Axtarış

The search found 105854 results in 0.05 seconds.

Search results

  1. Market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaq - RƏSMİ AÇIQLAMA

    Sosial şəbəkələrdə və “WhatsApp” ani mesajlaşma əlavələri vasitəsilə koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün Bakı şəhərində ərzaq mağazalarının bağlanacağı və onların iş rejiminə ciddi fasilələr tətbiq olunacağı barədə səs yazısı yayılır.

    Muxalifet4 - 13-03-2020

  2. "XÜSİSİ QAYDALARA CİDDİ RİAYƏT EDİN!" - Azərbaycan hökuməti vətəndaşlara çağırış etdi

    Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir.

    Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir.

    Muxalifet4 - 13-03-2020

  3. Xəstə ziyarətləri də qadağan edildi - BU GECƏDƏN ETİBARƏN...

    Bu gecə 00:00-dan etibarən bir ay müddətində tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir. 

    Bu barədə Nazirlər Kabineti yanında Operativ  Qərargahdan məlumat verilib. 

    Eyni zamanda dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər: “Dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla, ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir”.

    Muxalifet4 - 13-03-2020

  4. Yanlış məlumatlar yayanlar barəsində ciddi tədbirlər görüləcək - OPERATİV QƏRARGAHDAN VƏTƏNDAŞALRA XƏBƏRDARLIQ

    İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək.

    Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Muxalifet4 - 13-03-2020

  5. Türkiyədə koronavirusa yoluxanların sayı 5-ə çatdı - 9 AVROPA ÖLKƏSİNƏ UÇUŞLAR DAYANDIRILDI

    Türkiyədə yeni növ koronavirus (COVID-19) diaqnozu qoyulan xəstələrin sayı 5-ə çatıb.

    Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bu gün keçirilən mətbuat konfransında bu barədə bildirib.

    Nazir deyib ki, koronavirusa yoluxanlar eyni ailə üzvləridir, onlardan ikisinin tənəffüs sistemində ciddi problemlər var.

    F.Qoca xəstəxanalara xəstə ziyarətinə gedənlərin məhdudlaşdırılmasına qərar verildiyini də deyib.

    Muxalifet4 - 13-03-2020

  6. Restoran və kafelərlə bağlı xüsusi təlimatlar hazırlanacaq

    Azərbaycanda restoran və kafelərdə davranış qaydaları ilə bağlı xüsusi təlimatlar işlənib hazırlanacaq.

    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, bu təlimatlar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanacaq.

    Qeyd edək ki, Azərbaycanda restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilib.

    Müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir.

    Muxalifet4 - 13-03-2020

  7. Azərbaycanla Gürcüstan arasında gediş-gəliş dayandırılıb? - NAZİRLƏR KABİNETİNDƏN AÇIQLAMA

    “Gürcüstanın Azərbaycanla gəliş-gedişi dayandırması barədə bu ana qədər məndə hər hansı məlumat yoxdur”.
    Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında  Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
    Qeyd edək ki, bu gün Gürcüstan hökumətinin administrasiyasının yaydığı məlumatda bildirilib ki, iki ölkənin baş nazirləri arasında telefon danışığı olub və telefon danışığı zamanı iki ölkə arasında gediş-gəlişin dayandırılması barədə razılığa gəlinib.

    Muxalifet4 - 13-03-2020

  8. Fransada son bir gündə 800-dən çox insan koronavirusa yoluxdu

    Fransada koronavirusa yoluxanların sayı 3661 nəfərə, bu virusdan ölənlərin sayı isə 79 nəfərə çatıb.

    “TASS” xəbər verir ki, bunu ölkənin İctimai İşlər və Səhiyyə naziri Olivye Veran bildirib.

    “Bu günə olan məlumata görə, yoluxanların sayı 3661 nəfər təşkil edir, bu, dünənki göstəricidən 800 nəfər çoxdur”, - deyə nazir qeyd edib və bildirib ki, ölənlərin sayı son gün ərzində 18 nəfər artaraq 61-dən 79-a yüksəlib./apa

    Muxalifet4 - 13-03-2020

  9. İtaliya klubunun 5 futbolçusunda koronavirus aşkarlandı

    İtaliyanın "Sampdoriya" klubunun 5 futbolçusuna koronavirus diaqnozu qoyulub. 

    Bunlar müdafiəçi Omar Kolli, yarımmüdafiəçi Olbin Ekdal, cinah oyunçusu Morten Torsbyu, eləcə də hücumçular Manolo Qabbyadini və Antonio La Quminadır. Onların hamısından götürülmüş test müsbət nəticə verib. 

    Daha əvvəl "Yuventus"un müdafiəçisi Daniele Ruqanidə də infeksiya aşkarlanıb. Turin klubu futbolçunu onunla təmasda olmuş bütün şəxslərdən izolyasiya edib. Hücumçu Paulo Dibalanın da yoluxması xəbəri isə təsdiqlənməyib./report

    Muxalifet4 - 13-03-2020

  10. Azərbaycan-Gürcüstan sərhədi müvəqqəti bağlandı

    Martın 13-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya arasında telefon danışığı olub.

    Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, 2020-ci il 14 mart saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib.

    Muxalifet4 - 13-03-2020

  11. "Sahibkarlara təzminat ödənilməyəcək" - İbrahim Məmmədov

    "Azərbaycanda restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir, lakin restoran və kafe sahiblərinə hökumət təzminat ödəməyəcək". 

    Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    "Bu tədbirlərin görülməsi həmin sahibkarların özünün və ailə üzvlərinin də təhlükəsizliyi üçün keçirilir. Bu, heç kəsin şəxsi maraqları üçün deyil. Bu, ümummilli məsələdir", - deyə İ.Məmmədov bildirib./Report

    Muxalifet4 - 13-03-2020

  12. Ukraynada koronavirusdan ilk ölüm halı

    Ukraynada 71 yaşlı qadın koronavirusdan ölüb.

    Bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bu, ölkədə pandemiyadan ilk ölüm faktıdır.

    Məlumatda həmin qadının martın 1-də Polşadan Ukraynanın Lvov, daha sonra Jitomir şəhərinə gəldiyi, martın 12-də isə koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilib.

    Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 134 ölkədə qeydə alınıb.

    Muxalifet4 - 13-03-2020

  13. Azərbaycan Premyer Liqası dayandırıldı - RƏSMİ

    Azərbaycan Premyer Liqasının XXI, XXII, I Divizionun isə XX turunun oyunları təxirə salınıb.

    Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əmr imzalayıb.

    Bildirilib ki, qərar son günlər koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri rəhbər tutaraq qəbul olunub.

    Muxalifet4 - 13-03-2020

  14. Koronavirusa görə qadağalara əməl etməyənlər cərimə olunacaq - OPERATİV QƏRARGAHDAN XƏBƏRDARLIQ

    Azərbaycanda koronavirusa görə tətbiq edilən qadağalara riayət etməyənlər cərimə olunacaq.

    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

    Onun sözlərinə görə, qadağalara məhəl qoymayan obyektlər bağlanacaq: "Burada qadağaların pozulması insanların həyatını təhlükəyə ata bilər. Qadağalara Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər Ticarət Departamenti və Daxili İşlər Nazirliyi nəzarət edəcək

    Muxalifet4 - 13-03-2020

  15. KORONAVİRUS AMERİKANI DA "VURDU" - Tramp fövqəladə vəziyyət elan etdi

    ABŞ Prezidenti Donald Tramp koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə ümummilli fövqəladə vəziyyət rejimi tətbiq edib.
    “TASS” xəbər verir ki, amerikalı lideri müvafiq açıqlamanı Ağ Evdə xüsusi çağırılmış mətbuat konfransında səsləndirib.
    Fövqəladə vəziyyət rejimi federal büdcədən ştatların yerli idarəetmə orqanlarına və administrasiyalarına vəsaitin ayırılmasında bürokratik əngəlləri aradan qaldıracaq. Bundan əvvəl ABŞ rəhbərliyi Konqresdən virisun miqyasının qarşısının alınması üçün 8,3 milyard dollar alıb.

    Muxalifet4 - 14-03-2020

  16. Dərslərin təxirə salınması yenidən uzadıla bilər - RƏSMİ

    "Təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı müddət uzadıla bilər”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

    O qeyd edib ki, martın 27-dək təhsil müəssisələrində tədris dayandırılıb:

    “Həmin vaxta bir neçə gün qalmış ölkədəki vəziyyət qiymətləndirilə bilər. Daha sonra dərslərin dayandırılması ilə bağlı vaxtın uzadılıb-uzadılmaması barədə qərar verilə bilər”./oxu.az

    Muxalifet4 - 14-03-2020

  17. Gürcüstana “Buta”dan bilet alanların nəzərinə

    ““Buta Airways” bütün istiqamətlər üzrə biletləri dəyişməyə hazırdır”.

    Bu barədə aviaşirkətin mətbuat xidmətinin məlumatında deyilir:

    “Gürcüstan və Azərbaycan arasında hava əlaqəsinin bağlanması ilə əlaqədar, “Buta Airways” aviaşirkəti 14 mart tarixindən etibarən Bakı-Tbilisi-Bakı istiqaməti üzrə reysləri dayandırır.

    Hazırda qərar martın 24-dək qüvvədədir.

    Yuxarıda qeyd olunan müddət üçün aviabilet almış sərnişinlər uçuş tarixlərini dəyişdirə və ya aviabiletləri əldə etdikləri yerdə cəriməsiz qaytara bilərlər.

    Muxalifet4 - 14-03-2020

  18. Paşinyan və xanımı karantinə alındı - KORONOVİRUSA GÖRƏ

    Ermənistanın Baş Naziri Nikol Paşinyan və xanımı koronavirusa yoluxma şübhəsi ilə əlaqədar karantindədirlər.

    "Armradio" xəbər verir ki, bu barədə Ermənistanın Baş Naziri "Facebook"da canlı yayım edərkən deyib.

    O bildirib ki, sabah yoxlanışdan keçəcək. Baş Nazirin Sevandakı iqamətgahında olduğu bildirilib. Karantinin səbəbi onun xanımının ötən həftə Braziliya Prezidentinin xanımı ilə görüşməsi ilə əlaqədardır.

    Qeyd edək ki, bu gün Braziliya mətbuatı Prezident Jair Bolsonarunun koronavirusa yoluxması barədə məlumat yayıb.

    Muxalifet4 - 14-03-2020

  19. ​Koronavirus siqaret çəkənlərdə daha ağır fəsad törədir

    Dünyada bir nömrəli gündəm hadisəsi halına gələn koronavirus (COVID-19) siqaret çəkənlərdə daha ağır fəsadlar törədir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin Bahçeşehir Universitetinin tibb fakültəsinin xalq sağlamlığı fundamental elm sahəsinin rəhbəri Melike Yavuz bildirib.
    Dünyada minlərlə insanın ölümünə səbəb olan koronavirusun ən çox xroniki xəstəlikləri olan, xüsusilə ağciyər problemləri ilə qarşılaşan insanlara təsir etdiyini bildirən M.Yavuz virusun siqaret çəkən şəxslərdə daha ağır fəsadlara yol açdığını vurğulayıb.

    Muxalifet4 - 14-03-2020

  20. “Sınıq körpü” postunun rəisinin maşınla adam öldürdüyü deyilir - Vüsal Nuriyevin maşını hazırda cərimə meydançasındadır

    Martın 8-də axşam saatlarında Novxanı qəsəbəsində yol-qəza hadisəsi baş verib. “90-AG-303” nömrə nişanlı, “Hundai Sonata” markalı, qara rəngli avtomobilin bir qadını vurduğu bildirilir.

    Məlumatı Meydan TV-yə verən mənbənin sözlərinə görə, vurulan şəxs hadisə yerində ölüb.

    Meydan TV-nin əldə etdiyi məlumata görə, avtomobilin sürücüsü Dövlət Gömrük Komitəsinin “Sınıq Körpü” postunun rəisi Vüsal Nuriyevdir. Hadisə zamanı onun sərxoş vəziyyətdə olduğu bildirilir.

    Gömrük rəsmisinin idarə etdiyi avtomobil də zədələnib.

    Muxalifet4 - 13-03-2020

Pages