Axtarış
The search found 105854 results in 0.054 seconds.
Search results
DEPUTAT OĞLUNA QARŞI 1 MİLYONLUQ İTTİHAM - Məhkəməyə verildi...
Tibb Universitetinin keçmiş rektoru, deputat Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanova qarşı keçmiş biznes ortağı 1 milyon dollarlıq iddia qaldırıb.
Muxalifet.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Əmiraslanova məxsus “Azər-Türk Med” klinikasının həmtəsisçisi olmuş Ersadık Ali Haydar oğlu Turan Nəsimi rayon məhkəməsinə müraciət edərək iddia qaldırıb. O, ortağı Azər Əmiraslanovun ona 1 milyon ABŞ dolları borcu ödəməli olduğunu bildirib.
Muxalifet4 - 13-03-2020
“Çoxları yaxınlarını vaxtsız itirəcək...” - Böyük Britaniyanın baş nazirindən ŞOK AÇIQLAMA
Böyük Britaniyanın baş naziri Boris Conson ölkə əhalisini sakitləşdirmək adı ilə onları daha da vahiməyə salacaq sözlər söyləyib. O, koronavirusla bağlı çıxışında “çoxları öz yaxınlarını vaxtsız itirəcəklər” ifadəsini işlədib və yoluxanların sayının rəsmi məlumatlarda göstəriləndən qat-qat çox ola biləcəyini söyləyib. Alimlərin fikrincə, ölkədə 10 min nəfərə qədər insan koronavirus xəstəliyinə yoluxmuş ola bilər.
Muxalifet4 - 13-03-2020
“Bandotdel” Zaqatalada xüsusi əməliyyat keçirir - SAXLANILANLAR VAR
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Zaqatalada xüsusi əməliyyat keçirir.
APA-nın məlumatına görə, silahlı qruplaşma üzvlərinə qarşı keçirilən əməliyyat zamanı saxlanılanların olduğu bildirilir.
Muxalifet4 - 13-03-2020
Dünyanın ən varlı 20 insanı sutka ərzində 78 milyard dollar itirdi
Nyu-York fond birjasında keçirilən hərrac sessiyasının nəticələrinə əsasən, 1987-ci ilin oktyabr ayından bəri qeydə alınan əsas indekslərin ucuzlaşması səbəbindən dünyanın ən varlı 20 insanı bir sutka ərzində təqribən 78 milyard dollar itirib.
Muxalifet4 - 13-03-2020
DƏHŞƏT: Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlandı
İran İslam Respublikası və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan Respublikasının vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Qeyd edilib ki, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Muxalifet4 - 13-03-2020
Ağstafada 4 nəfəri güllələyib öldürən, 5 sakini isə yaralayan şəxsə HÖKM OXUNDU
Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunda bazarda 4 nəfəri güllələyərək qətlə yetirən Elnur Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən E. Süleymanov ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyunun 17-si saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndi ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında baş verib.
Muxalifet4 - 13-03-2020
Türk əsgəri çörəyini suriyalılarla bölüşür... - FOTO
Xidmət etdiyi bölgələrdə yüksək insani keyfiyyətləri ilə seçilən türk əsgəri “Sülh çeşməsi” əməliyyatının həyata keçirildiyi bölgədə də insanların qəlbində taxt qurub.
Muxalifet.az xəbər verir ki, Türk Silahlı Qüvvələri “Sülh çeşməsi” bölgəsindəki Tel Abyadda onlar üçün səyyar sobalarda bişirilən çörəyi təhlükəsizliyini təmin etdikləri yerli əhali ilə də bölüşür.Muxalifet4 - 13-03-2020
Koronavirusdan ölən şəxs necə dəfn olunmalıdır? - AÇIQLAMA
“Virusdan dünyasını dəyişən şəxsin yuyulması mümkünsüz olsa, meyit torpaqla təyəmmüm edilir. Əgər heç bir təhlükə yoxdursa, mütləq şəkildə yuyulmalıdır. Bunu da artıq mütəxəssislər müəyyən etməlidirlər”.
Bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli koronavirusdan ölən şəxslərin dəfn mərasiminin keçirilməsi prosesinə aydınlıq gətirərkən deyib.
QMİ rəsmisi bildirib ki, virusdan ölən şəxsin harada dəfn olunması mütəxəssislərin rəyindən sonra dəqiqləşir:
Muxalifet4 - 13-03-2020
YAP “ÇOX VACİB” TOPLANTIYA YIĞIŞIR! – Referendum təşəbbüsü göstəriləcək?...
Parlamentin bugünkü iclasında spiker Sahibə Qafarova maraqlı açıqlama verib. Spiker deputatlara təklif edib ki, fasiləsiz işləyib müzakirələri tez yekunlaşdırmaq lazımdır, çünki saat 15:00-da hakim Yeni Azərbaycan Partiyasının (YAP) “çox vacib” toplantısı var. Hakim partiyada spikerin də tribunadan səsləndiridiyi "çox vacib" toplantında hansı məsələlər müzakirəəyə çıxarıla bilər?
Muxalifet4 - 13-03-2020
Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ - Hava şəraiti kəskin dəyişəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Muxalifet4 - 13-03-2020
Təhsil Nazirliyi şagirdlərə müraciət etdi
Təhsil Nazirliyi teledərslərin yayımı ilə əlaqədar şagirdlərə müraciət edib.
Nazirlikdən verilən məlumata görə, "Mədəniyyət” və "ARB Günəş” kanallarında "Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımı davam etdirilir.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə martın 11-dən start verilən teledərslər həftənin 5 günü saat 10:00-dan 16:00-dək "Mədəniyyət” kanalında, saat 14:00-dan isə "ARB Günəş” kanalında yayımlanır.
Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur:
Muxalifet4 - 13-03-2020
TRAMP KORONAVİRUSUN HƏDƏFİNDƏ: "dərin dövlət" ABŞ prezidentini də "yoluxdura" biləcəkmi? - ARAŞDIRMA
Lap əvvəldən koronavirusla bağlı yazdıqlarım ortadadır. Bu hadisələrə heç bir zaman “yarasa yedilər, oradan keçdi” və ya “çəyirtkə tullandı, oradan yayıldı” nağılları kimi baxmadım, baxmaram. Əgər belə bir həmlə Çin üzərindən edilirsə, hər zaman olduğundan daha çox diqqət etmək lazımdır.
Muxalifet4 - 13-03-2020
TÜRK ORDUSU TERRORÇULARA AĞIR ZƏRBƏLƏR ENDİRMƏKDƏDİR – Son 1 ayda 286 terrorçu zərərsizləşdirilib
Türk Silahlı Qüvvələri ölkə daxilində və xaricində terror təşkilatlarına ağır zərbələr endirməyə davam edir.
Son bir ay ərzində Türkiyə və Suriyanın şimalındakı “Sülh çeşməsi”, Münbicdən isə “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarının keçirildiyi bölgələrə daxil olmağa cəhd edən 286 terrorçu zərərsizləşdirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.Muxalifet4 - 13-03-2020
Prezident "Azərsığorta" sədrini vəzifədən çıxardı - SƏRƏNCAM
Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta) sədri Məmməd Əhməd oğlu Məmmədov vəzifəsindən azad edilib.
Hurriyyet.org xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, M.Məmmədov 13 yanvar 1993-cü il tarixindən "Azərsığorta"ya rəhbərlik edir.Muxalifet4 - 13-03-2020
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
"Hazırda Azərbaycanda rəsmi olaraq koronavirusa yoluxduğunu təsdiqlənən 19 hal qeydə alınıb".
Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, onlardan 3 nəfəri tam sağalaraq evə buraxılıb.
Y.Qarayeva bildirib ki, virus aşkar olunan hallar epidemioloji əlaqəli hadisələrdir.
Muxalifet4 - 13-03-2020
"Koronavirusdan ölən şəxslər fərqli qaydada dəfn olunmur" - Yaqut Qarayeva
Koronavirusdan vəfat edən şəxsin dəfn olunması ilə bağlı xüsusi tələblər yoxdur.
Muxalifet.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, vəfat edən şəxslər ölkələrinin adətlərinə görə dəfn olunmalıdır.
Muxalifet4 - 13-03-2020
“Rusiya ilə ilk ortaq patrul nəzarəti 15 martda keçiriləcək!” - Türkiyənin müdafiə naziri
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rusiyanın nümayəndə heyəti ilə görüş barəsində belə deyib: “Hazırlanan mətni hər iki tərəf imzaladı. Razılaşma qüvvəyə mindi. İlk tətbiqini 15 mart tarixində M4-də ortaq patrul nəzarətində görəcəyik”.
Muxalifet4 - 13-03-2020
Azərbaycanda koronavirusa yoluxanların kimlikləri açıqlanacaq? - RƏSMİ
“Biz koronavirus pandemiyasına (COVID-19) yoluxan şəxslərin kimliklərini açıqlaya bilmərik. Çünki bu, etik qaydalara uyğun deyil”.
Muxalifet.az oxu.az-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyində koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan hökumətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyanın yekunlarına dair keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.
Muxalifet4 - 13-03-2020
AZƏRBAYCANDA SƏRT QADAĞALAR TƏTBİQ OLUNDU - Bir ay müddətində bütün kütləvi tədbirlər təxirə salındı və...
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Muxalifet4 - 13-03-2020
Toy məclislərinin keçirilməsi də QADAĞAN EDİLDİ
Azərbaycan ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, 14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla, 14 mart saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir.
Eyni zamanda saat 00:00-dan etibarən dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur.Muxalifet4 - 13-03-2020