Axtarış
The search found 105849 results in 0.055 seconds.
Search results
Milli Məclisə yeni sədr seçiləcək - OQTAY ƏSƏDOV POSTUNU QORUYA BİLƏCƏK?
VI çağırış Milli Məclisin ilk iclasının gündəliyində müzakirə ediləcək məsələlər məlum olub.
“Report” xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparır.
Muxalifet4 - 13-02-2020
ŞÜBHƏLİ YOXSULLUQ STATİSTİKASI - Rusiyada 15, Azərbaycanda 5 faiz?...
Rusiyanın əmək naziri Anton Kotyakov son açıqlamasında yoxsulluğu ölkəsi üçün ən kəskin və həlli vacib olan məsələ kimi dəyərləndirib. Nazir etiraf edib ki, Rusiyada yoxsulluq yüksək səviyyədədir və məhz bu problemin həlli hökumətin fəaliyyət istiqamətləri sırasında prioritet təşkil etməlidir.
A.Kotyakov rəsmi statistikaya görə, Rusiyada 18.5 milyon nəfərə yaxın insanın yoxsulluq həddindən aşağı səviyyədə yaşadığını bildirib. Bu isə o deməkdir ki, Rusiya hökuməti ölkə əhalisinin təxminən 15 faizinin yoxsul olduğunu etiraf edir.
Muxalifet4 - 13-02-2020
Koronavirus üzrə yüksək riskli məhsullar - SİYAHI
Azərbaycanın "quş qripi" və yeni koronavirus xəstəliyindən qorunması məqsədi ilə aparılan mübarizə tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Yüksək patogenli "quş qripi" və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı” hazırlanıb.
Demokrat.az xəbər verir ki,bunu Agentliyin sədri Qoşqar Təhməzli deyib.
Yüksək patogenli "quş qripi" və koronavirus üzrə yüksək riskli məhsulların siyahısı aşağıdakı kimidir:
Yüksək patogenli "quş qripi" üzrə:
Muxalifet4 - 13-02-2020
RAUF ARİFOĞLU DA SEÇKİNİN NƏTİCƏSİNİN LƏĞVİNİ TƏLƏB ETDİ - Sensasion müraciət
"MSK 35 saylı dairənin nəticələrini ləğv etsin, bir daha yarışaq".
Bu bəyanatla 35 saylı seçki dairəsindən deputat seçilmiş Rauf Arifoğlu çıxış edib. O, bildirrrib ki, rəqiblərim, ölkəni qarışdırmaq istəyən təhlükəli şəbəkə sosial mediada fırtına yaradırlar:
"Bütün seçki boyu saxtakarlıqlara əl atanlar bizi saxta yolla seçilməkdə suçlayırlar! İnsanları manipulyasiya edirlər! Ölkədə keçirilən seçkinin ən nümunəvi dairəsində aprdığımız kampaniyanı, demokratik seçkini ləkələməyə çalışırlar.Muxalifet4 - 13-02-2020
“Müəllimləri qınamalı deyilik... Mənim özümü də "sındırırlar"" – RƏŞİD MAHMUDOV
"Əgər bir ziyalı yalaqdırsa, yaltaqdırsa, it yalına hürəndirsə, vay o millətin halına"
Muxalifet4 - 13-02-2020
Azərbaycanda yüksək vəzifəli şəxsin oğlunun binasında qalmaqal - FOTOLAR
Bakı şəhər sakini Asif Məmmədov “Konstra” MTK tikinti şirkətindən narazıdır.
A. Məmmədov Qafqazinfo-ya müraciətində qeyd edib ki, 2018-ci ildə müxtəlif vaxtlarda sözügedən tikinti şirkətindən 169 nəfər ev alıb:
Muxalifet4 - 13-02-2020
Valideynlər məktəb direktorunu qovdu, nazirlik işə qarışdı - ABŞERONDA
Təhsil Nazirliyi Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin 1 nömrəli tam orta məktəbinə təyin olunan direktorun şagird valideynləri tərəfindən qovulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Muxalifet4 - 13-02-2020
Seçki günü məşhur olan ağsaqqal haqda MARAQLI FAKTLAR - Sən demə, o... / FOTOLAR
9 Fevral tarixində ölkəmizdə keçirilən növbədəkənar parlament seçkilərində ən biabırçı hadisə 47 saylı Mingəçevir Seçki Dairəsində yaşandı.
"Yeni Sabah" xəbər verir ki, həmin dairənin 21 saylı məntəqəsinin rəsmi üzvü Mahir Eyyubov müşahidəçilərin gözü qarşısında topa bülleteni qutuya salarkən kameralara tuş gəldi. Onun həmin görüntüsü sosial şəbəkələrdə ən çox yayılan və müzakirə edilən foto oldu.Muxalifet4 - 13-02-2020
“Vətəndaşa deyirlər ki, “Porsche”, “Ceep” bizimdir, siz eşşək arabası sürün” – ƏLİZADƏ NƏHMƏDAĞAOĞLU YAZIR
Azərbaycanın bölgələrində, xüsusilə cənub bölgəsi və mərkəzi Aran rayonlarının kücələrində Gürcüstan nömrəsində şütüyən avtomobillərin sayı günü-gündən artır. Həmçinin, Rusiya nömrəsilə maşın sürən avtomobillərlə də tez-tez qarşılaşırıq. Taksi sürücüsü işləyən bir gənc tanışım işsizlikdən bu sahədə çalışmaqla məşquldur. Mənə maraqlı idi ki, bəzi taksi sürücüləri niyə Gürcüstan nömrəli maşınlar idarə edir? Yanvar ayının əvvəlində bunun səbəbini soruşanda belə cavab verdi: “Müəllim, “rastomaşka” etdirməyə gücümüz catmır”.
Muxalifet4 - 13-02-2020
MSK Aygün Attarın akkreditasiyasını ləğv etdi - ATƏT/DTİHB-nin MÜRACİƏTİ ƏSASINDA
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında ATƏT/DTİHB-nin fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılıb.
Məsələ barədə MSK-nın sədr müavini Rövzət Qasımov məlumat verib.
O bildirib ki, fevralın 11-də ATƏT/DTİHB fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya məktub daxil olub. Missiya rəhbəri müraciət edib ki, müşahidəçilərdən biri - Aygün Attarın akkreditasiyası ləğv edilsin.
Muxalifet4 - 13-02-2020
"LÖKBATANA GEDİLMƏYƏCƏK, MİTİNQ BAKIDA KEÇİRİLMƏLİDİR" - Müxalifət BŞİH-in təklifindən imtina etdi
REAL Partiyasının sədri İlqar Məmmədov mitinq üçün Lökbatan təklifindən imtina edildiyini bildirib.
Muxalifet.az xəbər verir ki, bu barədə sədr sosial şəbəkədə məlumat paylaşıb.
Qeyd edib ki, aksiya fevralın 16-sı saat 15:00-17:00-da Bakı şəhərində keçirilməlidir.
Muxalifet4 - 13-02-2020
“32 saylı Suraxanı üçüncü seçki dairəsinin nəticələrini etibarsız sayırıq” - BƏYANAT
“Yenidən demokratik və şəffaf seçkilərin keçirilməsini tələb edirik”
Muxalifet4 - 13-02-2020
ÇİNGİZ QƏNİZADƏNİN DAİRƏSİNDƏ SEÇKİNİN NƏTİCƏSİ LƏĞV OLUNDU - Rəsmi açıqlama
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Hikmət Şirinov, Rasim Əmiraslanov və digər namizədlərin şikayətlərinə baxılıb.
APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova məlumat verib.
Muxalifet4 - 13-02-2020
"O məntəqələr cəzalanmağa layiqdir” - MSK SƏDRİ
“Sosial media bizim ən etibarlı köməkçimizdir”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, sosial şəbəkələrdə qayda pozuntuları olan məntəqələrlə bağlı görüntülər yayılıb: “Biz o məntəqələrlə ciddi işləməliyik. Bəzi şəxslər məntəqənin fəaliyyətini iflic halına gətirir. O məntəqələr cəzalanmağa layiqdir”.
Muxalifet4 - 13-02-2020
Suriya və İraqda insanlara qan udduran İŞİD üzvləri indi haradadır? - TERRORÇULARIN SAXLANILDIĞI YERDƏN ŞOK GÖRÜNTÜLƏR
Dopdolu həbsxanalarda saxlanılan terrorçuların pasportları arasında Rusiya, Səudiyə Ərəbistanı, Çernoqoriya, Bosniya-Hersoqovina vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqələri var. “Röyters” agentliyinə müsahibə verənlərdən biri amerikalı, digəri isə belçikalıdır.
Muxalifet4 - 13-02-2020
MSK-dan Rauf Arifoğlu haqda ŞOK QƏRAR - 35 saylı dairədə seçkinin nəticəsi ləğv olundu
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və səlahiyyətli nümayəndəsi Rafael Tağızadənin müraciətinə baxılıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.
Muxalifet4 - 13-02-2020
Hadı Rəcəblinin dairəsində də seçkinin nəticəsi ləğv olundu - MSK-dan RƏSMİ AÇIQLAMA
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.
MSK üzvü bildirib ki, bir çox materiallara baxarkən müəyyən edilib ki, müşahidəçilərin iştirakı ilə protokollar tərtib edilməyib:Muxalifet4 - 13-02-2020
MSK Hüseynbala Mirələmovla bağlı da QƏRAR VERDİ - 33 saylı dairədə seçkinin nəticəsi ləğv olundu
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.
MSK üzvü bildirib ki, 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib:
“Ümumilikdə məntqələrin sayı isə 40-dır”Muxalifet4 - 13-02-2020
"YENİDƏN BAŞLAYIRIQ..." - Nəticələri ləğv olunan Rauf Arifoğlundan AÇIQLAMA
Komandam və seçicilərim üçün nə qədər ağır olsa da, mən özüm bu xəbəri məmnuniyyətlə qarşıladım. Özümün və dövlətin ünvanına yönəlik ittiham, şantaj və iddialar bununla da suya düşdü. Hesab edirəm ki, anti-islahat yönümlü mafiyalardan, qaranlıq dairələrdən bəslənən, siyasi saxtakarlığı özünə peşə etmiş, mübarizədə hər cür aşağı metodları məqbul sayan rəqibimin parlamentə buraxılmamasının özü də ciddi nəticədir. Bu nəticəyə görə özümdən və komandamın fəaliyyətindən razıyam.
Muxalifet4 - 13-02-2020
BİR NECƏ DAİRƏ İLƏ BAĞLI ŞİKAYƏTLƏR DSK-lara GÖNDƏRİLDİ – MSK araşdırma tələb edib
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daha bir neçə şikayətə baxılıb.
Muxalifet.az xəbər verir ki, iclasda 81 saylı Beyləqan seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 42 saylı Suqmayıt ikinci seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətlər müzakirə olunub.
Sonda həmin müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib.Muxalifet4 - 13-02-2020