Axtarış
The search found 105854 results in 0.05 seconds.
Search results
Ərdoğanı koronavirusdan belə qorudular - VİDEO
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın AKP-nin parlamentdə keçirilən qrup toplantısında çıxışından sonra maraqlı an yaşanıb.
“Qafqazinfo”nun “Habertürk” saytına istinadən verdiyi xəbərə görə, Ərdoğan millət vəkilləri ilə söhbət edərkən bir neçə nəfərdən ibarət heyət termal kamera ilə dövlət başçısının ətrafındakı insanları izləyib.
Bildirilir ki, temperaturu 36 dərəcəni keçən hər hansı şəxs aşkarlanmayıb.
Qeyd olunur ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) ilk dəfə tətbiq edilən bu tədbir davamlı olacaq.
Muxalifet4 - 11-03-2020
Teledərslərin sabahkı cədvəli açıqlandı
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” verilişinin martın 12-si üçün nəzərdə tutulan buraxılışının cədvəli məlum olub.
Muxalifet.az xəbər verir ki, sabah I-VI siniflərin dərsləri keçiriləcək. Teledərslər həftənin 5 günü saat 10-dan 16-dək davam edəcək.
Teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq. Verilişin sabah üçün nəzərdə tutulan cədvəli aşağıdakı kimidir:
Muxalifet4 - 11-03-2020
Bakıda karantində olan şəxs xəstəxananı özbaşına TƏRK ETDİ
1 saylı Kliniki Tibbi Mərkəzdə koronavirus şübhəsilə karantində saxlanılan və 1 gün əvvəl özbaşına xəstəxananı tərk edən şəxs geri qaytarılıb.
Muxalifet.az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, həmin şəxs hazırda Kliniki Tibbi Mərkəzdədir:
Muxalifet4 - 11-03-2020
Məşhur kəndirbaz "Alov qüllələri"ni belə keçdi - ŞOK GÖRÜNTÜLƏR / Video
Sosial şəbəkələrdə “Flame Towers” (Alov qüllələri) kompleksində qüllələr arasında kəndirbazın hərəkət etdiyini əks etdirən görüntülər yayılıb.
Videoda kəndirbazın kəndir üzəri ilə yeriyərək bir qüllədən digər qülləyə tərəf getdiyi görünür.
Kəndirbazın təhlükəli hərəkətlərinin helikopter vasitəsilə çəkildiyi iddia olunur.
“Flame Towers” kompleksindən “Report”a bildirilib ki, məsələ hazırda araşdırılır. Ehtimal edilir ki, videonun hazırlanmasında vizual effektlərdən istifadə olunub.
Muxalifet4 - 11-03-2020
İtaliyadakı azərbaycanlılar koronavirusa görə təxliyyə oluna bilər - AÇIQLAMA
Koronavirus bütün dünyada tüğyan edir və gün keçdikcə yoluxma halları qeydə alınan ölkələrin sayı artır.
Məlumat üçün qeyd edək ki, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 456-ya çatıb. Bunların 66 666 nəfəri sağalıb, 4 302 nəfəri isə ölüb. Avropada xəstəliyin əsas mənbəyi İtaliya hesab olunur. Artıq rəsmən bütün İtaliya ərazisində karantin elan olunub.
Muxalifet4 - 11-03-2020
Vaginal “hücum”… – Jalə Mütəllimova yazır
Biz o nəsilik ki, bəzilərimiz paytaxtda, bəzilərimiz əyalətdə, amma eyni yerdə, meydanda, “azadlıq” hayqırmışıq, yeniyetmə yaşımızdan. İstəmişik Rusiya imperiyası yaxamızı buraxsın. Öz dövlətimizin olmasını arzulamışıq. Yeniyetməliyimiz, gəncliyimiz, həyatımız gedib bu yolda. Qəribədir, indi də küçələrimizdə hayqırırlar… Yox bu, daha çox bağırmaqdır. Özü də cinsi azadlıq pərdəsi altında.
Muxalifet4 - 11-03-2020
Erməni general: Xocalıları belə öldürdüm – ŞOK VİDEO
Sosial şəbəkələrdə Ermənistan ordusunun generalı, Xocalı soyqırımının iştirakçısı Vitali Balasanyanın əcənəbi jurnalistə özü və əsgərlərinin azərbaycanlıları necə öldürdüklərini danışması ilə bağlı sensasiyalı video yayılıb.
Axar.az xəbər verir ki, arxiv yazısında Balasanyan əsgərlərinin Xocalı qırğınından sağ qalanları uçuruma doğru necə apardıqlarını və oradan necə atdıqlarını danışıb.
Qeyd edək ki, bu erməni general silahsız xocalılara atəş açmaq əmrini verməsi, hətta şəxsən özünün də bu gülləbaranda iştirak etməsi barədə bir neçə dəfə etiraf edib.
Muxalifet4 - 11-03-2020
“MASKA ƏMƏLİYYATI” İLƏ BAĞLI ŞOK DETAL – “Bandotdel” onu da həbs edib, amma... - FOTOLAR
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən koronavirus təhlükəsinə görə artan tələbatdan sui-istifadə edərək tibbi maskaları baha qiymətə satan şəxslərə qarşı keçirilmiş əməliyyatın yeni təfərrüatı məlum olub.
Muxalifet4 - 11-03-2020
Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər? - Nazrilikdən AÇIQLAMA
Təhsil Nazirliyi hansı halda uşağın məktəbə qəbuluna imtina verilə biləcəyini açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, ilk növbədə, məsul şəxs www.mektebeqebul.edu.az saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır.
Muxalifet4 - 11-03-2020
SON DƏQİQƏ! Daha iki azərbaycanlıda koronavirus aşkarlandı - RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasının iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.
Muxalifet4 - 11-03-2020
“Öhdəmə düşən vəzifələri layiqincə yerinə yetirəcəyəm” - MİLLİ MƏCLİSİN YENİ SƏDRİ
“Bu şərəfli və məsuliyyətli vəzifəyə layiq gördüklərinə, yüksək etimada görə bir daha Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə və partiya həmfikirlərimə, dəstək verən həmkarlarıma sonsuz minnətdarlığımı bildirirəm”.
Bunu Milli Məclisin yeni Sədri Sahibə Qafarova bildirib.
Muxalifet4 - 12-03-2020
Bakı limanından yayılan görüntüyə reaksiya - VİDEO
Heydər Əliyev Beynəlxalq Hava Limanı sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım maşınlarının olduğu videogörüntülərə aydınlıq gətirib.
Aeroportun mətbuat xidmətindən verilən məlumata görə, ötən gecə İtaliyadan tranzit gələn 26 nəfər sərnişin Ukrayna Beynəlxalq Hava Yollarının Kiyev-Bakı reysi ilə gətirilib.
Muxalifet4 - 12-03-2020
İtaliyadan Azərbaycana qayıtmaq istəyənlərə RƏSMİ MÜRACİƏT - İki həftə karantin rejimi və...
Azərbaycanın İtaliyadakı səfirliyi bu ölkədə koronavirus epidemiyasına yoluxanların sayında kəskin artımın qeydə alınması ilə əlaqədar İtaliya ərazisində olan bütün Azərbaycan vətəndaşlarına müraciət edib.
Muxalifet.az xəbər verir ki, səfirliyin müraciətində bildirilib:
“İtaliya Respublikası ərazisindəki Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!
Muxalifet4 - 12-03-2020
ŞOK: İtaliyadakı tələbələr Azərbaycana gətirildi, ARALARINDA ONLARLA KORONAVİRUS DAŞIYICISI VAR / Video
İtaliyada təhsil alan və ölkəyə dönən azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım xidmətinin ambulansları cəlb edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Ovqat.com-a TƏBİB-dən bildirilib.
Məlumata görə, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar. Onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb. Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir.
Muxalifet4 - 11-03-2020
SON DƏQİQƏ: ABŞ bazasına irimiqyaslı hücum - Çox sayda ölü və yaralı var / YENİLƏNDİ
Bağdadda yerləşən “Taci” hərbi bazasına raket hücumu nəticəsində 2 amerikalı və 1 britaniyalı hərbçi həlak olub. 11 əsgər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
***
11 mart 21:39
İraqın paytaxtı Bağdadda amerikalı hərbçilərin olduğu “Taci” hərbi bazası hücuma məruz qalıb.
BBC xəbər verir ki, hərbi bazaya azı 10 raket atılıb. Tələfat barədə məlumat yoxdur. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Muxalifet4 - 12-03-2020
KORONAVİRUS AMERİKANI DA "VURDU" - Ölkədə fövqəladə vəziyyət elan olundu
Vaşinqtonda koronavirusla bağlı fövqəladə vəziyyət elan edilib.
"Anadolu" agentliyi xəbər verir ki, fövqəladə halla bağlı bəzi addımlar atılır. Virusun yayılmasının qarşısının alınması üçün bütün müvafiq qurumlar gücləndirilmiş iş rejiminə keçib.
Qeyd edək ki, ABŞ-da koronavirus nəticəsində 31 nəfər həyatını itirib. 700-dən çox insan virusa yoluxub.
Prezident Donald Tramp son açıqlamasında vəziyyətin nəzarət altında olduğunu bildirmişdi.Muxalifet4 - 12-03-2020
YAP NƏ ÜÇÜN PREZİDENTİN İRADƏSİNƏ QARŞI ÇIXIR?
Hakim partiyanın dəyişilməsi zərurətə çevrilib; ya partiyanın rəhbərliyində dəyişilik aparılmalı, ya da YAP-ın “hakim partiya” status ləğv edilib, yeni bir siyasi qurum yaradılmalıdır
Azərbaycanda keçirilən 9 fevral növbədənkənar parlament seçkiləri cəmiyyətin gözləntisini doğrultmadı. Çünki istər sadə vətəndaşlar, istər də siyasi partiyalar bu seçkilərdən tamamilə fərqli nəticə gözləyirdi.
Muxalifet4 - 12-03-2020
“Sərkisyan 42 milyon dollarlıq silah alıb, heç nəyə yaramır, metallomdur...” - Paşinyan eks-prezidenti hədələdi...
Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün elan edilmiş referendumun təbliğat kampaniyasını Gorusdan başlayıb.
Virtualaz.org “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Paşinyan burada keçmiş hakimiyyətin ünvanına ciddi ittiham səsləndirib, eks-prezident Serj Sərkisyanın orduya 42 milyon dollarlıq yararsız silah-sursat aldığını açıqlayıb.
Muxalifet4 - 12-03-2020
Azərbaycanda əyləncə mərkəzləri, kafe və restoranlara getməmək tövsiyə olundu
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanı bürüyən koronavirusun pandemiya olduğunu açıqlayıb.
Bu isə o deməkdir ki, xəstəlik yaxın vaxtlarda digər dünya ölkələrində yayıla, ölənlərin sayında artım ola bilər.
Hazırda ümumi olaraq dünyada koronavirusa yoluxanların sayı 126 136, ölənlərin sayı 4 630 nəfərdir. İtaliyada koronavirusa yoluxan 12 462 nəfərdən 827 nəfəri dünyasını dəyişib.
Belə bir məqamda İtaliyada əhalinin virusdan qorunması üçün kafe və restoranlarda masalar arasındakı ara məsafələri çoxaldılıb.
Muxalifet4 - 12-03-2020
London məhkəməsinin oliqarx-məmur “ovu”nun PƏRDƏARXASI
Dövlətdən oğurlanan milyardları necə xilas etməli; ekspert: “Tezliklə maliyyə amnistiyası verilməlidir”
Muxalifet4 - 12-03-2020