Axtarış
The search found 105849 results in 0.049 seconds.
Search results
"Harada yazılıb ki, məntəqədə çəkiliş aparıla bilməz?" - MSK SƏDRİ
"Məntəqələrdə çəkilişin aparılıb-aparılmaması MSK-nın səlahiyyətində deyil".
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, MSK adından sui-istifadə edirlər: “Harada yazılıb ki, məntəqədə çəkiliş aparıla bilər və ya yox? Müşahidəçinin məntəqələrdə qeyd etmək hüququ var".
Muxalifet4 - 13-02-2020
Məzahir Pənahov seçki pozuntularını yayanlara təşəkkür etdi
"Biz çox vaxt itirməməliyik".
Muxalifet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, insanlar yerlərdə müşahidə etdiyi məlumatları sosial şəbəkələrə yerləşidirirlər:
“Biz bunu edənlərə minnətdarlığımızı bildiririk. Çünki onların yerləşdirdikləri videolarlala bağlı araşdırmalar aparırırıq. Ancaq bundan da sui-istifadə edənlər var"./report/
Muxalifet4 - 13-02-2020
Məzahir Pənahov MSK-nın qarşısındakı aksiyadan ləzzət alıb
"Bizim MSK-nın qarşısında olan aksiya Azərbaycanda ictimai-siyasi vəziyyətin ən sivil qaydada olduğunu göstərdi".
"Qafqazinfo" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Məzahir Pənahov deyib.
Muxalifet4 - 13-02-2020
Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib.
Bununla bağlı MSK-nın bu gün keçirilən iclasında müvafiq qərar qəbul edilib.
Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
Muxalifet4 - 13-02-2020
“Rusiya Suriyadan çıxmalıdır” - ABŞ-dan ÇAĞIRIŞ
ABŞ-ın Nyu-Hempşir ştatının senatoru Cinn Şeyhin Türkiyənin “Anadolu Agentliyi”nin müxbirinə müsahibəsində deyib:
“Beynəlxalq ictimaiyyət Rusiyanın İdlibdə xəstəxana və məktəbləri bombalamaq və hərbçi olmayan uşaqları və qadınları öldürmək kimi qorxunc işlər görməyi, dinc insanları öldürməyi dayandırması üçün Rusiyaya çağırışı etməlidir. Beynəlxalq ictimaiyyət Rusiyanın Suriyadan çıxması üçün hərəkətə keçməlidir”./Hurriyyet.org
Muxalifet4 - 13-02-2020
Nəticələrin ləğvi ilə bağlı İqbal Ağazadədən AÇIQLAMA
"Nəticələrlə bağlı şikayətimiz ədalətli idi və şikayətimizə ədalətli baxıldı".
Muxalifet.az bildirir ki, bu sözləri Yeniavaz.com-a açıqlamasında 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd İqbal Ağazadə deyib. O bildirib ki, Parlament seçkiləri barədə digər hüquqi addımlar da atılacaq:
"Növbəti mərhələdə dairə komissiyaları və məntəqə üzvləri barədə də əsaslı işlər görüləcək. Partiya olaraq hansı addımların atılacağı barədə isə hələlik bir söz deyə bilmərəm".Muxalifet4 - 13-02-2020
"İndi açıqlama vermək vaxtıdır?" - Çingiz Qənizadə nəticələrin ləğvindən danışdı
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsində səsvermənin nəticələri ləğv olunub.
Muxalifet.az xəbər verir ki, Azxəbər.com-un əməkdaşı nəticələrin ləğvi ilə bağlı Çingiz Qənizadə ilə əlaqə saxlayıb. Telefona cavab verən keçmiş deputat bunları deyib: "İndi açıqlama vermək vaxtıdır? Bir imkan verin görək prosesdə nə gedir. Qoyun görək nə olur".Muxalifet4 - 13-02-2020
"Utanmadan yenə namizəd oldular, adamda abır-həya yaxşı şeydir" - RASİM BALAYEVDƏN SƏRT AÇIQLAMA
Azərbaycanın xalq artisti, görkəmli aktyor Rasim Balayev MSK tərəfindən nəticələri ləğv edilən deputatlığa namizədlərdən danışıb.
Muxalifet4 - 13-02-2020
ATƏT Attarın akkreditasiyasını niyə ləğv etdi?! - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında ilk olaraq ATƏT DTİHB-nin 9 fevral parlament seçkiləri ilə əlaqədar seçki müşahidə missiyasının müraciətinə baxılıb.
Qeyd olunub ki, ATƏT öz missiya rəhbəri müşahidəçilərdən biri olan Aygün Attarın akkreditasiyasının ləğv olunmasını xahiş edir. MSK-nın qərarına əsasən müraciət təmin edilib və Aygün Attara verilmiş lövhəcik etibarsız hesab edilib.
Bəs Aygün Attar kimdir və hansı səbəbə görə akkreditasiyası ləğv edilib?
Muxalifet4 - 13-02-2020
Ağstafada ana qızına görə intihar etdi
Ağstafa rayonunda qızının xəstə olduğunu bilən ana intihar edib.
Hadisə Zəlimxan kəndində baş verib.
Həmin kəndin sakini, 77 yaşlı Gülşən Əliyeva özünü həyətindəki yardımçı tikilidə asıb.
Ahıl qadının intiharına səbəb isə qızının səhhətində yaranan problemlərlə əlaqədar olub. O, övladının boğazında şiş olmasını eşidib. Bundan sonra qadın depressiyaya düşərək intihar edib.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır. /Report
Muxalifet4 - 13-02-2020
Tatarıstan prezidenti 3 milyardlıq təyyarəsi ilə gündəmdə
Rusiyanın Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov şəxsi səfərləri üçün istifadə etdiyi bahalı təyyarəsi ilə gündəmdədir.
“Novaya qazeta” xəbər verir ki, bu barədə politoloq Aleksey Navalnının Kazan qərargahının əməkdaşlarının apardığı araşdırmalardan sonra məlum olub. Minnihanovun “Falcon 8X” markalı biznes-ceti 3 milyard rubl (təxminən 80 milyon 700 min manat) dəyərindədir. Tatarıstan rəhbəri bu laynerlə işgüzar səfərlərə də çıxır. 19 yerlik cetin bir saatlıq texniki qulluğu 150-200 min rubl dəyərindədir.
Muxalifet4 - 13-02-2020
5 ölkənin imtina etdiyi gəmiyə Kamboca icazə verdi - 2200 sərnişində koronavirus şübhəsi
Kamboca hökuməti koronavirus şübhəsiylə nəzarətə götürülən nəhəng gəminin ölkə sahillərinə yaxınlaşmasına icazə verib.
Publika.az xəbər verir ki, göyərtəsində 2200 sərnişinin olduğu nəqliyyat vasitəsi bu gün Kambocanın Otonom limanına yaxınlaşıb. Hələlik heç bir sərnişində virusa rast gəlinməyib. Hollandiya şirkətinə məxsus gəmi 10 gün nəzarətdə saxlanılacaq.
Qeyd edək ki, Tailand, Tayvan, Quam, Filippin və Yaponiya gəmini qəbul etməkdən imtina etmişdi.
Muxalifet4 - 14-02-2020
KORONAVİRUS UĞURSUZ SINAQ ZAMANI YAYILIB - Bioloji silah hazırlayırdılar, ancaq...
ABŞ-ın məşhur yazıçısı Din Kunsun 1981-ci ildə yazdığı “The Eyes of the Darkness” (Qaranlığın gözləri) adlı kitabındakı mövzu yenidən gündəmə gəlib.
Müəllif kitabda “ Uhan-400” adlı öldürücü virusdan bəhs edir . Maraqlısı budur ki, həmin virus Çindəki laboratoriyada hazırlanır. Müəllifə görə, Çin “Uhan-400”dən bioloji silah kimi istifadə etməyi nəzərdə tutsa da, virus ətrafa yayılaraq ciddi fəsadlara yol açır.
Muxalifet4 - 14-02-2020
3 aylıq uşaq virusa yoluxdu, bütün bölgə karantinə alındı
Vyetnamda koronavirus səbəbiylə Vinfuk vilayətindəki 10 min nəfərin yaşadığı bölgə karantina alınıb. Buna səbəb 3 aylıq uşağın virusa yoluxmasıdır. Onun virusa necə yoluxduğu məlum deyil.
Xarici KİV-lər xəbər verir ki, mühasirəyə alınan bölgədən insanların çıxışına icazə verilmir. Bölgəyə yalnız xüsusi icazə əsasında girmək mümkündür.
Muxalifet4 - 13-02-2020
Gəncə məhbusunun yaxınları onun taleyindən narahatdır
Gəncə şəhərində baş verən hadisələrə görə saxlanılan və daha sonra həbs olunan Samir İbrahimovun ailəsi onu barəsində narahat olduğunu ifadə edir.
Ailə üzvlərinin verdiyi məlumata əsasən, Samir İbrahimov heç bir səbəb olmadan bu gün (red- 13 fevral) saat 18:00 radələrində 6 saylı Cəza Çəkmə Müəsisəsinin rəhbərliyinin yanına çağrılıb:
Muxalifet4 - 14-02-2020
Hadi Rəcəbli Milli Məclisdəki kabinetini boşaltdı
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentlə xudahafizləşib.
H.Rəcəbli artıq Milli Məclisdəki kabinetindən əşyalarını çıxarıb.
Muxalifet4 - 14-02-2020
PLANET ƏHALİSİNİN ÜÇDƏ İKİSİ HƏMİN VİRUSA YOLUXACAQ... - Ümumdünya Səhiyyə Təşkilatının qorxunc proqnozu
Çini bürüyən və rəsmi olaraq COVİD-19 adlandırılan koronavirusa Yer kürəsi əhalisinin üçdə ikisi yoluxa bilər.
“Bloomberg” xəbər verir ki, belə qorxunc proqnozla Ümumdünya Səhiyyə Təşkilatının müşaviri, biostatist və epidemioloq Ayra Longini çıxış edib.
Longinin hesablamalarına görə virus hər xəstə adamdan orta hesabla 2-3 sağlam adama keçir. Üstəlik ekspress-testlərin olmaması da virusun yayılmasına imkan yaradır. “Təcridetmə və karantin virusu dayandıra bilməz”,-o bildirib.
Muxalifet4 - 14-02-2020
ANKARADAN SƏRT REAKSİYA - "Suriyanın “soyqırım” qərarı Əsəd rejiminin riyakarlığını və ikiüzlülüyünü göstərir"
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Suriya parlamentinin “erməni soyqırımı”nı tanımasına münasibət bildirib.
Yerli KİV-lər xəbər verir ki, Türkiyə XİN rəsmisi Hami Aksoy 1915-ci ildə baş vermiş hadisələrin “soyqırımı” kimi tanınmasını ikiüzlülük adlandırıb.
Onun sözlərinə görə, qondarma qərarın qəbul edilməsi öz xalqına qarşı qətliamlar törədən, milyonlarla insanı öz yurdundan didərgin salan, günahsız insanlara qarşı kimyəvi silah tətbiq etmiş Bəşər Əsəd rejiminin riyarlığını və ikiüzlülüyünü göstərir.
Muxalifet4 - 14-02-2020
Milli Məclisə təkrar seçkilər keçiriləcək
Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş dörd seçki dairəsində yenidən seçkilər keçiriləcək.
Seçki Məcəlləsinin 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası (MSK) təkrar seçkilər keçirir.
Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında parlament seçkiləri ilə əlaqədar dörd seçki dairəsinin nəticələri etibarsız sayılıb.
Muxalifet4 - 14-02-2020
Seçkiləri saxtalaşdıranları nə gözləyir? – HƏBS, CƏRİMƏ...
Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində qanun pozuntuları ilə bağlı atılan addımlar 4 dairədə nəticələrin ləğvi ilə məhdudlaşmaya bilər.
Yenisabah.az xəbər verir ki, Mərkəzi Seçki Komissyası (MSK) digər dairələrlə də bağlı şikayətləri ciddi araşdırır. Ehtimal olunur ki, daha bir neçə dairədə nəticələr ləğv ediləcək.
Muxalifet4 - 14-02-2020