Axtarış

The search found 105849 results in 0.087 seconds.

Search results

  1. “Putin maşına qədər bizi yola saldı, lakin bunu göstərmirlər” - ƏRDOĞAN / VİDEOLAR

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başçılıq etdiyi nümayəndə heyətinin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüş öncəsi Rusiya telekanalında qapıda gözlədilməsini əks etdirən süjetə münasibət bildirib.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, Brüsseldən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti deyib ki, Türkiyə-Rusiya əlaqələri bu cür media manipulyasiyalarına qurban edilə bilməz.

    Muxalifet4 - 10-03-2020

  2. Ərdoğan NATO-nun baş katibinin əlini havada saxladı - "KORONA..." / VİDEO

    Türkiyə prezidenti R.T.Ərdoğan Belçikanın paytaxtı Brüssel şəhərində NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

    Görüşdən sonra keçirilən birgə mətbuat konfransının sonunda Stoltenberq Türkiyə prezidenti ilə görüşmək üçün əlini uzatdığı zaman Ərdoğan “korona” deyərək əlini geri çəkib və köksünə qoyub. NATO-nun baş katibi bu davranışı təbəssümlə qarşılayaraq eyni ilə qarşılıq verib./Hurriyyet.org

    Muxalifet4 - 10-03-2020

  3. Təhlükəsizlik Şurasında veto hazırlığı: RUSİYA VƏ ÇİNİN İRANA SİLAH İXRACI MƏXFİLİK PƏRDƏSİ İLƏ ÖRTÜLÜB

    2015-ci ilin nüvə sazişinin şərtlərinə əsasən, BMT-nin İrana silah embarqosu oktyabrda başa çatdıqda, Rusiya və Çinin İran ordusunu gücləndirmək üçün nə dərəcədə çalışa biləcəyi müəmmalıdır.

    ABŞ dövlət katibi Mayk Pompeo Konqresə verdiyi açıqlamada Birləşmiş Ştatların silah embarqosunun “uzadılması üçün beynəlxalq birliyə müraciət edəcəyini” söyləyib. Bununla yanaşı, Moskva BMT Təhlükəsizlik Şurasının embarqonu uzatmaq barədə düşünmək planlarının olmadığını iddia edir.

    Muxalifet4 - 10-03-2020

  4. Türkiyədə “sxodka”: 27 “qanuni oğru” Qulinin başına yığışdı

    İstanbulda 27 “qanuni oğru”nun iştirakı ilə Lotu Qulinin iştirakı ilə “sxodka” keçirilib. 

    Muxalifet.az Lent.az-a istinadən xəbər verir ki, "sxodka” hazırda Yunanıstanda yaşayan Vaji (Vaja) Biqanişvili ilə Şota (Şotiko) Tevdoradze ilə münasibətlərini aydınlaşdırmasına həsr olunub.

    Məlumata görə, “sxodka”ya Şotiko dəvət edilsə də, o, İstanbula gəlməyib. Vaja isə “qanuni oğrular”ın yanında öz haqqını tələb edib və Qulini inandıra bilib.

    Muxalifet4 - 10-03-2020

  5. BAŞ NAZİR XÜSUSİ MÜŞAVİRƏ KEÇİRDİ - Koronavirus, neftin ucuzlaşması, qiymət artmı...

    Nazirlər Kabinetində neft bazarındakı vəziyyət, onun Azərbaycana təsirləri və qabaqlayıcı tədbirlər müzakirə olunub. Nazirlər Kabinetindən yayılan məlumatda deyilir ki, bu gün  martın 10-da Baş Nazir Əli Əsədovun sədrliyi ilə müşavirədə qlobal enerji bazarında vəziyyət və onun iqtisadiyyata təsirinə dair məsələlər müzakirə edilib.

    Muxalifet4 - 10-03-2020

  6. ​“BU, MƏNƏ EDİLƏN HÖRMƏTSİZLİKDİR” – Putin Rusiya mediasının Ərdoğan haqda yazılarına sərt reaksiya verib?

    Son dövrlərdə dövlət nəzarəti altında olan rus mediasında Türkiyə əleyhinə təbliğat məzmunlu xəbərlərin artdığı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva səfəri zamanı bəzi təhrif edilmiş görüntülərin yayımlandığı xatırladıldığı zaman Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, türk mediasında da bu qara təbliğatdan sevinənlərin olduğunu və bu insanları anlamadığını deyib.

    Muxalifet4 - 10-03-2020

  7. Ərdoğan Gül və Davudoğlu ilə SALAMLAŞMADI

    Keçmiş nazir Şövkət Kazanın dəfn mərasiminə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabiq baş nazir, Gələcək Partiyasının rəhbəri Əhməd Davudoğlu ilə salamlaşmayıb.

    Mərasim keçirildiyi əraziyə gələn Ərdoğan koronavirus təhlükəsi səbəbindən heç kimlə əl sıxışmayıb.

    Bu məqamda prezident sələfi Abdullah Güllə baş işarəsi ilə salamlaşıb.

    Türk liderin Davudoğlu ilə salamlaşmaması diqqətlərdən yayınmayıb./Axar

    Muxalifet4 - 10-03-2020

  8. Belçikada vandalizm: Natavanın heykəli dağıdıldı - FOTOLAR

    Martın 10-da yerli vaxtla saat 11.00-da Belçikanın Vaterlo şəhərinin Meriyasından Səfirliyə, bu şəhərdə 2016-cı ildə Səfirliyin dəstəyi ilə quraşdırılmış görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı dəhşətli vandalizm aktı törədilməsi barədə məlumat daxil olub.

    Muxalifet4 - 10-03-2020

  9. Avropa İttifaqının liderləri Türkiyəyə gedirlər - MERKEL, MAKRON, CONSON...

    Martın 17-də Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və çox ehtimal, Böyük Britaniyanın baş naziri Boris Consonun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyadan olan qaçqınların vəziyyətini İstanbulda müzakirə edəcəyi gözlənilir.

    Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldən səfərdən qayıdarkən jurnalistlərə bildirib.

    “Əgər Conson da gəlsə, dördtərəfli sammit olacaq. Əks təqdirdə üçtərəfli müzakirə aparacağıq”, - o vurğulayıb.

    Muxalifet4 - 10-03-2020

  10. Azərbaycanda koronavirusa yoluxmuş 3 nəfəri sağaltdılar - İLK DƏFƏ

    Koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar.

    Nazirlər Kabinetinin yanında operativ qərargahdan virtualaz.org-a bildirilib ki, koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

    Muxalifet4 - 10-03-2020

  11. İlham Əliyev Prezident Administrasiyasına görüşə getməyən partiya sədri haqda - "İMTİNA EDİB, ÖZÜ BİLƏR..."

    Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir". 

    Prezident İlham Əliyev bu gün martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında belə deyib.

    Sitat:

    Muxalifet4 - 10-03-2020

  12. Bu gün daha iki azərbaycanlıda koronavirus aşkarlandı - RƏSMİ

    İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

    Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib ki, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər.

    Hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

    Muxalifet4 - 10-03-2020

  13. Trampdan FES-ə çağırış: "Faizləri endir!"

    Federal Ehtiyatlar Sistemi (FES) faizləri rəqib ölkələrin səviyyəsinə endirməlidir.
    Bu sözləri ABŞ Prezidenti Donald Tramp FES-ə çağırışında deyib.
    “Digər ölkələr sərbəst pul siyasəti səbəbindən avantajlı məzənnəyə sahibdirlər. FES acınacaqlı durumda ləng hərəkət edir”, - deyə Ağ Ev rəhbəri bildirib./Axar.az

    Muxalifet4 - 10-03-2020

  14. Türkiyə onu qaytarmasa, "Patriot" ala bilməyəcək - ABŞ-dan AÇIQLAMA

    Mövqeyimizdə yumşalma yoxdur və S-400-ləri təhvil vermədiyi müddətdə Türkiyə “Patriot” almayacaq.

    Axar.az xəbər verir ki, bu sözləri Pentaqon sözçüsü Conatan Hoffman deyib.

    “Nazir Esperin bu mövzu ilə bağlı fikri konkretdir. Türkiyə S-400-ləri vermədikcə “Patriot”ları ala bilməz”, - deyə Hoffman bildirib.

    Muxalifet4 - 10-03-2020

  15. Rəbiyyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl istintaqa cəlb olunacaq - RƏSMİ AÇIQLAMA / VİDEO

    "İstintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin feminist hərəkatının ayrı-ayrı üzvləri tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır".

    Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, cinayət işi üzrə feministlərin fəalları Aslan Həmidli, Nurlan Cəfərov (Nurlan Libre təxəllüslü), Yusif İsayev dindiriliblər.

    Muxalifet4 - 10-03-2020

  16. Təhsil Nazirliyi dərs ilinin uzadılması ilə bağlı təkliflər hazırlayacaq

    "Biz buraxılmış dərs müddətinin əvəzlənməsi və bərpa olunması ilə bağlı müxtəlif variantları nəzərdən keçiririk".

    Bunu təhsil naziri Ceyhun Bayramov AzTV-nin efirində çıxışı zamanı bildirib.

    Muxalifet4 - 11-03-2020

  17. Bakıda məhkəmə sədrinin nəvəsini evindən oğurladılar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

    Azərbaycanda hazırda təqaüddə olan hakimin ailəsindəki böyük qalmaqal artıq pik həddə çatıb. Sumqayıt İqtisad Məhkəməsinin bir neçə ay əvvələ kimi sədri olmuş Çingiz Bəşirov öz oğlunun ailəsinin boşanmasına israrlı olduğu kimi, nəvəsinin oğurlanmasının birbaşa təşkilatçısı olduğu iddia olunur.

    Muxalifet4 - 11-03-2020

  18. Səudiyyə ilə Rusiya uzun və dağıdıcı “neft qiymətləri savaşı”nın astanasında - TƏHLİL

    Rəsmi Moskvanın Ər-Riyadın addımına sərt reaksiya verməsi nəticəsində Səudiyyə Ərəbistanı və Rusiya neftdə uzun və dağıdıcı qiymət müharibəsinə başlamaq üçün addımlar atır.

    Muxalifet4 - 11-03-2020

  19. Marqarita Simonyan 9 May qələbəsini lağa qoydu

    Rusiya Federasiyasının dövlət büdcəsi neft və qaz satışından fövqəladə mənfəət əldə edən zamanlarda, Rusiya iqtidarına soxulmuş erməni lobbisi bölgədəki ermənilərin təcavüzkar siyasi maraqlarını qorumaq üçün resursların əhəmiyyətli hissəsini Ermənistana yatıraraq erməni diasporunun maliyyə ehtiyatlarını artırdı.

    Muxalifet3 - 11-03-2020

  20. “Lider” TV-nin yayımı niyə dayandırılıb? - RƏSMİ AÇIQLAMA

    Milli Televiziya və Radio Şurası (MTRŞ) "Lider" televiziya kanalının yayımının dayandırılmasına münasibət bildirib.

    Muxalifet.az-ın məlumatına görə, MTRŞ-ın Aparat rəhbəri Asəf Hacıyev "Report"a açıqlamasında bildirib ki, televiziya daxili texniki problemlər səbəbindən yayımını dayandırıb:

    Muxalifet4 - 11-03-2020

Pages