Axtarış
The search found 105849 results in 0.057 seconds.
Search results
ABŞ Rusiya və Çini əsas təhdid mənbələri elan etdi - ƏKS-KƏŞFİYYAT YENİ STRATEGİYASINI AÇIQLADI
ABŞ əks-kəşfiyyatının 2020-2022-ci illər üzrə yeni strategiyasında Rusiya və Çin əsas təhdid mənbələri kimi göstərilib.
“Report” xəbər verir ki, bu barədə Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin açıqlanan sənədində bildirilib.
“ABŞ-ı nişanlamış oyunçuların sayı artır. Rusiya və Çin bütün dünyada fəaliyyət göstərir, öz milli güclərinin bütün alətlərini ABŞ-a qarşı istifadə edir və müasir kəşfiyyat imkanlarının geniş spektrinə sahibdir”, - sənəddə vurğulanıb.
Muxalifet4 - 11-02-2020
Vəzifəli şəxsin qohumu Nicat Qarayev ölkədən niyə qaçıb? - ALDIĞI MİLYONLARI ETİRAF
Xüsusi ilə külli miqdarda dələduzluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Onun zərərçəkmişlərə vurduğu maddi zərər milyonlarla manat dəyərindədir.
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi ilə külli miqdarda dələduzluqda ittiham edilən Qarayev Maarif Nicat oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Eldar Ismayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş Quliyev Elçin Rəhim oğlu ifadə verib.
Muxalifet4 - 11-02-2020
"BİZ ƏDALƏT İSTƏYİRİK!" - Deputatlığa namizədlər prezidentə müraciət etdi
59 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa yeddi namizəd YAP-dan namizəd İmamverdi İsmayılovun lehinə seçkilərin ümumi saxtalaşdırılması ilə bağlı açıqlama verib.
Virtualaz.org xəbər verir ki, namizədlər müvafiq şikayətlə bağlı dövlət başçısına müraciət ediblər.
Bir qrup namizəd əllərində foto və videoların, eləcə də müşahidəçilərin tərtib etdikləri aktların olduğunu bildirib. Onlar əllərində olan bütün faktları müvafiq strukturlara təqdim etmək niyyətindədirlər.
Muxalifet4 - 11-02-2020
"SEÇKİNİN NƏTİCƏSİ DİGƏR NAMİZƏDİN XEYRİNƏ SAXTALAŞDIRILIB" - İqbal Ağazadə prezidentə və baş prokurora müraciət etdi
35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə ölkə rəhbərliyinə, baş prokurora, habelə MSK-ya müraciət edərək bu dairədə səsvermənin nəticələrinin saxtalaşdırılmasına dair faktları araşdırmağa çağırıb.
İqbal Ağazadə həmin seçkilərdə özünün şəksiz qələbəsinə əmindir, qeyd edir ki, nəticələr digər namizədin xeyrinə saxtalaşdırılıb. Xatırladaq ki, MSK rəsmi olmayan nəticələrə görə həmin dairədən Rauf Arifoğlunu qalib elan edib.
Muxalifet4 - 11-02-2020
Kürdəmirdə təcili yardım maşını ilə seçici daşıyan baş həkimə “şiddətli” töhmət verildi - VİDEO
Kürdəmir Rayon Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Eynulla Novruzov işçilərin təcili tibbi yardım maşını ilə səsverməyə getməsinə görə cəzalandırılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) yayılan açıqlamada deyilir ki, baş həkimə şiddətli töhmət verilib.
Muxalifet4 - 11-02-2020
"Azərbaycan Ordusu 24 saata bütün Ermənistanı tutacaq və türklər..." - Türkiyəli deputatdan ŞOK AÇIQLAMA
“Azərbaycan Ordusu 24 saat içində bütün Ermənistanı ələ keçirə bilər”.
Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, İstanbulun TBMM-dəki millət vəkili Şamil Ayrım publika.az-a açıqlamasında deyib.
Ətraflı videomaterialda:Muxalifet4 - 11-02-2020
Bakı məktəbində valideyn nəzarətçini döydü - POLİSƏ MÜRACİƏT OLUNDU
Bakıda məktəb nəzarətçisi valideyn tərəfindən döyülüb.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən 251 saylı tam orta məktəbində qeydə alınıb.
Belə ki, həmin məktəbdə oxuyan şagirdlərdən birinin valideyni F.K. (qadın) dərs zamanı otağa daxil olmaq istəyib. Bu zaman məktəbin nəzarətçisi, 1984-cü il təvəllüdlü X.Həsənova onu içəri buraxmayıb. Nəzarətçi ilə mübahisə edən valideyn ona hücum edərək saçından tutub.
Yaxınlıqda olan digər şəxslər onları ayırıb.
Muxalifet4 - 11-02-2020
Məktəbdə biabırçılıq! Şagirdlə müəllimin sevgi münasibəti lentə alındı - VİDEO
Müəllimin şagirdi ilə sevgi münasibətində olduğunu təsdiq edən gizli çəkilişin ictimailəşdirilməsi Rusiyada müzakirələrə və qalmaqala səbəb olub.
REN TV məlumat verir ki, hadisə Rusiyanın Həştərxan şəhərində yerləşən orta məktəblərdən birində baş verib.Qeyd edək ki, bir neçə gün əvvəl “Astraxan FM” yerli sakinlərdən birinə istinadən xəbər vermişdi ki, müəllimlərdən biri şagirdi ilə cinsi əlaqədə olub və hadisə məktəblilər tərəfindən çəkilərək paylaşılıb.
Muxalifet4 - 11-02-2020
Seçkidə qanunsuzluğa əl atan müəllimlərlə bağlı ölçü götürüləcək - RƏSMİ AÇIQLAMA
Təhsil Nazirliyi sosial şəbəkədə yayılmış görüntülərə münasibət bildirib.
Sosial şəbəkələrdə 9 fevral 2020-ci il tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı baş vermiş bir sıra neqativ halları əks etdirən video və foto görüntülər paylaşılır. Görüntülərdə sözügedən qanunsuzluqların baş verməsində bəzi dövlət müəssisələrinin işçilərinin, o cümlədən müəllimlərin də iştirak etdiyi əks olunur.
Muxalifet4 - 11-02-2020
Müxalifət seçki saxtakarlığına etiraz edəcək - 3 PARTİYA MİTİNQ TƏYİN ETDİ...
Müsavat Partiyası, ReAl Partiyası, D 18 Hərəkatı növbədənkənar parlament seçkiləri ilə əlaqədar fevralın 9-da keçirilən səsvermənin nəticələrinə etiraz olaraq Bakıda mitinq təyin edib.
Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edilib.
Müraciətdə bildirilib ki, fevralın 16-da saat 15:00-17:00-dək Bakı şəhərində “28 May” metrostansiyasının qarşısındakı meydanda mitinq keçirmək istəyirlər.
Muxalifet4 - 11-02-2020
Bakıda “KamAz” dəhşət saçdı: Avtobus və beş avtomobili əzdi — ANBAAN VİDEO
Bakıda baş verən dəhşətli qəzanın görüntüləri yayımlanıb.
Qəza zamanı “KamAz” markalı yük avtomobili altı nəqliyyat vasitəsini əzib.
Belə ki, yük maşını işıqforun qırmızı işığında dayanan avtomobillərə çırpılıb. Nəticədə, maşınlardan biri aşıb.
Qəzada zərər görən nəqliyyat vasitələrindən biri sərnişin avtobusu olub.
Hadisə zamanı xəsarət alanların olduğu bildirilib.
Videonu Avtosfer.az saytı yayıb.
Muxalifet4 - 11-02-2020
“Bəşər Əsəd rejimi bunun bahasını artıqlaması ilə ödəyəcək” - ƏRDOĞAN
Türkiyə prezidenti R.T.Ərdoğan Bəşər Əsəd hökumətinin İdlibdə türk hərbçilərinə qarşı hücumundan bəhs edərkən deyib:
İdlibdə artıqlaması ilə cəzalarını aldılar. Lakin, bu, azdır, davam edəcəyik. Mehmetciklərimizə hücum elədikcə, əvəzini çox ağır ödəyəcəklər. Bundan sonra atacağımız addımlar barəsində sabah açıqlama verəcəyəm”./Hurriyyet.orgMuxalifet4 - 11-02-2020
BİABIRÇILIQ - "Özünü buraxan" deputatların 82-si yenidən deputat olub
Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində formalaşacaq yeni parlamentdə təmsil olunacaq 125 deputatdan 82 nəfəri Milli Məclisin köhnə tərkibinə daxil olanlardır.
Yenisabah.az xəbər verir ki, 9 fevral seçkilərində köhnə tərkibdən 83 nəfər yenidən namizədliyini irəli sürmüşdü. Onlardan yalnız 1 nəfəri parlamentdən kənarda qalıb. Bu, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürən Fərəc Quliyevdir. Həmin dairədə təhsil üzrə ekspert, Təhsil Nazirliyində İctimai Şuranın üzvü Etibar Əliyev qalib elan edilib.
Muxalifet4 - 11-02-2020
Polis Elza Seyidcahanla bağlı araşdırmaya başladı
Əməkdar artist Elza Seyidcahanın halı pisləşib və xəstəxanaya yerləşdirilib.
Muxalifet.az Medicina.az-a istinadən xəbər verir ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürən müğənni , seçki günü bacısı və özünün döyüldüyünü iddia edib.
Muxalifet4 - 11-02-2020
“Nar”dan abunəçiləri üçün xüsusi müsabiqə!
Hər zaman abunəçilərini düşünərək maraqlı kampaniyalar keçirən “Nar”, 14 fevral –Sevgililər Günü münasibətilə növbəti müsabiqəsinə start verib. Mobil operator “Facebook” və “Instagram” hesablarında sosial şəbəkə iştifadəçilərinə sevgisini özünəməxsus şəkildə ifadə etməyə şərait yaradır.
Muxalifet4 - 11-02-2020
"Ali hakimiyyətin bir qolu qəsb edilib, xalqın iradəsi zorlanıb..." - PARTİYA SƏDRİ ÖLKƏ BAŞÇISINA MÜRACİƏT ETDİ
Bu gün ADP sədri Sərdar Cəlaloğlu ölkə başçısı İlham Əliyevə açıq məktubla müraciət edib.
Müraciətdə deyilir:Muxalifet4 - 11-02-2020
Türk ordusu Əsədi yerində oturdacaq
Suriyanın şimalındakı münaqişə kəskinləşdi, Əsəd və Türkiyə orduları arasında birbaşa qarşıdurma nəticəsində 100-dən çox Əsəd əsgəri öldü. Türkiyə Müdafiə Nazirliyi, Suriya ordusunun türk hərbçilərinin nəzarət etdiyi müşahidə məntəqəsinə hücum etməsindən, 5 türk əsgərini öldürdükdən sonra Suriya ordusunun 115 obyektini bombaladığını açıqladı.
Muxalifet3 - 11-02-2020
DİN seçki ilə bağlı videogörüntülərə münasibət bildirdi
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Suraxanı rayonundakı seçki məntəqələrindən birində polis əməkdaşlarının məntəqənin daxilində baş verən hadisələrə müdaxiləsini əks etdirən videogörüntülərinə münasibət bildirib.
Muxalifet4 - 11-02-2020
Türkiyə bayrağını cıran yunan millət vəkili cəzalandırıldı
Avropa Parlamenti Türkiyə bayrağını cıran yunan millət vəkili İoannis Laqosu cəzalandırıb.
Millət vəkili cərimələnib və 4 gün müddətinə parlamentin fəaliyyətinə qatılmamaq cəzası alıb.
Xatırladaq ki, Laqos Yunan adalarındakı miqrantların vəziyyətindən danışarkən “Yunanıstan vətəndaşlarının 70%-i qanunsuz miqrasiyaya qarşıdır. Ölkə xalqı miqrantların hücumuna məruz qalır. Bir tərəfdə Türkiyə var. Ölkəmizə axın-axın miqrantlar gəlir. Buna son verməliyik deyərək” kağızdan hazırlanmış bayrağı cırmışdı.
Muxalifet4 - 11-02-2020
Avropa İttifaqından parlament seçkiləri ilə bağlı BƏYANAT
Avropa İttifaqı Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, sənəddə Avropa İttifaqı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) ilkin qiymətləndirməsini bölüşdüyünü bəyan edir.
Bildirilir ki, Avropa İttifaqı bütün vətəndaşların mənafeyi naminə dialoqun davam etdirilməsini və Azərbaycan təsisatları ilə, o cümlədən, yeni seçilmiş parlamentlə sıx işləməyi səbirsizliklə gözləyir.
Muxalifet4 - 11-02-2020