Axtarış
The search found 105849 results in 0.029 seconds.
Search results
MSK QARŞISINDA ETİRAZ AKSİYASI - Polis etirazçıları dağıtdı / YENİLƏNİR
MSK-nın binası qarşısındakı qanunsuz etiraz aksiyasına seçkilərin nəticələrindən narazı qalmış digər namizədlər, həmçinin müxalifət xadimləri də qoşulublar.
Məlumata görə, onların arasında ReAl-ın keçmiş liderlərindən olan Azər Qasımlı, NIDA üzvü Turqut Qəmbər, deputatlığa namizəd Fərhad Mehdiyev və başqaları da olublar.
Muxalifet4 - 11-02-2020
DİN seçki saxtakarlığına etiraz edənlərlə bağlı açıqlama yaydı - "İCAZƏSİZ AKSİYANIN QARŞISI ALINIB"
Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında keçirilən icazəsiz aksiyanın qarşısı alınıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib ki, bu gün saat 18:00-dan başlayaraq bir qrup şəxs MSK-nın qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.
Təxminən 2 saat MSK nümayəndələrinin onlarla izahedici söhbətlər aparmasına baxmayaraq, həmin şəxslər qanunsuz əməllərini davam etdiriblər.Muxalifet4 - 11-02-2020
“İdlib probleminin həllində Türkiyəyə dəstək vermək istəyirik” - ABŞ-dan AÇIQLAMA
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyəyə səfər edib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, o, yerli vaxtla saat 18.35-də Ankaranın Esenboğa Hava limanına enib.
Ceyms Cefri jurnalistlərə açıqlamasında bildirib ki, səfərdə məqsəd İdlib problemi ilə bağlı rəsmi Ankaraya dəstək olmaqdır: “Türkiyə hökuməti ilə sözügedən problemi gözdən keçirmək və mümkün olduğu qədər məsələnin həllinə dəstək vermək istəyirik”.
Muxalifet4 - 11-02-2020
Ölümcül virusu Avropaya bu şəxs daşıyıb / ADI AÇIQLANDI
Koronavirusu Avropaya Stiv Uolş adlı iş adamı daşıyıb.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, o virusa Sinqapurda yoluxub. Avropa gələn şəxs, fərqində olmadan virusu daha 11 nəfərə yoluxdurub. O, Sinqapurdan Fransaya və Böyük Britaniyaya gedib. Fransada istirahət mərkəzinə gedən Uolşun bədənindəki virus, mərkəzin rəhbəri və ailə üzvlərinə yoluxub.
Qeyd edək ki, 20-dən çox ölkəyə yayılan virus Çində mindən çox insanın həyatına son qoyub.
Muxalifet4 - 11-02-2020
"Seçkidə qanunsuzluğa əl atan müəllimlərlə bağlı ölçü götürüləcək" - NAZİRLİK
Təhsil Nazirliyi sosial şəbəkədə yayılmış görüntülərə münasibət bildirib.
Sosial şəbəkələrdə 9 fevral 2020-ci il tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı baş vermiş bir sıra neqativ halları əks etdirən video və foto görüntülər paylaşılır. Görüntülərdə sözügedən qanunsuzluqların baş verməsində bəzi dövlət müəssisələrinin işçilərinin, o cümlədən müəllimlərin də iştirak etdiyi əks olunur.
Muxalifet4 - 12-02-2020
Saxta seçkilərə etiraz edənlər SAXLANILDI - Yenilənib
Bakıda Mərkəzi Seçki Komissiyasının qarşısında parlament seçkisinin nəticələrinə etiraz edərkən saxlanan etirazçıların aparıldığı avtobusu Bayıl yaxınlığında saxlayıblar.
Avtobusda olan bir etirazçının saxlanarkən xəsarət aldığı və hazırda vəziyyətinin ağır olduğu bildirilir, avtobusdakı digər etirazçılar deyir.
Avtobusdan düşən etirazçılar xəsarət alanın Müsavat partiyasının üzvü Ərzulla Buludlu olduğunu deyir. Onun qabırğasının sındığı deyilir. Dəfələrlə xahişdən sonra onun üçün təcili tibbi yardım çağrılıb.
Muxalifet4 - 12-02-2020
“Fənərbaxça” Türkiyə kubokunun yarımfinalına yüksəldi
Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Apasport.az saytının məlumatına görə, bu gün bir görüş keçirilib.
"Fənərbaxça" aşağı liqa təmsilçisi "Kırklarelispor"u qəbul edib. Cütün taleyini ilk matçda həll edən "sarı-lacivərdlilər" cavab oyununda da qələbə qazanaraq, yarımfinala yüksəliblər.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər oyunları fevralın 12-də və 13-də keçiriləcək. Yarımfinal mərhələsinin qarşılaşmaları isə martın 3-5-də və aprelin 21-23-də olacaq.
Muxalifet4 - 12-02-2020
"Azərbaycanda seçkilər pozuntularla keçdi" - DÖVLƏT DEPARTAMENTİ
«Azərbaycanda seçkilər həqiqi rəqabətin olmadığı və ciddi prosedur pozuntularının olduğu bir şəraitdə keçib. Bunlara bülletenlərin topa şəkilində atılması, qrup səsverməsi və səslərin sayılmasında əhəmiyyətli çatışmazlıqlar daxildir».
Bu sözləri ABŞ Dövlət Departamentinin sözüçüsü Morgan Ortagus fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri barədə twitter səhifəsində yazıb.
Daha sonra o, ABŞ-ın azərbaycandakı səfirliyinin bəyanatını add edib./Turan
Muxalifet4 - 12-02-2020
Tanınmış jurnalistin məhkumluğu götürüldü - MƏHKƏMƏ QƏRARI
Bakı Apellyasiya Məhkəməsi “Kanal-13” İnternet televiziyasının təsisçilərindən Əziz Orucovun üzərindən şərti cəzanı və məhkumluğu götürüb.
Muxalifet.az xəbər verir ki, bu barədə Ə.Orucov məlumat verib.
O 2017-ci ilin mayında həbs edilib və iqtisadi cinayətlər ittihamı ilə 6 il həbsə məhkum edilmişdi. Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıbar. 2018-ci ilin aprelində Ali Məhkəmə həbs müddətini üç il şərti cəza ilə əvəzləyib.
Muxalifet4 - 11-02-2020
Koronavirus simptomları olan qadın həkimlərdən qaçıb
İspaniyanın Valyadolid şəhərində koronavirus simptomları olan sərxoş qadın həkimlərdən qaçıb.
Trend-in məlumatına görə, şəhərdə barların birində əməkdaşlar xəstəlik simptomları olan qadın barədə təcili yardıma məlumat veriblər.
Həkim hadisə yerinə gəldikdən sonra qadın yaranan qarışıqlıqdan istifadə edərək taksiyə minib və oradan uzaqlaşıb.
Bir müddət sonra qadın tapılıb və müayinə altına alınıb. Məlum olub ki, o, 10 gün əvvəl Şanxaydan İspaniyaya gəlib.
Muxalifet4 - 12-02-2020
Azərbaycanda evdən qadın və kişinin meyiti bu halda tapıldı - TÜKÜRPƏRDƏN VİDEO
Sosial şəbəkələrdə yayılan video böyük müzakirələrə səbəb olub.
Muxalifet.az oxu24.com-a istinadən xəbər verir ki, Azərbaycanda çəkildiyi iddia edilən videoda bir evdə divanda qadının və yerdə kişinin cansız bədəni tapılıb. Evə girən şəxslər meyitləri kameraya çəkməyə və bu şəxslərin nədən ölmələrini araşdırmağa çalışıb.
Videodan görünür ki, həmin şəxslər polis əməkdaşları deyil. Ölən şəxslərin kamera çəkən şəxs tərəfindən ələ salınması sosial şəbəkələrdə ciddi tənqid olunub.Muxalifet4 - 12-02-2020
Bakıda oğlan “yox” cavabı aldığı qızı bıçaqladı
Bakıda sevgisinə qarşılıq ala bilməyən oğlan 22 yaşlı qıza 7 bıçaq zərbəsi vurub.
Hadisə fevralın 11-i gecə saat 23:30 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində baş verib. Füzuli rayon sakini, 1992-ci il Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü A.Z.-yə yeddi bıçaq zərbəsi vurub. A.Z. xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, A.Hüseynov tanışı olan A.-ya onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirirərək sevgili olmaqdan imtina edib. Bundan qəzəblənən Afiq sevdiyi qıza 7 bıçaq zərbəsi vurub.Muxalifet4 - 12-02-2020
İranın kosmik raketinin partlamasında ABŞ-ın əli varmı? - “BİZ BU GÖZƏL SUALI ŞƏRH ETMİRİK...”
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O`Brayen fevralın 9-da İranın kosmosa süni peyk çıxarmaq cəhdinin uğursuzluqla nəticələnməsində Vaşinqtonun əlinin olub-olmadığı haqda sualı şərh etməyib.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Atlantik Şurasında çıxışı zamanı Trampın müşavirinə İranın kosmik raketinin nəzərdə tutulan orbitə çatmadan partlamasının ABŞ-ın sabotajı ola biləcəyi haqda sual verilib. Habelə ondan soruşublar ki, Tehran nüvə məsələsində qırmızı xətti nə zaman keçə bilər və ABŞ-ın buna cavabı necə olacaq.
Muxalifet4 - 12-02-2020
Azərbaycanda dəhşətli yanğın - İKİ NƏFƏR ÖLDÜ
Şəmkir rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Muxalifet4 - 12-02-2020
Yeni seçilən xanım deputatın AİLƏSİNDƏ FACİƏ / Foto
9 fevralda Milli Məclisə keçirilən seçkilərə 32 saylı Suraxanı üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olaraq qələbə qazanan Afət Həsənovaya ağır itki üz verib.
Belə ki, A.Həsənovanın qardaşı Abbas Zeynalov vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.
Muxalifet4 - 12-02-2020
Bakıda ŞOK HADİSƏ: tələbə qız faciəvi şəkildə öldü - FOTO
Bakıda III kurs tələbəsi dəm qazından zəhərlənərək ölüb.
Hadisə paytaxtın Xətai rayonu, Mirzə Davud küçəsi, ev 45 ünvanında yerləşən həyət evlərinin birində qeydə alınıb.
Belə ki, Bakı Avrasiya Universitetinin III kurs tələbəsi, 2000-ci il təvəllüdlü Rəhmanova Nigar Taleh qızı yaşadığı evdə dəm qazından boğulub.
N.Bayramova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.(Report)
Muxalifet4 - 12-02-2020
Türk ordusunun vurduğu helikopterdə Qasım Süleymani ilə bağlı elə detal ortaya çıxdı ki... - FOTO
Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Suriya Milli Ordusu Bəşər Əsəd rejiminin işğalından azad etməyə çalışdığı Sərakib qəsəbəsində rejimə aid helikopteri məhv edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, helikopterdə həlak olan pilotun ötən ay Bağdadda öldürülən İran İnqilab Keşikçiləri Korpusu “Əl-Qüds” Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Qasım Süleymani ilə fotosu ortaya çıxıb.
Muxalifet4 - 12-02-2020
Çində koronavirusdan 1113 nəfər öldü, 50 min nəfər isə...
Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların və ölənlərin sayı artıb.
Xarici KİV-lər xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, yeni penvmaniyaya yoluxanların ümumi sayı artaraq 42 min 600 nəfərə çatıb. 1113 nəfər isə ölüb. Xəstələrdən 8204-nün vəziyyəti ağırdır
Virusa yoluxanlardan 4 min 740 nəfəri sağalaraq xəstəxsanalardan evə buraxılıb.
Muxalifet4 - 12-02-2020
Türk ordusuna əmr verildi - "...DƏRHAL MƏHV EDİN"
Suriyanın İdlib şəhərindəki Türkiyə Silahlı Qüvvələri bölmələrinə təlimat verilib.
Müdafiə naziri Hulusi Akar Suriya rejiminin müşahidə məntəqələrinə və strateji hərbi nöqtələrinə hər hansı hücum və ya təzyiq olacağı təqdirdə, əsgərlərə daha sərt cavab reaksiyası vermək təlimatını göndərib.
“Assoşieyted Press”ə İdlibdəki son vəziyyətlə bağlı danışan Akar dəfələrlə İdlibdəki əsgərləri və hərbi heyəti geri çəkməyəcəklərini və 12 müşahidə məntəqəsini boşaltmayacaqlarını söylədiklərini bildirib.
Muxalifet4 - 12-02-2020
Abel Məhərrəmov təcili olaraq xəstəxanaya yerləşdirildi - ÜRƏYİNDƏ PROBLEM VAR...
Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub.
Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.
Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.Muxalifet4 - 12-02-2020