Koronavirus simptomları olan qadın həkimlərdən qaçıb

Baxış sayı:
1699

İspaniyanın Valyadolid şəhərində koronavirus simptomları olan sərxoş qadın həkimlərdən qaçıb.

Trend-in məlumatına görə, şəhərdə barların birində əməkdaşlar xəstəlik simptomları olan qadın barədə təcili yardıma məlumat veriblər.

Həkim hadisə yerinə gəldikdən sonra qadın yaranan qarışıqlıqdan istifadə edərək taksiyə minib və oradan uzaqlaşıb.

Bir müddət sonra qadın tapılıb və müayinə altına alınıb. Məlum olub ki, o, 10 gün əvvəl Şanxaydan İspaniyaya gəlib.