Axtarış
The search found 105854 results in 0.147 seconds.
Search results
İtaliyada bir sutkada koronavirusdan rekord sayda insan öldü
İtaliyada koronavirusa görə 24 saat ərzində 168 nəfər ölüb.
“İndependent” xəbər verir ki, ölkədə infeksiyadan ölənlərin sayı 631-ə çatıb.
İtaliyada indiyədək 10 149 nəfər virusa yoluxub. Epidemiya əsasən ölkənin şimalında yayılıb. İtaliya ölüm göstəricisinə görə Çindən (3 158 ölüm) sonra 2-ci yerdədir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 119 ölkədə qeydə alınıb.
Muxalifet4 - 11-03-2020
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşdü - YENİLƏNİB
Martın 11-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.
Türkmənistan Prezidentinin Azərbaycana rəsmi səfəri davam edir.
***
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun martın 11-də rəsmi qarşılanma mərasimi olub.
Muxalifet4 - 11-03-2020
Səhiyyə nazirinin müavini koronavirusa yoluxdu
Böyük Britaniyanın Səhiyyə nazirinin müavini Nadin Dorris koronavirusa yoluxduğunu açıqlayıb.
Bu barədə “RİA Novosti” xəbər verib.
“Mən təsdiq edə bilərəm ki, koronavirus analizlərim müsbət nəticə verib. Mənə bu barədə məlumat verilən kimi bütün lazımi tədbirlər gördüm və özümü evdə izolyasiya edəcəyəm”, - Dorrisin açıqlamasında deyilir.
Britaniya KİV-nin məlumatına görə, Dorris ötən cümə axşamı günü Baş Nazirin qəbulunda olub, özünü isə səhərisi gün pis hiss etməyə başlayıb.
Muxalifet4 - 11-03-2020
Türkiyədə koronavirusa ilk yoluxma faktı aşkarlandı
Türkiyədə koronavirusa ilk yoluxma faktı təsdiqlənib.
Türkiyə mətbuatı xəbər verir ki, bunu Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca bəyan edib. Onun sözlərinə görə, Avropadan geri dönən kişinin koronavirusa yoluxduğu bəlli olub.
Səhiyyə naziri bildirib ki, buna baxmayaraq təşvişə gərək yoxdur. Bütün lazımi tədbirlər görülür. Bir xəstə bütün cəmiyyət üçün təhlükə mənbəyi ola bilməz./Virtualaz.org
Muxalifet4 - 11-03-2020
DTX yüksək vəzifəli şəxsləri həbs etdi - XÜSUSİ ƏMƏLİYYAT / RƏSMİ
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən birgə araşdırma aparılmışdır.
Muxalifet4 - 11-03-2020
Buraxılmış dərslərə görə şagirdlər arasında qiymətləndirmə keçirilə bilər - NAZİR AÇIQLADI
Orta məktəblərdə şagirdlərin buraxılmış dərslərin əvəzinə keçirilən videodərsləri nə qədər mənimsəyə bilməsi, bu sahədə neçə faiz boşluğun olması ilə bağlı daha ətraflı məlumatın əldə edilməsi məqsədilə tədris bərpa olunduqdan sonra məktəblərdə seçmə üsullarla qiymətləndirmə həyata keçirilə bilər.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Muxalifet4 - 11-03-2020
Azərbaycanda benzin ucuzlaşacaq? - Tarif Şurasından CAVAB
Hazırda dünya birjalarında neft qiymətlərində kəskin enmələr bəzi ölkələrdə benzinin qiymətinin ucuzlaşmasına səbəb olub. Deməli, ölkəmizə idxal olan məhsulların maya və daşınma xərcləri də azalıb.
Bəs, əsas neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bununla bağlı hansısa dəyişiklik gözlənilir?
Azərbaycan Dövlət Neft Şirkəti (ARDŞ) SOCAR-ın İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumlar arasında daim məşvərətlər aparılır:
Muxalifet4 - 11-03-2020
Türk əsgərindən daha bir örnək addım – BÖLGƏ XALQINA YARDIM GÖSTƏRİLİR…/ - FOTOLAR
Türkiyə Silahlı Qüvvələri “Sülh çeşməsi” əməliyyatının həyata keçirildiyi bölgədə yaşayan insanlara yardım əlini uzatmaqdadır.
Muxalifet4 - 11-03-2020
"Ona mən və ya kimsə dəstək olsaydı, indi yüksək vəzifədə olardı" - YAP-ın rayon təşkilatının sədri cinayət işi açıldığı deyilən OĞLU HAQDA DANIŞDI / Yenilənib
Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin barəsində cinayət işi başlanılması barədə məlumat yayılıb.
Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən M.Ağayeva oğlu haqqında yayılan xəbərin həqiqəti əks etdirmədiyini bildirib:
Muxalifet4 - 11-03-2020
"Lider TV-nin maliyyə borcu var" - MTRŞ SƏDRİ
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Lider TV-nin yayımının dayandırılmasının səbəbini açıqlayıb.
Muxalifet.az apa-ya istinadla xəbər verir ki, N. Məhərrəmli telekanalın yayımının dayandırılması barədə MTRŞ tərəfindən hər hansı qərar qəbul edilmədiyini bildirib.Muxalifet4 - 11-03-2020
MERKELDƏN DƏHŞƏTLİ AÇIQLAMA - “Almaniya əhalisinin 60-70 faizi koronavirusa yoluxacaq"
Almaniyanın baş naziri Angela Merkel koronavirus ilə bağlı açıqlamasında 82 milyon əhalisi olan Almaniyada 50-60 milyon insanın Kovid-19-a yoluxacağını söyləyib. Merkel deyib: “Almaniyada yaşayan insanların 60-70 faizi virusa yoluxacaq”.
Muxalifet4 - 11-03-2020
Hüseyn Dərya haqqında MARAQLI FAKTLAR - "Ali təhsili atıb, Qarabağ müharibəsinə getmişdi..."
Zaman bizə qarşı çox acımasızdır. Həyatımızda bizim üçün dəyərli olan insanları nə vaxtsa itirsək, üstündən bir müddət keçdikdən sonra unuduruq. Amma niyə sevdiklərimizi, bizə doğma olan insanları itirdikdən sonra sadəcə doğum və anım günlərində xatırlayırıq? Halbuki bizim üçün onlar əvəzsizdirlər.
Muxalifet4 - 11-03-2020
Симоньян и Кеосаян получили 736 млн рублей от госструктур и олигарха Вексельберга
Об этом говорится в очередном расследовании Фонда борьбы с коррупцией оппозиционного политика Алексея Навального
Главный редактор телеканала RT Маргарита Симоньян, ее супруг Тигран Кеосаян и их близкие за три года вывели на своих личные счета в банках 736 миллионов рублей. Эти деньги поступали аффилированным с ними юридическим лицам от государственных структур и олигарха Виктора Вексельберга. Об этом говорится в очередном расследовании Фонда борьбы с коррупцией оппозиционного политика Алексея Навального.
Muxalifet4 - 11-03-2020
Baş bankirdən dollarla bağlı əhaliyə ÇAĞIRIŞ - VİDEO
Son günlər dünya bazarında neftin qiymətinin düşməsindən sonra Azərbaycanda dolların məzənnəsinin yenidən qalxacağı ilə bağlı əhali arasında yaranan ajortajla bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmov münasibət bildirib.
E.Rüstəmov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda bütün tədbirlərdən istifadə olunur ki, dolların məzənnəsi yüksəlməsin:
Muxalifet4 - 11-03-2020
"Milli Məclisin kresloları istirahət üçün yaxşıdır" - DEPUTAT ERKİN QƏDİRLİ
Deputatlar oturduqları yerləri seçmirlər, yerləri Katibliyin ümumi şöbəsi təyin edir. Orada hər kəsin yalnız özünə aid elektron səsvermə kartı yerləşdirilir (kartı çıxarmaq olmaz). Axırıncı sırada otururam (məktəb illərimdən axırda oturmağı xoşlayıram). Yanımda Razi Nurillayev oturur".
Muxalifet.az xəbər verir ki, bunu Milli Məclisin ReAl-çı deputatı Erkin Qədirli bildirib.
O, Milli Məclisdəki kreslolarla bağlı fikirlərini də bildirib:
Muxalifet4 - 11-03-2020
"Rusiya kəşfiyyatı ABŞ-da irqi nifrəti körükləyir" - "The New York Times"
Rusiyanın xüsusi xidmətləri məqsədyönlü şəkildə Amerika cəmiyyətində irqi nifrəti qızışdırır, ağdərili ağalığının tərəfdarlarını zorakılığa təhrik edir və afroamerikalılar arasında narazaılıq yaradır.
"The New York Times" qəzetinin verdiyi məlumata görə ABŞ-ın xüsusi xidmətləri məhz belə bir qənaətə gəlib. Qəzet yazır ki, Rusiyanın xarici kəşfiyyat xidməti 2016-cı ildə ABŞ seçkisinə müdaxilə etdiyi metodları yenidən işə salıb.
Muxalifet4 - 11-03-2020
Koronavirusa görə hərbi xidmətə çağırış dayandırıldı - Gürcüstanda
Gürcüstanda koronavirusla mübarizə tədbirləri çərçivəsində hərbi xidmətə yaz çağırışının vaxtı aprelin 13-ə təxirə salınıb.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb. Bildirilib ki, qərar Gürcüstanın baş naziri Giorgi Qaxarianın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Kordinasiya Şurası tərəfindən qəbul edilib.
Muxalifet4 - 11-03-2020
Özünü binadan atan feminist qız intihara cəhddən sonra ilk dəfə DANIŞDI / VİDEO
İntihara cəhd edən feminist Aysel Ələkbərzadənin vəziyyəti yaxşıdır.
Antv xəbər veri ki, feministlərin aksiyası zamanı qalmaqallı plakatı ilə gündəmə gələn feminist qız intihara cəhdinin səbəbkarlarının adını açıqlayıb:
"Özümü öldürmək dərəcəsinə çatdıranlar Nurlan Libre, onun həyat yoldaşı Əsli Əlizadə və Qurban Məmmədlidir. Nurlan Libreyə zəng vurub haqqımda yazan paylaşımı silməyi xahiş etdim. Çünki o, məndən onun haqqında yazdığım statusu silməyi xahiş edəndə silmişdim.
Muxalifet4 - 11-03-2020
Azərbaycanda dəhşətli virusdan iki nəfər öldü - RƏSMİ
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki nəfər ölüb.
Muxalifet.az Oxu.Az-a istinadən xəbər verir ki, hər iki ölüm faktı ötən gün qeydə alınıb.
Xəstələrdən biri - 1986-cı il təvəllüdlü xanım martın 10-u saat 13:30-da ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Xəstə “hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib. Ona vəziyyətinə uyğun olaraq müalicə təyin edilib.
Muxalifet4 - 11-03-2020
4 uşaq anasının intiharı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR ÜZƏ ÇIXDI
Ağcabədi rayonunda 27 yaşlı Günay Quliyevanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.
G.Quliyevanın dayısı Publika.az-a bildirib ki, mərhumun başında iki deşik açılıb, bədəni də döyülməkdən gömgöy olub.
Onun sözlərinə görə, ailə əvvəlcədən də problemli olub: "Günay dəfələrlə qayınatası və həyat yoldaşı tərəfindən döyülüb, işgəncələrə məruz qalıb. O, ölümündən 3-4 gün əvvəl atasıgildə olub. Xəstələnmişdi, ata evində müalicə alırdı. Deyilənlərə görə, evinə qayıdandan sonra özünü asıb. Ora qayıdandan sonra aralarında nə söz-söhbət olub, bilmirik".
Muxalifet4 - 11-03-2020