Axtarış

The search found 105849 results in 0.03 seconds.

Search results

  1. “Türkiyəyə cavab verəcəyik” - Bəşər Əsəd hökumətindən AÇIQLAMA

    Türkiyə Suriya ilə sərhəddə hərbi hazırlıq gördüyü bir vaxtda Bəşər Əsəd hökuməti Türkiyə əleyhinə açıqlama verib. Əsəd hökuməti hücumlarını əngəlləməkdə ittiham elədiyi Türkiyəyə cavab veriləcəyini bildirib.

    Rusiya tərəfindən dəstəklənən Əsəd hökuməti son zamanlarda iki dəfə türk əsgərlərini hədəfə alıb. Əsəd qüvvələrinin hücumları nəticəsində 13 nəfər türk əsgəri həlak olub.

    Rusiya tərəfi İdlibdə baş verənlərlə əlaqədar narahatlığını bildirib.

    Muxalifet4 - 12-02-2020

  2. Sabiq icra başçısının oğlunun bıçaqlıdığı qadından xəbər var - "HƏKİMLƏR DEYİR Kİ, QIZIMIN SAĞ ƏLİ VƏ SAĞ AYAĞI..."

    Həkimlər deyir ki, qızımın sağ əli və ayağı heç vaxt işləməyəcək. Bıçaq zərbələrindən bir tərəfi tam olaraq iflic olub. Ömür boyu yatağa məhkum olacaq.

    Muxalifet.az xəbər verir ki, bu sözləri axar.az-a 1 fevral tarixində Hüseyn Cavid parkında keçmiş əri tərəfindən qızının gözü qarşısında bıçaqlanan 1982-ci il təvəllüdlü Dilarə Faiq qızı Bəhmənovanın anası Elmira Zeynalova qızının durumu ilə bağlı danışarkən deyib.

    E.Zeynalova bildirib ki, hələ də qızının vəziyyəti ağır olaraq qalır:

    Muxalifet4 - 12-02-2020

  3. ​“Seçki qutularına topa bülletenlər doldurulub, səslərin sayılması zamanı şəffaflığa yol verilməyib…” - ABŞ səfirliyi seçkilərlə bağlı SƏRT BƏYANAT VERDİ

    "Amerika Birləşmiş Ştatları ATƏT-in Demokratik Təsistalar və İnsan Haqları Bürosu (ATƏT DTİHB) monitorinq missiyasının 9 fevral seçkilərinin həqiqi rəqabətin qarşısını alan məhdudlaşdırıcı qanunverici və siyasi mühitdə keçdiyinə dair müşahidə və narahatlıqlarını bölüşür."
     
    Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin 9 fevral növbədənkənar parlament seçkiləri barədə bəyanatında deyilir.
     
    Bəyanatda vurğulanır ki, bu seçkilər mətbuat və sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ilə əlamətdar olub.
     

    Muxalifet4 - 12-02-2020

  4. Azərbaycanda yeni deputatların maaşı açıqlandı

    9 fevral 2020-ci ildə Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində 125 deputat mandatı uğrunda 1314 nəfər mübarizə apardı.

    Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatlarına görə, ümumilikdə növbədənkənar parlament seçkilərində iştirak üçün deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən 321 nəfəri namizədliyini geri götürüb, 2 nəfərin deputatlığa namizədliyi ləğv edilib.

    Muxalifet4 - 12-02-2020

  5. "Türkiyə ilə Suriya arasında müharibə başlayacaq" - RUSİYA MƏTBUATI

    Rusiya mətbuatında Türkiyə ilə Suriya arasında müharibənin başlayacağı iddia edilib.
     
    Muxalifet.az xəbər verir ki, Rusiya mətbuatı 24-72 saat içərisində Türkiyənin Suriyaya müharibə elan edəcəyini iddia edib.
    Mərkəzi Asiyadakı müharibələr və digər hərbi mövzularda xəbər yayımlayan Rusiyanın "avia.pro" xəbər portalında yer alan məlumata görə, Türkiyə İdlibdə iri çaplı əməliyyata hazırlaşır. Bu səbəblə İdlibə 300-dən çox tank, top, zirehli hərbi texnikalar və 1000-dən çox əsgər gətirilib.

    Muxalifet4 - 12-02-2020

  6. BDU-nun mətbuat katibi vəzifəsindən azad edildi - "BUNDAN SONRA..."

    Bakı Dövlət Universitetinin (BDU) mətbuat katibi Pərvanə İbrahimova vəzifəsindən azad edilib.
    Bu barədə P.İbrahimova özü “Facebook” səhifəsində bildirib.
    Pərvanə İbrahimova bundan sonra pedaqoji fəaliyyətlə məşğul olacağını açıqlayıb.
    BDU-nun yeni mətbuat katibinin kim olacağı isə açıqlanmayıb.

    Muxalifet4 - 12-02-2020

  7. ƏLİ HƏSƏNOV “GETDİ”, MEDİA SİYASƏTİ DƏYİŞMƏZ QALIB – Hakimiyyətdə kimlər prezidentin sabiq köməkçisinin ifşa olunmasının qarşısını alır...

    Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vəzifəsindən azad olunduqdan sonra, onun 25 ildir rəhbərlik etdiyi sahələrdə ciddi dəyişiklik olunacağı gözlənilirdi. Tutaq ki, hakimiyyətlə siyasi partiyalar və QHT-lər arasında daha şəffaf və sıx münasibətlər qurulacağı, medianın “bataqlıq”dan çıxarılacağı düşünülürdü. Lakin Ə.Həsənov vəzifəsindən çxıarıldığı 28 noyabr, 2019-cu ildən bu yana qeyd olunan sahələrdə heç bir ciddi dəyişiklik həyata keçirilmədiyi etiraf olunmalıdır.

    Muxalifet4 - 12-02-2020

  8. “Onlara göstərilən münasibətdən razıdırlar” – Komitə rəhbəri və müavini həbsdə olan icra başçıları ilə görüşdü

    İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavini Elçin Şirinov iştirakı ilə birgə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) müvəqqəti saxlanma yeri və istintaq təcrdixanasında monitorinqlər keçiriblər.

    Muxalifet.az-ın məlumatına görə, komitə sədrinin müavini E.Şirinov “Report”a bildirib ki, monitorinq zamanı saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olublar.

    Muxalifet4 - 12-02-2020

  9. Bakıda polis maşınında baş redaktoru bu hala saldılar - ŞOK GÖRÜNTÜ

    Azərbaycanda baş redaktor döyülüb.

    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, "Basta" saytının baş redaktoru Mustafa Hacıbəylinin iddiasına görə, ötən gün MSK-nın qarşısındakı aksiyaya qoşulub və polis avtomolinin içərisinə salınaraq 3 nəfər tərəfindən döyülüb.

    Daha sonra polis idarəsinə aparılıb və oradan sərbəst buraxılıb.

    Muxalifet4 - 12-02-2020

  10. "İstəyirəm şeirim AMEA-nın kitabında dərc edilsin" -

    "İstəyirəm şeirim AMEA-nın kitabında dərc edilsin" - 

    Muxalifet4 - 11-02-2020

  11. Ağcabədi sakinləri oğlunu öldürən atanın məsuliyyətdən azad edilməsini istəyir - TƏFƏRRÜAT

    Ağcabədidə törədilən qətlin təfərrütları məlum olub.
    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonunun Təzəkənd kəndində qeydə alınıb. 1962-ci il təvəllüdlü Cəfərov Valeh Saleh oğlu, 30 yaşlı oğlu Cəfərov Tural Valeh oğlunu öldürüb. Atanın övladını öldürməsinə səbəb isə T.Cəfərovun tüfeyli həyat tərzi sürməsi, bacılarını və anasını mütəmadi döyməsi olub. 

    Muxalifet4 - 12-02-2020

  12. Azərbaycanda 2 min işsizdən 3 milyon alan qadın saxlanıldı - DƏLƏDUZLUQ İDDİASI

    Bakıda fəaliyyət göstərən “Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadə saxlanılıb. Baku.ws xəbər verir ki, şirkət rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəməkdə günahlandırılır.

    M.Süleymanzadə insanları Azfen, BP və bu kimi nüfuzlu şirkətlərdə işlə təmin edəcəyinə inandıraraq pullarını mənimsəyib və komandası ilə birlikdə aradan çıxıb. Aldadılan şəxslər ofisin qapılarını bağlı görüb polisə müraciət ediblər. Dələduz şirkət sahibinin yeri elə qurbanları vasitəsilə müəyyən edilib və o, polisə təhvil verilib. 

    Muxalifet4 - 12-02-2020

  13. Sabiq idarə rəisi məhkəmə zalında intihar etdi

    Rusiya Federal Penitensiar Xidmətinin (FPX) Avtonəqliyyat İdarəsinin keçmiş rəisi Viktor Sviridov Moskvanın Çertanovski məhkəməsinin salonunda intihar edib.

    Bu barədə RİA “Novosti” xəbər verir.

    Hadisənin başvermə şəraiti aydınlaşdırılır.

    Qeyd edək ki, V.Sviridov qurumun keçmiş direktor müavini Aleksandr Sapojnikovdan 10 milyon rubl pul tələb etməkdə ittiham edilirdi.

    Hökmdən əvvəl o, ev dustağı idi. Hakimin məhkəmə zalında saxlanma barədə hökmü elan etməsindən sonra V.Sviridov özünü güllələyib. /report

    Muxalifet4 - 12-02-2020

  14. BŞİH mitinqlə bağlı müraciətə CAVAB VERDİ

    Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları və digər müxalifət nümayəndələrinin Bakıda mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

    İcra Hakimiyyətindən verilən məlumata görə, meriyada müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.

    Xatırladaq ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçkidə baş verənlərlə bağlı Bakı şəhəri, Nəsimi rayonu, metronun "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-nə müraciət etmişdi.

    Muxalifet4 - 12-02-2020

  15. Seçkilərlə bağlı Prezidentə daha bir MÜRACİƏT - Nəticələr və DSK ləğv edilsin...

    47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd İbrahim Salamov Prezident İlham Əliyevə, Mərkəzi Seçki Komissiyasnın sədri Məzahir Pənahova və Baş Prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Bir nüsxəsi də dia.az-a daxil olan müraciətdə deyilir:
     

    Muxalifet4 - 12-02-2020

  16. Keçmiş deputatın oğlu saxlanıldı - "BANDOTDEL" XÜSUSİ ƏMƏLİYYAT KEÇİRDİ / Foto

    Fevralın 9-da Bakının Nəsimi rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib.

    Muxalifet.az xəbər verir ki, hüquq mühafizə orqanlarından baku.ws-ə verilən məlumata görə, Toğrul Fikrət oğlu Əhmədov əməliyyat məlumatları əsasında saxlanılıb. 

    Muxalifet4 - 12-02-2020

  17. PORTUQALİA MƏHKƏMƏSİNDƏN ŞOK QƏRAR - Bakılı milyarderin pullarına həbs qoyuldu

    Portuqaliya Ali Məhkəməsi Anqolanın keçmiş prezidenti Eduardo duş Santuşun qızı İzabel duş Santuşun milyardlarla dollar həcmində hesablarına həbs qoyub.

    Lent.az -ın xarici KİV-ə istinadən məlumatına görə, o, həyat yoldaşı Sindik Dokolo və şəriki Paulo Oliveyro ilə birgə maliyyə fırıldaqlarında ittiham edilib.

    Muxalifet4 - 12-02-2020

  18. “Müttəfiqimiz Türkiyə İdlibdə Rusiyadan gələn təhdid qarşısındadır” - ABŞ-DAN AÇIQLAMA

    ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri və onunla birlikdə Ankaraya gəlmiş heyət Türkiyənin Xarici İşlər Nazirliyindəki danışıqlar zamanı ABŞ-ın NATO müttəfqi Türkiyənin tərəfində olduğunu vurğulayıb. Diplomatik mənbələrin danışıqlar barəsində verdiyi məlumatda deyilir:

    Suriya probleminin sahədəki humanitar vəziyyət və siyasi proses kimi müxtlif müstəviləri müzakirə edilib. Bu sahələrdə beynəlxalq ictimaiyyətin fəal rol oynamalı olduğu vurğulanıb”.

    Muxalifet4 - 12-02-2020

  19. Meriya mitinqlə bağlı qərarını dəyişdi - AKSİYAYA İCAZƏ VERİLDİ / YENİLƏNİB

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.

    BŞİH-dən verilən məlumata görə, 16 fevral 2020-ci il tarixdə keçirilməsi planlaşdırılan mitinqin təşkilatçıları İlqar Məmmədova, Ruslan İzzətliyə, Fərhad Mehdiyevə, Fərəc Kərimova və Günel Səfərovaya göndərilən cavab məktubunda bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş 11 fevral 2020-ci il tarixli müraciətə yenidən baxılıb.

    Muxalifet4 - 12-02-2020

  20. Elnur Məmmədlinin təyinatı barədə yazılanlar dezinformasiyadır - MƏDƏT QULİYEVİN İDARƏSİ TƏKZİB EDİR

    Bəzi KİV-lərdə Olimpiya çempionu Elnur Məmmədlinin Azərbaycan Müdafiə Sənayesi Nazirliyi yanında Milli Aerokosmik Agentliyinin direktor müavini təyin olunduğu barədə xəbərlər yayılıb.

    Ancaq Müdafiə Sənayesi Nazirliyinin ictimaiyyətlə əlaqələr xidmətindən virtualaz.org-a verilən məlumata görə, bu məlumat həqiqətə uyğun deyil.

    Muxalifet4 - 12-02-2020

Pages