Axtarış
The search found 105854 results in 0.056 seconds.
Search results
İtaliyada virusdan ölənlərin sayı 1000-i keçdi
Çin koronavirusa, demək olar, qalib gəlib. İtaliya isə virusla mübarizədə qan itirir.
Bizimyol.info xəbər verir ki, Avropa dövlətində virusdan ölənlərin sayı 1000-i keçib. Son bir sutkada İtaliyada 189 nəfər həyatını itirib. Beləcə, ümumi say 1016-ya çatıb.
Dünəndən bəri İtaliyada təxminən 3 min nəfər virusa yoluxub. İndi burada 15 min 113 virus daşıyıcısı var.
Ümumdünya Səhiyyə Təşkilatının bir neçə dəqiqə əvvəl yaydığı məlumata görə, bütün dünyada koronavirus aşkarlanan insanların sayı 133 mini keçib. 4947 nəfər həyatla vidalaşıb.
Muxalifet4 - 12-03-2020
AVRO-2020 bir il sonraya təxirə salınacaq
AVRO-2020 koronavirus epidemiyası üzündən bir il sonraya təxirə salınacaq.
Apasport.az saytının məlumatına görə, Fransanın “Ekip” nəşri belə bir iddia ilə çıxış edib.
Avropanın nüfuzlu nəşrlərindən birindən olan həmkarlarımız UEFA-nın planlarını əldə edib. Bildirilir ki, martın 17-də AVRO-2020-nin 2021-ci ilin yayında təşkil olunacağı ilə bağlı qərar elan olunacaq.
Bu, 55 milli assosiasiyanın nümayəndələri, həmçinin Avropa klublar Assosiasiyası və digər maraqlı tərəflərin iştirakı ilə baş tutacaq videokonfransda gerçəkləşəcək.
Muxalifet4 - 12-03-2020
UNEC koronavirusla əlaqədar Azərbaycana qayıdan tələbələrə müraciət etdi - "DƏRSLƏRDƏN GERİ QALMAMAQ ÜÇÜN..."
“Xaricdə oxuyan bir sıra azərbaycanlı tələbələr koronavirusla əlaqədar dərslərini yarımçıq qoyaraq Azərbaycana qayıtmış və ya xarici ölkədə qalmaqla dərslərini dayandırıblar. Dərslərində geri qalmamaları üçün həmin tələbələrə UNEC-də bu gündən distant formada təşkil edilən dərslərə qoşulmağı təklif edirik”.
Bu barədə UNEC-in rektoru, proffessor Ədalət Muradov xaricdə təhsil alan tələbələrə müraciətində bildirib.
Muxalifet4 - 12-03-2020
Oqtay Əsədov Milli Məclisin bu komitəsinə üzv olacaq
Milli Məclisin keçmiş sədri Oqtаy Əsədovun üzv olacağı komitə müəyyənləşib.
Muxalifet.az "report"a istinadla xəbər verir ki, parlamentin sabiq sədri Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində fəaliyyət göstərəcək.
Məsələ qanunverici orqanın martın 13-də keçiriləcək iclasında müzakirə ediləcək və qərar veriləcək.
Həmin komitənin sədri Ziyаfət Əsgərovdur.
Qeyd edək ki, 1955-ci il təvəllüdlü O.Əsədov 2000-ci ildə Milli Məclisin deputatıdır. O, 2005-2020-ci illərdə parlamentin sədri olub.
Muxalifet4 - 12-03-2020
“BELƏ GETSƏ 700 TƏSƏRRÜFAT MƏHV OLACAQ, ƏHALİ ACINDAN BATACAQ...” - Hacıqabulda kəndlilərin günün qara edən “Qırmızı Vadi”
Hacıqabul rayonun Meyniman və Axtaçı kəndlərində sakinlərin örüş sahəsi kimi istifadə etdikləri torpaqlar əllərindən alınıb. Dolanışıqları heyvandalıqdan çıxan kəndlilər mal-qaranı otarmağa otlaq tapa bilmirlər.
Muxalifet4 - 12-03-2020
Sabahdan Azərbaycanda benzinin qiyməti ucuzlaşacaq - ŞOK QƏRAR
Sabahdan benzinin qiyməti ucuzlaşacaq.
Muxalifet.az xəbər verir ki, saat 00:00-dan ölkə ərazisində Aİ-95 markalı benzinin qiyməti ucuzlaşaraq 1,20 manat təşkil edəcək. Aİ-98 markalı benzin isə 1,40 manat təşkil edəcək.
Qeyd edək ki, hazırda Aİ-95 markalı benzinin qiyməti 1,50 manat, Aİ-98 markalı benzinin qiyməti isə 1,60 manatdır./Report
Muxalifet4 - 12-03-2020
Koronavirusa görə bağlanan KƏBƏDƏ İNANILMAZ GÖRÜNTÜLƏR - VİDEO
Məkkə şəhərində yerləşən Kəbədə diqqətçəkən görüntülər lentə alınıb.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, koronavirusa görə dezinfeksiya işləri ilə bağlı müvəqqəti bağlanan Kəbənin üzərində əbabil quşlarının uçduğu müşahidə edilib. Quşlar sürü şəklində Kəbənin üzərində dəfələrlə dövrə vurublar.
Bu hadisə isə dini saytlarda “Allahın evi boş qalmaz. İnsanlar təvaf etməsələr, quşlar təvaf edər” deyimi ilə təqdim olunub. Qeyd edək ki, əbabil quşlarından Quran kitabında bəhs edilir.
Muxalifet4 - 12-03-2020
"MÜHARİBƏYƏ BAŞLAMAQ LAZIMDIR" - Məcburi köçkün təşkilatları prezidentə müraciət etdilər – MƏTN
İşğal olunmuş rayonların ictimai birliklərinin birlikdə iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, iclasda iştirak edən nümayəndələrin Ali Baş Komandana müharibə tələbilə müraciət imzalandı.
Müraciətdə deyilir:
Cənab Ali Baş Komandan!
Qarabağın 28 ildir işğalda qalması, sülh danışıqlarının heç bir fayda verməməsi, işğalçı ermənistanın torpaqlarımızda məskunlaşma siyasəti aparması və öz ərazilərimizdə əsgərlərimizi qətlə yetirməsi bizi hiddətləndirir.
Muxalifet4 - 13-03-2020
DİN-dən ƏMƏLİYYAT: “Naco” və dəstəsi tutuldu
Zaqatala Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən fındıq zavodundan 150 min manat dəyərində fındıq ləpəsinin oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri bilinən istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Muxalifet4 - 13-03-2020
Azərbaycanda koronavirusdan ölən qadın necə dəfn olunacaq? - RƏSMİ AÇIQLAMA
Ötən gün koronavirusdan ölən qadının dəfn mərasimi mütəxəssislərin nəzarəti altında keçiriləcək.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan “MediaPost”un sorğusuna cavab olaraq bildirilib.
Muxalifet4 - 13-03-2020
Milli Məclisə gedən jurnalistlər xüsusi yoxlamadan keçəcək - SƏBƏB
Bu Milli Məclisin iclasını işıqlandırmaq üçün parlamentə gələn jurnalistlər termovizor yoxlanışından keçəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.
Onun sözlərinə görə, koronavirus təhlükəsi ilə əlaqədar MM-ə gələn hər bir şəxs, o cümlədən deputatlar və jurnalistlər prosesdur qaydalara uyğun olaraq bu yoxlanışdan keçməlidir.
Muxalifet4 - 13-03-2020
Məşhur azərbaycanlı rəssamın qızı karantinə alındı - KORONAVİRUSA GÖRƏ
Rusiyada yaşayan azərbaycanlı rəssam-heykəltaraş Aydan Salahova koronavirus şübhəsilə karantinə alınıb.
Muxalifet.az xəbər verir ki, bu barədə A.Salahova şəxsi “Facebook” hesabından paylaşım edib.
Buna səbəb onunla eyni reysdə uçan koronavirusa yoluxan sərnişin tapılması olub. O bildirib ki, İtaliyadan Rusiyaya qayıdarkən hava limanından alınaraq xəstəxanaya yerləşdirilib. A.Salahova həmin reysin bütün sərnişinlərinin karantinə alındığını deyib.
Muxalifet4 - 13-03-2020
NAZİR MÜAVİNİ NİYƏ İŞDƏN ÇIXARILDI? - "Sahibkarlardan 15 faiz “zəhməthaqqı” tələb ediblər..."
İqtisadiyyat Nazirliyində kadr dəyişikliyi olub. Şirzad Abdullayev vəzifəsindən azad edilib. Bu barədə martın 12-də prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, iqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib.
Qeyd edək ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin olunub.
Muxalifet4 - 13-03-2020
SATICINI HƏDƏLƏYİB, KÜLLİ MİQDARDA PUL APARDI - Bakıda aptekə silahlı basqın
Bakıda aptek naməlum şəxs tərəfindən qarət edilib.
Muxalifet.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
Naməlum şəxs rayonun R.Rüstəmov küçəsində yerləşən "Vita" aptekə daxil olaraq əlindəki bıçaqla satıcı İnci Quliyevanı öldürməklə hədələyib. Naməlum şəxs kassada olan 1000 manat pulu götürürək hadisə yerindən qaçıb.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır./trendMuxalifet4 - 13-03-2020
“Koronavirusu ABŞ ordusu gətirib...” - ÇİNDƏN ŞOK İTTİHAM
Çinin Xarici İşlər Nazirliyinin mətbuat xidməti ABŞ ordusunu koronavirusu Çinin Vuhan şəhərinə gətirməkdə ittiham edib. Çin XİN-in sözçüsü Çjao Litsyan “Tvitter” səhifəsində yazıb: “ABŞ bizə bir açıqlama borcludur!”
Çjao Litsyan bu sözləri, Amerikanın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin başçısı Robert Redfildin ABŞ-da qripdən öldüyü güman edilən insanlarda ölümlərindən sonra koronavirus aşkar edilməsini söylədiyi xəbərdən sonra yazıb.
Muxalifet4 - 13-03-2020
"AST Telman"ın qohumunun "Ferrari" dələduzluğu - BAKIDA BAŞ TUTAN MƏHKƏMƏDƏ ŞOK DETALLAR AÇIQLANDI
Bakı Apelyasiya Məhkəməsində oğurluqda və dələduzluqda təqsirli bilinən Vüqar Babayevin barəsindəki hökmdən apelyasiya şikayətinə baxılıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrlik etdiyi iclasda qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 1986-cı il təvəllüdlü Vüqar Babayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.
Muxalifet4 - 13-03-2020
“QƏRB MƏTBUATI TÜRKİYƏYƏ QARŞI ƏXLAQSIZLIQ EDİR” - Hüseyin Altınalan: “Bütün bunlar ölkəmizə qarşı bir çox cəbhədə mübarizə aparıldığını göstərir”
Koronavirus Çinin Vuhan şəhərində ilk dəfə ortaya çıxdıqdan sonra dünyanın 118 ölkəsinə yayılıb. Virus Çindən sonra daha çox İran, İtaliya və Cənubi Koreyada yayılıb. Türkiyədə isə yalnız iki nəfərdə aşkarlanıb. Virusun yayıldığı ölkələrin ard-arda qorunmaq üçün tədbirlər görməsi fonunda, prezident Donald Tramp da koronavirusun ölkəsinə təsirlərinin ardından ABŞ-dan Avropaya səyahəti qadağan etdi. Ancaq Qərb mətbuatı Avropaya səyahətə gətirilən qadağa ilə əlaqədar xəbərlərində Türkiyəyə aid fotoşəkillərdən istifadə edir.
Muxalifet4 - 13-03-2020
“Yas mərasimlərində iştirak etmək vacib deyil” - HACI ŞAHİN
“Dəfn mərasimindən sonra yas verilməsi şərt hesab olunmur”
Koronavirusla əlaqədar ölkəmizdə təhsil müəssisələri bağlanıb, bir çox kütləvi tədbirlər təxirə salınıb. Əhaliyə toy və digər el şənliklərinin bir müddət ləğv olunması, yas mərasimlərinin məhdudlaşdırılması tövsiyyə edilib.
Muxalifet4 - 13-03-2020
Azərbaycanda daha iki nəfər vəzifəli şəxs həbs edildi - FOTO
Azərbaycanda daha iki yüksək vəzifəli şəxs həbs edilib.
Belə ki, Oğuz-Qəbələ Regional Meşə İdarəsinin müdiri Qəribov İlqar Nəsrəddin oğlu və müəssisənin digər əməkdaşı Calalov İlqar Saməddin oğlu həbs olunublar. Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Onlar barəsində Cinayət Məcəlləsinin 259.3-cü (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb.
Muxalifet4 - 13-03-2020
ERMƏNİLƏR NÖVBƏTİ TƏXRİBATA ƏL ATDI - Qazaxda yaşayış evləri atəşə tutuldu
Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.
Muxalifet.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Muxalifet4 - 13-03-2020