Axtarış

The search found 105849 results in 0.056 seconds.

Search results

  1. Dünyanın ən zəngin azərbaycanlısından rekord geriləmə - 2,3 MİLYARD DOLLAR İTİRDİ

    Dünyanın ən zəngin azərbaycanlısı, Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov 2,3 milyard dollar itirib.

    “Forbes” jurnalı xəbər verir ki, buna görə iş adamının sərvəti  22 milyard dollardan 19,7 milyard dollara düşüb.

    Dünya fond birjalarında neftin ucuzlaşması, aksuiyaların ucuzlaşması və koronavirus təhlükəsi “Lukoyl” şirkətinin səhmlərinin ucuzlaşması səbəb olub. 

    Hazırda Vahid Ələkbərov Rusiyanın 3-cü ən zəngin iş adamıdır./Modern.az 

    Muxalifet4 - 10-03-2020

  2. Koronavirus havada 30 dəqiqə qala bilir - ARAŞDIRMA

    COVID-19 xəstəliyinə səbəb olan koronavirus ventilyasiyalı qapalı məkanda azı 30 dəqiqə qala və 4,5 metrə qədər hərəkət edə bilər. Bu isə dünyanın səhiyyə orqanlarının tövsiyə etdiyi “təhlükəsiz məsafə”dən (2 metrə qədər) çoxdur.

    TASS xəbər verir ki, bu barədə çinli epidemioloqlarının apardığı araşdırmada qeyd olunub.

    Muxalifet4 - 10-03-2020

  3. SPİKERİN YENİ MÜAVİNLƏRİ SEÇİLDİ - Əli Hüseynli birinci müavin, Adil Əliyev və Fəzail İbrahimli isə...

    Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib.
    APA-nın məlumatına görə, səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) və Fəzail İbrahimli (parlamentdə azlıq təşkil edən partiyaların namizədi) isə vitse-spiker seçilib.
    Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

    Muxalifet4 - 10-03-2020

  4. TÜRK ORDUSUNDAN MÖHTƏŞƏM ƏMƏLİYYAT - İraq və Suriyanın şimalında daha 18 terrorçu məhv edildi

    Antiterror əməliyyatlarını fasiləsiz olaraq davam etdirən Türk Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yuva quran PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 18 terrorçu zərərsizləşdirilib.
    Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada Suriyanın Tel Rıfat əyalətində 13 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi və zərərsizləşdirilən terrorçuların “Fərat Qalxanı” əməliyyatında iştirak edən Türk Silahlı Qüvvələrinə qarşı hücuma hazırlaşdığı qeyd edilib.

    Muxalifet4 - 10-03-2020

  5. Fəttah Heydərov Milli Məclisin ilk toplantısına qatılmadı - SƏBƏB....

    Milli Məclisin ən qocaman deputatı Fəttah Heydərovun səhhətində problem yarandığı üçün parlamentin ilk iclasını deputat Ziyad Səmədzadə aparıb.

    Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, F.Heydərov səhhətində yaranan problem səbəbindən Milli Məclisin iclasına qatılmayıb. Buna görə də, iclasa sədrlik etmək Z.Səmədzadəyə həvalə olunub.

    Muxalifet4 - 10-03-2020

  6. Milli Məclisin komitə sədrləri məlum olur - YENİLƏNİR

    Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və Regional məsələlər komitəsinə yeni sədrlər seçiliblər. 

    Belə ki, hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputat Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Siyavuş Novruzov isə Regional məsələlər komitəsinin rəhbəri seçiliblər.

    YAP-çı deputat Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, hakim partiyadan olan deputat Musa Quliyev isə Əmək və sosial siyasət komitəsinin sədri olublar.

    Muxalifet4 - 10-03-2020

  7. ​HAKİMİYYƏT ƏNƏNƏVİ SİYASƏTİNİ DƏYİŞİR? - Əli Kərimli Prezident Admnistrasiyasına çağırıldı

    Hakimiyyət Azərbaycan Xalq Cəbhəsi Partiyasına da dialoq təklif edib. 
    Muxalifet.az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli bildirib.
    Partiyanın rəhbərliyi Prezident Admnistrasiyasına dəvət olunub.

    Muxalifet4 - 10-03-2020

  8. Azərbaycandakı Türkiyə vətəndaşlarına müraciət edildi

    Türkiyənin Azərbaycandakı səfirliyi “Twitter”dəki səhifəsində koronavirusla bağlı açıqlama yayıb.

    Muxalifet4 - 10-03-2020

  9. Özünü binadan atan feministin xəstəxanadan FOTOLARI YAYILDI

    Bakıda 8 mart günü qanunsuz aksiya keçirən fəallardan intihara cəhd edən Aysel Ələkbərzadənin xəstəxanadan fotoları yayılıb.

    Pravda.az-ın xəbərinə görə, fotoları sosial şəbəkədə Nurlan Cəfəri paylaşıb.

    Muxalifet4 - 10-03-2020

  10. “Gözlərimin qarşısında 100 nəfər öldü” - İRANLI TİBB BACISI ƏHALİYƏ ÇAĞIRIŞ ETDİ / VİDEO

    Çinin Vuhan şəhərində meydana çıxan və dünyaya yayılan epidemiyaya çevrilən ölümcül koronavirus səbəbindən 237 vətəndaşını itirmiş İrandan ürəkləri sızladan video yayılıb.

    İranlı bir tibb bacısının sosial şəbəkəyə yüklədiyi videoda deyilir: “Lütfən, Allah xatirinə, evlərinizdən bayıra çıxmayın. Bu gün səhərdən bəri gözlərimizin qarşısında 100 nəfər öldü”. Tibb bacısının bu sözləri ölkədəki vəziyyətin dəhşətini göz önünə sərib.

    Hurriyyet.org

    Muxalifet4 - 10-03-2020

  11. ​“Bir toplumun mənəvi aşınması üçün öncə qadınlar yoldan çıxarılır” – NATİQ MİRİ

    Dünyada, o cümlədən Azərbaycanımızda bəzi dəyər mahiyyətli sözlərə fərqli anlamlar yükləməklə, cəmiyyəti yanlış yola sürükləyirlər.
    "Azadlıq" termini xüsusilə istismar olunur. Nəfsin bütün istəklərinə "azadlıq" donu geyindirilərək cəmiyyətə sırınır, toplumun mənəvi aşınmasına yol açırlar(əslində hakimiyyətin yanlış siyasəti sayəsində bu yol çoxdan açılıb). Əlahəzrət MİLLƏT, nəfsin istəkləri nə zamandan bəri azadlıq olub? Nəfsin hər istəyini yerinə yetirmək məgər nəfsdən asılılıq, başda şeytan olmaqla, min qula qul olmaq deyilmi?

    Muxalifet4 - 10-03-2020

  12. Çinli alimlərdən koronavirusla bağlı araşdırma – BELƏ YAYILIRMIŞ...

    Bütün dünyada yayılan yeni növ koronavirus qapalı ventilyasiyalı məkanda azı 30 dəqiqə qala və 4,5 metr məsafəyə qədər yayıla bilir. Bu isə dünya səhiyyə orqanlarının tövsiyə etdiyi “təhlükəsiz məsafə”dən (2 metrə qədər) çoxdur.
    Muxalifet.az xəbər verir ki, bu barədə çinli alimlər araşdırma aparıblar.

    Muxalifet4 - 10-03-2020

  13. ​“Manatın ucuzlaşdırılması ilə bağlı təklifləri dəstəkləmirəm” – RÖVŞƏN AĞAYEV

    “Devalvasiyaya getməkdənsə, üzən məzənnəyə keçidin tərəfdarıyam”

    Muxalifet4 - 10-03-2020

  14. Prezident Oqtay Əsədovla belə sağollaşdı / FOTOLAR

    Xəbər verdiyimiz kimi, VI çağırış Azərbaycan Milli Məclisinə yeni sədr - Sahibə Qafarova və müavinlər Adil Əliyev, Əli Hüseynli, Fəzail İbrahimli seçilib.
    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, altıncı çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev iştirak edib. Ölkə başçısı iclasdan sonra sabiq Milli Məclisin sədri, deputat Oqtay Əsədov və sabiq sədr müavini, deputat Ziyafət Əsgərovla görüşüb.
    Ölkə başçısı sabiq sədr və müavinlərə göstərdikləri xidmətə görə təşəkkür edib.

    Muxalifet4 - 10-03-2020

  15. VƏLİƏHD ŞAHZADƏNİN QÜRUBU? – Çevriliş xofu yaşayan Səudiyyə sarayında qəbilə savaşı dərinləşir - TƏHLİL

    Son günlərdə Səudiyyə Ərəbistanından xaricə yayılan və Qərb mediasında çıxan xəbərlərə görə, xanədan içində yenə hərəkətlilik başlamışdır. Hadisələr sadəcə  hərəkətlilik səviyyəsində qalmamış, Məhəmməd bin Salmanın (MBS) əmri ilə əmisi Əhməd bin Əbdüləzizlə birlikdə sabiq vəliəhd Məhəmməd bin Naif və onlarla xanədan mənsubu həbs edilmişdir.

    Muxalifet4 - 10-03-2020

  16. “Vaja Biqanaşvili” ləqəbli “qanuni oğru” müharibə elan etdi - 10 HƏMKARINA QARŞI...

    Kriminal aləmdə “Vaji Tbilisskiy” kimi tanınan “qanuni oğru” Vaja Biqanişvili “oğru dünyası”nın on avtoritetinə qarşı faktiki müharibə elan edib.

    Muxalifet4 - 10-03-2020

  17. Gənc müəllim vəfat etdi - “Bağırsağı partlayıb, 3 gün yatırıb deyiblər ki..." / FOTO

    Samux rayonun Qiyaslı kənd orta məktəbində çalışan gənc fizika müəlliminin ölümü sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

    Muxalifet4 - 10-03-2020

  18. Azərbaycanda Novruz şənlikləri ləğv edildi - OPERATİV QƏRARGAH TOYLARI DA TƏXİRƏ SALMAĞA ÇAĞIRIR

    Azərbaycanın Nazirlər Kabineti yanında operativ qərargahı açıqlama yayıb. Açıqlamada deyilir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun çoğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib:

    Muxalifet4 - 10-03-2020

  19. “MƏNİ CİNSİ QISNAMAYA VƏ TƏHDİDƏ MƏRUZ QOYUB...” - “Azərbaycanlı Demet Akalın” Türkiyədə Leventlə sevişdi, sonra məhkəmədə çəkişdi

    “Azərbaycanlı Demet Akalın” kimi tanınan gənc müğənni Sevinc Ağaşirinova Türkiyədə bir yerdə işlədiyi Levent M. tərəfindən cinsi qısnama və şantaja məruz qalma iddiasıyla polis bölməsində ifadə verib. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin şikayəti əsasında Levent M.-ə qarşı İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
     

    Muxalifet4 - 10-03-2020

  20. Aysel Ələkbərzadənin özünü binadan atması ilə bağlı cinayət işi açıldı

    Martın 10-da saat 05:42-də 24 yaşlı işsiz Ələkbərzadə Aysel Elşən qızı tanışı Yusif İsayevlə spirtli içki qəbul edib kirayədə yaşadığı paytaxtın Yasamal rayonu ərazisindəki yüksək mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən intihar məqsədi ilə özünü atmışdır.
     
    Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bununla bağlı birgə məlumat yayıb.
     

    Muxalifet4 - 10-03-2020

Pages