Koalisiya qüvvələri İranın bazasını bombaladı - Ölənlər və yaralananlar var

Baxış sayı:
3786

ABŞ-ın lideri olduğu koalisiya qüvvələrinə məxsus hərbi təyyarələr Suriyanın şərqində İran ordusuna məxsus hərbi məntəqələrə hücum edib. İraqda bir ABŞ bazasının hücuma məruz qalmasından sonra ABŞ-ın lideri olduğu İŞİD-ə qarşı koalisiyanın hərbi təyyarələri Suriyada İrana məxsus 3 hərbi nöqtəni hədəfə alıb.

Deyr əz Zordakı mənbələrin verdiyi məlumata görə, Koalisiyaya məxsus hərbi təyyarələr Bukemel rayonunda yerləşən İmam Əli bazasına, sənaye və Hizam bölgəsindəki hərbi məntəqələrə hücum edib.

Mənbələr İran İnqilabı Keşikçilərinin və onlarla əlaqəsi olan döyüşçü qrupların yerləşdiyi bazada ölənlərin və yaralananların olduğunu bildiriblər.

Xəbər verdiyimiz kimi, ABŞ-ın lideri olduğu İŞİD-ə qarşı koalisiyanın İraqda yerləşən Taci bazasına dünən axşam hücum edilmiş, 3 nəfər həlak olmuş, 12 nəfər yaralanmışdı.

ABŞ mediasına məlumat verən mənbələr hücumun İrana yaxın yaraqlılar tərəfindən ediləbiləcəyini bildiriblər.

Suriya-İraq sərhədindəki Deyr əz Zor İrandan Livana uzanan quru əlaqəsini təmin edən şəhərdir. İraq və İordaniyadan keçən boru xəttləri də bu şəhərdən keçir.

Hurriyyet.org