​İTV-nin əməkdaşı özünü binadan atdı - YENİLƏNİB

Baxış sayı:
3037

Xəbər verdiyimiz kimi, İctimai Televiziyanın əməkdaşı özünü kanalın binasının 6-cı mərtəbəsindən atıb.
Məsələ ilə bağlı Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, özünü binadan atan  İTV-də fəhlə işləyən, 1994-cü il təvəllüdlü Bayramov Rasim Eldar oğludur.Onun nə üçün bu addım atdığını hüquq mühafizə orqanları tərəfindən araşdırır.Həmin əməkdaş eşitmə əngəllidir, danışa bilmir.
 
***
Bakıda İctimai Televiziyanın binasında xoşagəlməz hadisə baş verib.

Lent.az xəbər verir ki, televiziyanın əməkdaşı binanın 6-cı mərtəbəsindən yıxılıb.
Rasim adlı əməkdaş 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələ ki, məlum deyil.