SARS-ı kəşf edən alim koronavirusun bitəcəyi tarixi açıqladı

Baxış sayı:
3808

2003-cü ildə SARS-ı kəşf edən çinli alim koronavirus epidemiyasının iyun ayında başa çatacağını bildirib.

“Röyters”in yaydığı xəbərə görə, 83 yaşlı çinli alim Zhong Nanshan, Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan elədiyi xəstəliyin iyun ayından etibarən yoxa çıxacağını bildirib. Epidemiyalar üzrə mütəxəssis xəstələrin müalicə edildikdən sonra təkrarən koronavirusa yoluxma risklərinin aşağı olduğunu söyləyib./Hurriyyet.org