 200-dən çox insan koronavirusdan ölüb

Baxış sayı:
2024

Almaniyada 200-dən çox insan yeni növ koronavirus infeksiyasından ölüb, 37 mindən çoxu bu virusa yoluxub.
“TASS” xəbər verir ki, belə bir məlumatı yerli “n-tv” telekanalı AFR-in federal torpaqlarından əldə olunan özəl analizlərin nəticələri əsasında açıqlayıb.
Məlumata görə, son sutka ərzində təxminən 4 min nəfər virusa yoluxub, ümumilikdə onların sayı 37 011 nəfərdir. 203 alman virusdan ölüb, bu da bir gün əvvəlki göstəricidən təxminən 50 nəfər çoxdur.