Axtarış
The search found 105854 results in 0.207 seconds.
Search results
Ermənilərdən növbəti TƏXRİBAT: Naxçıvandakı mövqelərimiz atəşə tutdu
Martın 12-i səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əsasən düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb.
Muxalifet4 - 12-03-2020
Azərbaycanda yas mərasimlərinə məhdudiyyət qoyuldu - QMİ-dən AÇIQLAMA
“Təzə Pir” məscidinin mərasim zalında yas mərasimlərinin keçiriliməsinə məhdudiyyət qoyulub.
Muxalifet.az xəbər verir ki, bu barədə Lent.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.
Məhdudiyyətin nə zaman aradan qaldırılacağı məlum deyil.
Muxalifet4 - 12-03-2020
Azərbaycanda koronavirus aşkarlanan qadın öldü - İRANDAN MÜALİCƏDƏN QAYITMIŞDI, AĞIR XƏSTƏLİKLƏRİ VARDI...
İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü qadının səhhətindəki xroniki problemlər davam etdiyindən xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi (Sistemik Lupus Eritematozus), 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi olduğu müəyyən edilib.
Muxalifet4 - 12-03-2020
Rusiyada deputatlar karantinə alındı - KORONAVİRUS TƏHLÜKƏSİ
Rusiyada Dövlət Dumasının bir qrup deputatı koronavirus təhlükəsi ilə əlaqədar karantinə alınıb.
Dumanın spikeri Vyaçeslav Volodin Fransadan səfərdən qayıtmış deputat Sergey Katasonova karantinə yollanmağı tapşırıb. Onunla yanaşı, deputatın köməkçiləri, eləcə Dumada onun yaxınlığında oturan deputatlar barəsində də eyni addım atılıb.
Deputatların virusa yoluxub-yoluxmaması barədə məlumat verilməyib.
Muxalifet4 - 12-03-2020
Bəzi apteklər cərimələnəcək - SÜNİ QİYMƏT ARTIMI
Dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən intensiv monitorinq və yoxlamalar davam etdirilir.
Muxalifet4 - 12-03-2020
İranla sərhədin bağlanması haqda yeni qərar - OPERATİV QƏRARGAHDAN AÇIQLAMA
Azərbaycan ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilmiş İran İslam Respublikası ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılıb.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Qərar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq qəbul edilib.Muxalifet4 - 12-03-2020
Milli kimliyin eyni kökü: Mən Türkəm, Türkmənəm
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev Azərbaycanla Türkmənistan münasibətlərinin tarixi ilə bağlı müəllif yazısı yazıb.
V. Abdullayev bu münasibətlərinin tarixi qədim tarixə malik olduğunu bildirib:"Azərbaycanlılar və türkmənlər eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bu xalqları dil və din eyniliyi birləşdirir. Orta Asiya xalqları içərisində milli mənsubiyyət və dil oxşarlığı baxımından Azərbaycan xalqına ən yaxın olan xalq məhz türkmənlər hesab olunur.
Muxalifet4 - 12-03-2020
Azərbaycanda qəlyandan istifadə qadağan edildi - VİRUS YAYIR...
Mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlarımıza müvəqqəti olaraq adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilib.
Bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.
Muxalifet4 - 12-03-2020
"429 nəfərin ölümünə yol açan koronavirusla mübarizə apara bilmirik" - İRANIN XİN RƏHBƏRİ DƏSTƏK İSTƏDİ
İranın koronavirusla mübarizədə tibb ləvazimatları, briqada və müəyyənedici kitlərə ehtiyacı var.
Bunu ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif açıqlayıb.
Nazir ölkədə bu ana qədər 429 nəfərin ölümünə yol açan, 10 min nəfərə yoluxan yeni tip koronavirusla mübarizə üçün tibbi ləvazimatların təminində problem yaşayır.
Muxalifet4 - 12-03-2020
Azərbaycan hökuməti vətəndaşları səfərlərdən imtina etməyə çağırdı
Azərbaycan hökuməti ölkə vətəndaşlarını xarici ölkələrə səfər etməməyə çağırıb.
Bu barədə virtualaz.org-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.
"Azərbaycan Respublikası vətəndaşlarının yaxın iki ay müddətinə xüsusi zərurət olmadığı təqdirdə, xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur", - məlumatda vurğulanıb.
Muxalifet4 - 12-03-2020
VƏTƏNDAŞLARA KORONOVİRUS XƏBƏDARLIĞI - Yalan xəbər yayanlar məsuliyyətə cəlb olunacaq
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat yayıb.
Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən koronavirus xəstəliyinin qarşısının alınması üzrə həyata keçirilən qabaqlayıcı tədbirlər, virusa yoluxmuş və karantinə yerləşdirilmiş şəxslərin sayı,onların müalicəsi və s. barədə ictimaiyyət mütəmadi məlumatlandırılır.Muxalifet4 - 12-03-2020
Azərbaycanda muzey və kitabxanalara giriş məhdudlaşdırıldı - RƏSMİ
Martın 6-dan Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə koronavirus infeksiyasının mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə tədbirlər planı tətbiq edilib.
Bu barədə virtualaz.org-a Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib.
Şöbə müdirinin sözlərinə görə, Mədəniyyət Nazirliyinin tabeliyindəki bütün müəssisələrdə sanitar-gigiyena və profilaktik-dizenfeksiya işləri görülür:
Muxalifet4 - 12-03-2020
İstirahət günü ilə iş gününün yeri dəyişdirildi - AZƏRBAYCANDA
İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.
Muxalifet.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Muxalifet4 - 12-03-2020
Nazarbayevin qızının və nəvəsinin mülkiyyətinə həbs qoyuldu - LONDONDA
Ötən il Londonda "əsaslandırılmamış sərvət" iddiasıyla üzərinə həbs qoyulmuş əmlakın Qazaxıstan lideri Nursultan Nazarbayevin qızına və nəvəsinə aid olduğu üzə çıxıb. Onlardan tələb olunub ki, Britaniya paytaxtının bahalı rayonlarında iki malikanə və mənzillər alınmasına sərf edilmiş 100 milyon dolların qanuni yolla qazanıldığını sübut etsinlər.
Muxalifet4 - 12-03-2020
Külli miqdarda dolların ölkədən çıxarılmasının qarşısı alındı - FOTO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, Bakı-İstanbul aviareysi ilə gedən sərnişin gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən şifahi, yazılı, elektron formada bəyan etməyib.
Muxalifet4 - 12-03-2020
Tədris Cərrahiyyə Klinikasında koronaviruslu xəstə aşkarlandı - Ailəsi və həkimlər karantinə alındı / FOTOLAR
Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında başqa bir səbəbdən yatan xəstədə koronavirus aşkarlanıb.Muxalifet4 - 12-03-2020
Nurlanla Əsliyə oxşayan media… - JALƏ MÜTƏLLİMOVA YAZIR
Deyir, hərənin dərdi özünə “dəvədir”. Bu atalar məsəlini o üzdən yada saldım ki, peşəmin, daha dəqiqi medianın bu günü və gələcəyindən narahatam. Həsən bəyi, Mirzə Cəlili yox, daha müasir dövrü deyirəm, məsələn, Nəcəf Nəcəfov, Ağamalı Sadiq Əfəndi prinsipləri, Azər Əbilbəyli üslubunu. Yəni ənənəsi olan bir medianı gözümüzün önündə sürətlə çökdürürlər. Həm də bir neçə istiqamətdən. Məmur mediası, şantaj mediası, kompramat mediası, anti-Azərbaycan mövqeli media yaradaraq. Bir sözlə media "dördüncü hakimiyyət" olmaqla vidalaşmaqdadır.
Muxalifet4 - 15-04-2020
İrana ŞOK müharibə anonsu: Tramp orduya SƏLAHİYYƏT VERDİ
ABŞ prezidenti Donald Tramp İraqda amerikalı hərbçilərin həlak olması ilə nəticələnən hücumla bağlı addımlar atmaq üçün Müdafiə Nazirliyinə səlahiyyət verib.
Bu barədə İsrailin “Haaretz”qəzeti məlumat yayıb. Pentaqon rəhbəri Mark Esper isə bildirib ki, hücumu həyata keçirən qüvvələrin cəzalandırılması üçün bütün seçimlər masadadır. Onun sözlərinə görə, hücumu İranın dəstək verdiyi qruplaşmalar həyata keçirib.
Xatırladaq ki, ötən gecə “Taci” hərbi bazasına raket hücumu nəticəsində 2 amerikalı və 1 britaniyalı hərbçi həlak olub. 11 əsgər yaralanıb./Publika
Muxalifet4 - 12-03-2020
Orta məktəblərdə tədris ilinin müddəti Nazirlər Kabineti tərəfindən MÜƏYYƏN EDİLƏCƏK
Ümumtəhsil məktəbində tədris ilinin müddəti Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
Nazirlər Kabineti bununla bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.
İndiyə qədər yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilərdi. Təhsil Nazirliyinin bu səlahiyyəti ləğv edilib.
Bu qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir./apa
Muxalifet4 - 12-03-2020
Ərdoğanın xarici ölkələrə səfərləri təxirə salındı - KORONOVİRUS TƏHLÜKƏSİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici ölkələrə səfərləri koronavirusla əlaqədar təxirə salınıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının mətbuat katibi İbrahim Kalın deyib.
Onun sözlərinə görə, xarici səfərlər ləğv olunsa da, Türkiyə lideri martın 17-də İstanbulda Almaniya və Fransa prezidentləri ilə görüş keçirəcək.
Muxalifet4 - 12-03-2020