Axtarış

The search found 105854 results in 0.03 seconds.

Search results

  1. “Administrasiyanın keçmiş rəhbərliyi tək məktub gizlətməklə məşğul olmayıb ki...” - İLHAM İSMAYIL

    “Prezident Administrasiyasının sabiq rəhbərliyinin bütün neqativ fəaliyyəti üzə çıxarılmalıdır”.
     
    Hurriyyet.org xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Prezident Administrasiyasında yeni və əvvəlki iş rejimləri arasında apardığı müqayisəni dəyərləndirən təhlükəsizlik eksperti İlham İsmayıl deyib.
     
    İlham İsmayılın sözlərinə görə, Administrasiyanın keçmiş rəhbərliyinin fəaliyyəti cəmiyyətin normal inkişafına qarşı yönəlmişdi:
     

    Muxalifet4 - 12-03-2020

  2. Ağcabədidə intihar edən qadının əri tutuldu - RƏSMİ

    Martın 10-da Ağcabədi rayonu, Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Günay Şəmilovanın yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü iplə asaraq intihar etməsi barədə daxil olub məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Muxalifet4 - 12-03-2020

  3. Koronovirusla mübarizədə həlak olanlar şəhid adlandırıldı - DİNİ LİDER SƏRƏNCAM İMZALADI

    İranda koronavirusa yoluxanlar arasında vəzifəli şəxslərin sayı da artmaqda davam edir.

    AzərTAc bildirir ki, İranın Əl İşləri Sənayesi, Mədəni İrs və Turizm naziri Əli Əsgər Munisan, həmçinin Ticarət və Sənaye naziri Rza Rəhmani də virusa yoluxaraq karantinə alınıblar. Onlardan başqa, İranın Ali Rəhbəri Administrasiyasının yüksəkvəzifəli əməkdaşı Məhəmməd Cavad İrəvani də virusa yoluxanlar arasındadır.

    Qeyd edək ki, İran parlamentinin 8 üzvü virusa yoluxub və onlardan ikisi həyatını itirib.

    Muxalifet4 - 12-03-2020

  4. MƏNSİMOVUN SƏHHƏTİNDƏ CİDDİ PROBLEM YARANDI - Xəstəxanaya yerləşdirildi...

    Tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov xəstəxanaya yerləşdirilib.

    Muxalifet.az"qafqazinfo"ya istinadən xəbər verir ki, iş adamının səhhətində ciddi problem yaranıb və dünən axşam İstanbulda xəstəxanalardan birinə aparılıb.

    Qeyd edək ki, Mənsimov bir neçə gün əvvəl əməliyyat olunub.

    Mübariz Mənsimovun vəziyyəti ilə bağlı “Palmali” Şirkətlər Qrupu ilə əlaqə saxlasaq da, bu barədə açıqlama verməkdən imtina ediblər.

    Muxalifet4 - 12-03-2020

  5. Prezident SOCAR-a 11,97 milyon manat ayırdı - SƏRƏNCAM

    Prezident İlham Əliyev "Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

    Muxalifet4 - 12-03-2020

  6. İCRA BAŞÇISININ KORRUPSİYA CİNAYƏTLƏRİ... - Zərdab sakinləri Mərdan Camalovdan şikayətçidir

    Zərdab rayon sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilərin məktubunu olduğu kimi oxucularımıza təqdim edirik:

    Muxalifet4 - 12-03-2020

  7. Koalisiya qüvvələri İranın bazasını bombaladı - Ölənlər və yaralananlar var

    ABŞ-ın lideri olduğu koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr Suriyanın şərqində İran ordusuna məxsus hərbi məntəqələrə hücum edib. İraqda bir ABŞ bazasının hücuma məruz qalmasından sonra ABŞ-ın lideri olduğu İŞİD-ə qarşı koalisiyanın hərbi təyyarələri Suriyada İrana məxsus 3 hərbi nöqtəni hədəfə alıb.

    Deyr əz Zordakı mənbələrin verdiyi məlumata görə, Koalisiyaya məxsus hərbi təyyarələr Bukemel rayonunda yerləşən İmam Əli bazasına, sənaye və Hizam bölgəsindəki hərbi məntəqələrə hücum edib.

    Muxalifet4 - 12-03-2020

  8. ​TÜRK NAZİRDƏN ŞOK XƏBƏRDARLIQ - “Atəşkəs rejimi pozulduğu təqdirdə…”

    Türkiyə Milli Müdafiə naziri Hulusi Akar atəşkəs rejimi pozulduğu təqdirdə, yarımçıq qaldığı yerdən başlayaraq, Əsəd rejiminə zərər verilməyə davam ediləcəyini söyləyib.
    Muxalifet.az xəbər verir ki, rus hərbi heyəti ilə keçirilən görüşlərdə böyük nisbətdə razılaşma əldə edildiyini qeyd edən H.Akar İdlibdə Türkiyəyə aid bütün hərbi birliklərin öz mövcudluqlarını davam etdirdiyini və mövqelərini qoruduğunu, geri çəkilməkdən söhbət belə getmədiyini vurğulayıb:

    Muxalifet4 - 12-03-2020

  9. Bakıda bitki yağının kərə yağı kimi qablaşdırıldığı anbar aşkarlandı - FOTOLAR

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 7-ci döngə ünvanında yerləşən anbarda reyd keçirib.

    Muxalifet.az AQTA-ya istinadən xəbər verir ki, reyd zamanı “LV Standart” MMC tərəfindən idxal olunan “Goldenline” əmtəə nişanlı bitki-kərə spredlərinin Yaqubov Natiq Şaqaim oğlu tərəfindən 800 qram və 1 kq-lıq hissələrə bölünərək “Goldenline” slivoçnoe əmtəə nişanlı kərə yağı kimi etiketlənərək ticarət şəbəkələrinə satılması faktı aşkar edilib.

    Muxalifet4 - 12-03-2020

  10. Elmira Axundova səfir TƏYİN EDİLDİ

    Prezident İlham Əliyev Elmira Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Muxalifet.az xəbər verir ki, sərəncamla Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    Muxalifet4 - 12-03-2020

  11. Türkiyədə sevgilisi Günay Səfərovanı qətlə yetirdi, təslim oldu - FOTO

    Türkiyənin Tekirdağ bölgəsində 41 yaşlı azərbaycanlı Günay Səfərova yaşadığı evdə sevgilisi Tarık T. tərəfindən qətlə yetirilib.
    Bu barədə Türkiyə mətbuatı məlumatı yayıb.
    Hadisə Tükirdağın Çorlu qəsəbəsində ötən gün baş verib. 48 yaşlı Türkiyə vətəndaşı Tarık T. qızı və oğlu ilə birgə yaşayan sevgilisi Günay Səfərovanın evinə gedib. Onların arasında məlum olmayan səbəbdən mübahisə yaranıb və Tarık T.  Səfərovanı 8 bıçaq zərbəsi ilə qətlə yetirib. Daha sonra bıçaqla bərabər polis bölməsinə gəlib və təslim olub.

    Muxalifet4 - 12-03-2020

  12. DTX HƏBS EDƏN MƏMURUN ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ - Məhkəmə qərarı

    Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunan Neftçala rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev barəsində olan məhkəmə qərarı ilə razılaşmayıb.
    Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vüqar Nağıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, həbsdən azad olunması ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

    Muxalifet4 - 12-03-2020

  13. "AMEA-da antisanitariya hökm sürür, bağlanmalıdır..." - Tanınmış alimlərdən AMEA rəhbərliyinə ETİRAZ

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alim əməkdaşları çalışdıqları binanın otaqlarının hələ də dezinfeksiya edilməməsinə görə narazılıq edirlər. 

    Alimlər koronovirusla bağlı AMEA-nın binasının hələ də dezinfeksiya edilməməsi barədə narazılıqlarını artıq sosial şəbəkə müstəvisinə çıxarıblar. 

    Dezinfeksiya işləri aparacaq müvafiq qurumla müqavilə bağlanılsa da, ancaq AMEA-nın binasında hələ də virusa qarşı önləyici tədbirlərin görülmədiyini qeyd edilir. 

    AMEA əməkdaşları buna görə öz narahatlıqlarını sosial şəbəkə vasitəsilə bildirirlər. 

    Muxalifet4 - 12-03-2020

  14. AZƏRBAYCANDA DƏRS İLİNİN VAXTI UZADILDI - Nazirlikdən qərar

    Təhsil Nazirliyi Azərbaycan Universitetlərində dərs ilinin uzadılması haqda qərar verdi.

    Muxalifet.az xəbər verir ki, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək.

    İmtahanlar isə 15 iyunda başlayacaq və 13 iyulda başa çatacaq.

    Muxalifet4 - 12-03-2020

  15. ​İTV-nin əməkdaşı özünü binadan atdı - YENİLƏNİB

    Xəbər verdiyimiz kimi, İctimai Televiziyanın əməkdaşı özünü kanalın binasının 6-cı mərtəbəsindən atıb.
    Məsələ ilə bağlı Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, özünü binadan atan  İTV-də fəhlə işləyən, 1994-cü il təvəllüdlü Bayramov Rasim Eldar oğludur.Onun nə üçün bu addım atdığını hüquq mühafizə orqanları tərəfindən araşdırır.Həmin əməkdaş eşitmə əngəllidir, danışa bilmir.
     
    ***
    Bakıda İctimai Televiziyanın binasında xoşagəlməz hadisə baş verib.

    Muxalifet4 - 12-03-2020

  16. SARS-ı kəşf edən alim koronavirusun bitəcəyi tarixi açıqladı

    2003-cü ildə SARS-ı kəşf edən çinli alim koronavirus epidemiyasının iyun ayında başa çatacağını bildirib.

    “Röyters”in yaydığı xəbərə görə, 83 yaşlı çinli alim Zhong Nanshan, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan elədiyi xəstəliyin iyun ayından etibarən yoxa çıxacağını bildirib. Epidemiyalar üzrə mütəxəssis xəstələrin müalicə edildikdən sonra təkrarən koronavirusa yoluxma risklərinin aşağı olduğunu söyləyib./Hurriyyet.org

    Muxalifet4 - 12-03-2020

  17. “Vəziyyət heç yaxşı deyil...” - Ağalarov dolların bahalaşması və neft haqda

    Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarov yenə də “Komsomolskaya Pravda”ya danışıb, dünya bazarında neftin kəskin ucuzlaşması və bunun təsiri altında rublun ciddi dəyər itirməsi barədə fikirlərini bölüşüb.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, müxbir biznesmenin baş verənlərə münasibətini öyrənmək üçün ona zəng vurub və dəstəyin o tərəfindən səsin yaxşı eşidildiyini deyib:

    -Araz İsgəndəroviç, budur, mən sizə zəng vurdum və dərhal dəstəkdə səs yaxşı eşidildi!

    Muxalifet4 - 12-03-2020

  18. İranda bir gündə koronavirusdan 75 nəfər öldü

    İranda bir gündə yeni koronavirusdan 75 nəfər ölüb.

    APA-nın “Hürriyyət”ə istinadən verdiyi xəbərə görə, bununla da yeni növ koronavirusdan ölənlərin sayı 429 nəfərə çatıb.

    Koronavirusa yoluxanlar isə 10 075 nəfərdir.

    Muxalifet4 - 12-03-2020

  19. Nazir müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM

    İqtisadiyyat Nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib.

    Muxalifet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Xatırladaq ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin edilmişdi. O, bu təyinata qədər Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondunun) icraçı direktoru olub.

    Muxalifet4 - 12-03-2020

  20. “Whatsapp”da koronavirusla bağlı panika yayan “Niquş”la “Tünzalə” polisə ÇAĞIRILIB

    Zaman-zaman “Whatsapp” üzərindən yayılan səs yazıları insanlar arasında panikaya səbəb olur. Bir müddət əvvəl məktəblərdən uşaq “oğurlayan”ın, “virus aşkarlanmadığı halda “Niquşun Azərbaycanda koronavirus var” “xəbərdarlığı” əhalinin gərginliyini artırdı.

    “Niquş”dan sonra peyda olan “Tünzalə” adlı sakin isə təlaşla deyirdi ki, bir qrup adam maşınla evlərə yaxınlaşır, “qripə görə evləri dezinfeksiya” etməyə gəlirlər:

    Muxalifet4 - 12-03-2020

Pages