Axtarış
The search found 105849 results in 0.055 seconds.
Search results
Cavid Qurbanov əmisi oğlunu deputat seçdirdi - SAXTAKARLIQ YOLU İLƏ
Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.
Nəticələrə əsasən, 123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyini irəli sürmüş Aqil Məmmədov 62,3% səslə liderdir.
Qeyd edək ki, A.Məmmədov Kəlbəcər Rayon icra Hakimiyyətinin başçısıdır./axar.az
Muxalifet4 - 10-02-2020
Məntəqədə ölən müşahidəçinin oğlu DANIŞDI - VİDEO
Ötən gün sosial şəbəkələrdə 101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevin seçki məntəqəsində öldürülməsi ilə bağlı məlumat yayılıb.
Azvision.az xəbər verir ki, dünyasını dəyişən müşahidəçinin övladı, İsrafilov Samir Sübhan oğlu atasının uzun müddət ürək xəstəliyindən əziyyət çəkdiyini deyib.
Muxalifet4 - 10-02-2020
RAZİ NURULLAYEV MANDAT ALA BİLMƏDİ – MSK “Exit-poll”-dan fərqli nəticə açıqladı
Seçki kampaniyası zamanı gərginlik yaşanan 79 saylı İmişli Seçki Dairəsindən “Exit-poll”-un qalib göstərdiyi namizədin adı MSK-nın açıqladığı liderlər siyahısında yoxdur.
Muxalifet.az “AzPolitika.info”ya istinadən xəbər verir ki, sorğularda həmin dairədən Razi Nurullayevin qalib gəldiyi elan olunmuşdu. MSK-nın Seçkilər İnformasiya Mərkəzində 79 saylı dairədən Murad Fərzəliyevin 22.1 faizlə irəlidə olduğu göstərilir. Çox güman, bu nəticə dəyişməyəcək. Çünki dairə üzrə 48 məntəqənin hamısının nəticələri hesablanıb.
Muxalifet4 - 10-02-2020
Ləğv ediləcək dairə və məntəqə sədrləri həbs oluna bilər - Məzahir Pənahov: "ARAŞDIRILIR"
Xəbər verdiyimiz kimi, Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə 6 seçki dairəsində lider namizədlər müəyyənləşməyib.
Muxalifet4 - 10-02-2020
YAP-ın parlamentdəki yeni deputatları - SİYAHI
Fevralın 9-da ölkədə baş tutan parlament seçkilərinin Mərkəzi Seçki Komissiyası tərəfindən ilkin nəticələrinin açıqlanması nəticəsində yeni simalar üzə çıxıb.
Yeni Azərbaycan Partiyası 123 namizədlə qatıldığı seçkidə hazırkı nəticələrə görə, hakimpartiya 69 mandat əldə edib.
Seçilənlərdən 17-si ilk dəfə deputat seçilir.
YAP-ın üzvü olub və ilkin nəticələrə görə lider namizədləri təqdim edirik:
12 saylı Qaradağ-Binəqədi- Yasamal Seçki Dairəsi
Səbinə Xasıyeva (YAP)- 48.5%
32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi
Muxalifet4 - 10-02-2020
Azərbaycanda dəhşətli virusdan daha 2 xəstə öldü
Bu gecə Ağciyər Xəstəlikləri İnstitutunda daha 2 xəstə dünyasını dəyişib.
Muxalifet.az xəbər verir ki, ölənlərdən biri 1959-cu il təvəllüdlü Hümbətov Allahverdi Əhməd oğludur. Digər şəxsin isə ad və soyadı hələlik məlum deyil.
Qeyd edək ki, bununla da son bir ayda ölənlərin sayı 21-ə çatıb.
Muxalifet4 - 10-02-2020
Dəniz üzərindən sahilə hərəkət edən qar fırtınası - VİDEO
Türkiyənin Artvin vilayəti ölkə ərazisində qarın ən çox yağdığı bölgələrindən biridir.
“HaberGlobal” məlumat verir ki, Artvin vilayətinin Hopa rayonunda dəniz üzərindən yaşayış məntəqəsinə doğru hərəkət edən qar fırtınası müşahidə olunub.
Sakinlərə qar fırtınası zamanı qapalı yerdə olmaq tövsiyə edilib.
/oxu.az
Muxalifet4 - 10-02-2020
Milli Məclisin ən yaşlı deputatı - İlk iclası o aparacaq
Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən 116 saylı Qəbələ seçki dairəsindən Fəttah Heydərov yenidən deputat seçdirilib.
Muxalifet.az xəbər verir ki, 81 yaşlı deputat hazırda lider namizədlər arasında ən yaşlısıdır.
1995-ci ildən deputat olan Fəttah Heydərovun son nəticədə deputat olacağı dəqiqləşsə, yeni çağırış Milli Məclisin ilk iclasını da o aparacaq.
Muxalifet4 - 10-02-2020
Yeni parlamentin yaşı 70-dən yuxarı olan deputatları... - SİYAHI
Azərbaycan Milli Məclisi buraxılan zaman yaşlı deputatların gənclərlə əvəz olunacağı ilə bağlı mediada və sosial şəbəkələrdə çoxsaylı xəbərlər yayılmağa başlamışdı. Lakin sonradan növbədənkənar seçkilərin təyin olunmasında əsas məqsədin heç də bu olmadığı bildirildi. Bununla belə mövzu hələ də gündəmdə qalmaqdadır.
Bunu nəzərə alaraq MSK-nın bu saata elan etdiyi nəticələri əsas götürərək, yeni parlamentdə təmsil olunan yaşı 70-dən yuxarı millət vəkillərinin siyahısını təqdim edirik./yenisabah.az
Fəttah Heydərov – 81
Ziyad Səmədzadə - 79
Muxalifet4 - 10-02-2020
Ölkə ərazisində temperatur iqlim normasından 2,5 dərəcə aşağı endi
Azərbaycanda müşahidə olunan faktiki hava ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 10-u səhərədək ölkə ərazisində qar yağıb. Bəzi şimal və şərq rayonlarında qar intensiv və güclü olub. Güclü qərb küləyi əsib.
Muxalifet4 - 10-02-2020
Razi Nurullayevin dairəsindən deputat seçdirilən Fərzəliyev kimdir? - DOSYE
Növbədənkənar seçkilə bağlı keçirilən kampaniyanın ən qalmaqallı və nəticələri maraqla izlənilən dairələrindən biri də 79 saylı İmişli Seçki Dairəsi idi. Çoxları bu dairədən Razi Nurullayevin mandat alacağını gözləsə də, MSK-nın açıqladığı nəticələr tam fərqli oldu.
Muxalifet4 - 10-02-2020
BU DAİRƏLƏRİN NƏTİCƏLƏRİ LƏĞV EDİLİR? - MSK-ya ciddi müraciətlər daxil olub
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun keçirdiyi mətbuat konfransında əhalinin gözləntilərinin əksinə hərəkət edən və ümidlərə zərbə vuran şəxslərin ciddi cəzalanacağı, o cümlədən sosial şəbəkədə yayılan məlumatların hər birinin dəqiqliklə araşdırılacağı barədə dedikləri böyük rezonans doğurub.
Muxalifet4 - 10-02-2020
Daha 7 seçki dairəsi üzrə "lider" namizədlər müəyənləşdi - RAUF ARİFOĞLU DA DEPUTAT SEÇDİRİLDİ
Milli Məclisə seçkilərlə əlaqədar lider namizədlər müəyyənləşməmiş 7 seçki dairəsində də lider namizədlər müəyyənləşib.
Muxalifet.az-ın apa-ya istinadən məlumatına görə, ilkin nəticələrə əsasən, həminq 7 seçki dairəsi üzrə lider namizədlər aşağıdakılardır:
17 saylı Yasamal Üçüncü Seçki Dairəsi – Allahverdiyev Elnur (YAP) - 41 %
35 saylı Xətai Üçüncü Seçki Dairəsi - Rauf Arifoglu (bitərəf) – 49,2 %
42 saylı Sumqayıt İkinci Seçki Dairəsi - Tahir Mirkişili (YAP) – 50,1 %
Muxalifet4 - 10-02-2020
ŞOK GƏLİŞMƏ - Razi Nurullayevin dairəsində seçkinin nəticəsi onun xeyrinə dəyişdi...
79 saylı İmişli Seçki Dairəsinin lider namizədi dəyişib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, 43 seçki məntəqəsi üzrə yekun nəticələrə əsasən, Nurullayev Razi Qulaməli oğlu səslərin 20,9%-ni toplayaraq bu dairə üzrə qalib olub.
Xatırladaq ki, daha əvvəl seçki məntəqələrinin bir hissəsinin nəticələrinə əsasən, bu dairənin qalibi Fərzəliyev Murad Qoçu oğlu elan edilmişdi.Muxalifet4 - 10-02-2020
ƏLİ HƏSƏNOVUN OĞLU “XƏZƏR TV”-DƏN UNİTAZINI DA APARDI – Şamxal Həsənov iki həftədir şəxsi əşyalarını daşıtdırır...
Prezident Administrasiyasında çalışdığı 25 il ərzində qanunsuz yollarla böyük sərvət əldə edən Əli Həsənov vəzifədən azad olunduqdan sonra barəsində mətbuatda çoxsaylı informasiyalar yayılmaqdadır. Bu da onunla bağlıdır ki, o, vəzifədə olduğu müddətdə səlahiyyətlərindən sui-istifadə edərək, öz ətrafında “toxunulmazlıq sipəri” çəkmişdi. Bu baxımdan, onun haqqında tənqidi məqalə yazan media nümayəndələri müxtəlif üsullarla cəzalandırılır, saytlar qapadılırdı. Hətta həqiqəti yazan jurnalistlərdən şər-böhtanla və digər qanunsuz yollarla həbsə atılanlar da vardı...
Muxalifet4 - 10-02-2020
“Yaxın günlərdə MSK-nın kəskin addımlarının şahidi ola bilərsiniz” - Sədr müavini
“Mərkəzi Seçki Komissiyasının (MSK) “Qaynar xətt”inə seçki ilə bağlı 280-ə yaxın müraciət daxil olub”.
Bunu jurnalistərə açıqlamasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, müraciətlərin bir qismi texniki sorğu xarakterli olub:
“Bununla barəbər MSK üçün araşdırma başlamağa səbəb olacaq müəyyən məlumatlar da var. "Qaynar xətt"ə daxil olan məlumatlar rəsmi olmasa da, MSK bütün məlumatlara tam ciddiliyi ilə diqqətlə yanaşır”.
R.Qasımov bildirib ki, MSK-ya daxil olan hər xırda eyham belə ətraflı şəkildə araşdırılır:
Muxalifet4 - 10-02-2020
“SEÇKİLƏRİN NƏTİCƏSİ LƏĞV OLUNMALIDIR” - Müxalif partiyadan sərt bəyanat
Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyəti Azərbaycan Respublikası Milli Məclisinə 09 fevral 2020-ci ildə keçirilmiş seçkilərlə bağlı bəyanatla çıxış edib.
Muxalifet.az xəbər veürir ki, bəyanatda deyilir:Muxalifet4 - 10-02-2020
Türkiyə Suriya sərhədinə 300 maşınlıq hərbi karvan göndərdi - XÜSUSİ TƏYİNATLILAR, TANKLAR...
Türkiyə Silahlı Qüvvələri xüsusi təyinatlılar, silah-sursat və hərbi texnika daşıyan karvanı Suriya sərhədinə göndərib. Karvan 300 ədəd hərbi maşından ibarətdir. Tanklar Kilis şəhərinin mərkəzini keçərək Hatay istiqamətində yola düşüblər.
Karvanın Suriya sərhədində yerləşən hərbi qüvvələri möhkəmləndirmək məqsədilə göndərildiyi bildirilir.
Xəbər verdiyimiz kimi, İdlibdə gərginləşən vəziyyəti müzakirə eləmək üçün Amerika Birləşmiş Ştatlarının Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin çərşənbə günü Türkiyəyə gələcəyi bildirilib.
Muxalifet4 - 10-02-2020
“SƏSLƏRİN HESABLANMASINDA POZUNTULAR VAR” – AŞPA seçkilərlə bağlı ilkin rəyini açıqladı
“AŞPA-nın nümayəndəsi olaraq parlament assemblyasının 5 qrupunu təmsil edirik”.
APA-nın məlumatına görə, bunu AŞPA müşahidə Missiyasının rəhbəri Frank Şvabe deyib.
Şvabe bildirib ki, seçkilərə hazırlıq prosesini qiymətləndiriblər: “Öncə Azərbaycan hökumətinə seçkiləri izləmək üçün bizi dəvət etdiyinə görə təşəkkür edirik. Seçkilərə hazırlıq prosesində müəyyən irəliləyişlərə baxmayaraq, səslərin hesablanmasında yol verilən pozuntular var”.
Muxalifet4 - 10-02-2020
“Ərazilərimizin işğalı nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün əlverişli şərait yaradır” - NAZİR
“Azərbaycan nüvə təhlükəsizliyinin qorunmasına və daha da gücləndirilməsinə böyük əhəmiyyət verir. Xüsusilə, bölgədəki radikal ekstremizm və terrorizm təhlükəsi qarşısında və coğrafi vəziyyətimizə görə, ərazimizin qanunsuz nüvə ticarəti üçün tranzit marşrutu kimi istifadə edilməsinin qarşısının alınmasına böyük əhəmiyyət veririk”.
XİN-dən verilən məlumata görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Vyanda “Nüvə Təhlükəsizliyinə dair Beynəlxalq Konfrans: səylərin davam etdirilməsi və gücləndirilməsi” konfransında çıxışı zamanı deyib.
Muxalifet4 - 10-02-2020