Axtarış

The search found 105849 results in 0.075 seconds.

Search results

  1. Keçmiş deputatın oğlu barəsində həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB

    Sabiq müllət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov məhkəmə qarşısına çıxarılıb. 

    APA-nın məlumatına görə, T.Əhmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

    T.Əhmədov Bakı İstintaq Təcridxanasına köçürülüb. 

    16:50

    Muxalifet4 - 12-02-2020

  2. Bakıda başı telefona qarışan sürücü dəhşət saçdı: Əks yola çıxıb avtobusla toqquşdu - ANBAAN VİDEO

    Bakıda baş vermiş qəza anı kameraya düşüb.  

    Avtosfer.az xəbər verir ki, gecə saatlarında əks istiqamətdə yüksək sürətlə hərəkətdə olan “Toyota Prado” markalı avtomobilin sürücünün başı mobil telefona qarışdığı üçün qarşıdan gələn avtobusu görmür. Nəticədə dəhşətli qəza hadisəsi baş verir.  

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, son vaxtlar qəzaların 70 faizi sürücü diqqətsizliyindən baş verir: 

    Muxalifet4 - 12-02-2020

  3. Azərbaycandan qayıdarkən müsadirə olunan tutuquşusuna 162 gün sonra qovuşdu - VİDEO

    Azərbaycana gəzməyə gələn Türkiyənin məşhur aktyoru Nazim Cihan vətəninə qayıdarkən Gürcüstan sərhəddində müsadirə olunan “Paşa” ləqəbli tutuquşusuna 162 gündən sonra qovuşub.

    Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

    Bildirilir ki, bir sıra film və seriallardakı rolları ilə sevilən məşhur aktyorun hər zaman yanında gəzdirdiyi tutuquşusu sənədlərlə bağlı problem yarandığı üçün əlindən alınmışdı. Bu səbəbdən hüquqi prosedura başlayan Nazim Cihan məhkəmədə qalib gəlib.

    O, başına gələnlər barədə bunları deyib:

    Muxalifet4 - 12-02-2020

  4. “Bank vətəndaşın 400 min dollar əmanətini qaytarmır” - AÇIQLAMA

    “Atabank” ASC-dən təxmini 400.000 dollar məbləğində əmanətini aylarla çıxara bilməyən Belarus vətəndaşı dünən Azərbaycan Mərkəzi Bankına rəsmi müraciət edib.

    Muxalifet.az xəbər verir ki, bu barədə Bizimyol.info-ya bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.

    Muxalifet4 - 12-02-2020

  5. İMİŞLİDƏ BİR AİLƏ TURŞUDAN ZƏHƏRLƏNİB - Ana ölüb, ata ilə qızı ağır vəziyyətdədir

    İmişlidə məcburi köçkün kimi məskunlaşan Ağdam sakinləri konservləşdirilmiş turşudan zəhərlənib, ana ölüb, ata və qızı ağır vəziyyətdədir.

    Muxalifet4 - 12-02-2020

  6. “Pozuntulara yol verənlər cəzalandırılacaq” - İLHAM ƏLİYEV SEÇKİLƏRDƏN DANIŞDI

    "Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin. Buna qətiyyən ehtiyac belə yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın. Bu seçkilər bir daha onu göstərdi ki, bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır".

    Muxalifet4 - 12-02-2020

  7. Prezidentin gecə klubunda rəqsi - VİDEO

    Ukrayna Prezidenti Vladimir Zelenskinin gecə klubunda rəqs edərkən çəkilmiş videosu yayılıb.

    Vesti.ru xəbər verir ki, videonu “Tik-tok” istifadəçilərindən biri “Bəs siz prezidentlə rəqs etmisiniz?” sözləri ilə paylaşıb. Zelenski ilə rəqs edən qadının həyat yoldaşı Yelena Zelenskaya olduğu ehtimal edilir.

    Paylaşım edən istifadəçi videonun Zelenski hələ prezident olmazdan əvvəl çəkildiyini qeyd edib.

    Muxalifet4 - 12-02-2020

  8. “WhatsApp” istifadəçilərinin sayı 2 milyard oldu

    “WhatsApp” istifadəçilərinin sayı 2 milyard nəfər olub.

    “TASS” xəbər verir ki, bu barədə messencerin rəsmi saytında məlumat verilib.

    “WhatsApp” administrasiyasından ötürlən məlumatların qorunması üçün davamlı olaraq təhlükəsizlik mütəxəssisləri ilə işlədiklərini, tətbiqdən sui-istifadəni dayandırmaq üçün ən yeni texnologiylardan istifadə olunduğunu, məxfiliyi pozmadan problemlər barədə məlumat vermək imkanlarını təmin etdiklərini bildiriblər./Qafqazinfo

    Muxalifet4 - 12-02-2020

  9. Nüvə stansiyasının yerləşdiyi ərazidə GÜCLÜ ZƏLZƏLƏ baş verdi - Əhali təşviş içindədir

    Bir neçə saat əvvəl Yaponiyada “Fukusima”nüvə stansiyasının yerləşdiyi bölgədə baş verən zəlzələnin mümkün fəsadları araşdırılır.

    Publika.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 19:37-də baş verən rixter cədvəli üzrə 5,2 bal gücündəki zəlzələdən sonra stansiyaya baxış keçirilib. İlkin araşdırmaya görə, hələlik zərər qeydə alınmayıb. Təşviş içində olan əhaliyə təmkinli olmaq barədə çağırış edilib.

    Ümumiyyətlə zəlzələ bölgəyə ziyan ciddi vurmayıb. Köhnə tikililərdə kiçik fəsadlar yaranıb.

    Muxalifet4 - 12-02-2020

  10. ​“Azərbaycanda jurnalistlərə qarşı amansız rəftar, həbslər və zorakılıq hadisələri məni çox narahat edir" - ATƏT NÜMAYƏNDƏSİ

    Bu gün ATƏT-in KİV  azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir dünən axşam Bakıda MSK-nın önündə keçirilən etiraz aksiyası zamanı jurnalistlərə qarşı amansız rəftar, həbslər və zorakılıq hadisələrinə görə təəssüfləndiyini bildirib.
    “İctimai etirazı işıqlandıran jurnalistlərə qarşı hüquq-mühafizə orqanlarının amansız rəftarı,  həbslər və zorakılıq hadisələri məni çox narahat edir. Bu, xüsusilə yolverilməzdir, çünki jurnalistlər qanunvericilik orqanına seçkilərin nəticələri ilə bağlı ictimai maraq kəsb edən hadisələri işıqlandırıblar”, - A.Dezir əlavə edib.

    Muxalifet4 - 12-02-2020

  11. ​DEPUTATLIĞA NAMİZƏDLƏRƏ QARŞI ZORAKILIQ PİSLƏNİLDİ - "Dinc etirazçılara güc tətbiq edilməsi qanunvericiliyin kobud şəkildə pozulmasıdır"

    Siyasi Məhbusların Monitorinq Mərkəzi (SMMM) bəyanatla çıxış edərək fevralın 11-də MSK-nın qarşısında parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq keçirilmiş dinc etiraz aksiyasının amansızcasına dağıdılmasını qəti şəkildə pisləyib.

    Muxalifet4 - 12-02-2020

  12. Ərdoğan Kılıçdaroğlunu “FETÖ-nün ən vacib siyası qanadı” adılandırdı

    FETÖ-nün ən vacib siyası qanadı Kılıçdaroğlu və komandasıdır.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin parlament fraksiyasının TBMM-də keçirilən toplantısında çıxış edərkən deyib.

    “Biz bu böyük mübarizəni apararkən bəziləri də daxildə mütəmadi olaraq fitnə çıxarmağa çalışır. Açıq deyirəm, bunun adı tətikçilik, alçaqlıq, fürsətçilikdir. Siyasətçinin vəzifəsi tətikçilik deyil, ölkəsinin və millətinin ortaq mənfəətləri çərçivəsində xitab etdiyi əhalinin sözçülüyünü etməkdir.

    Muxalifet4 - 13-02-2020

  13. MSK seçki pozuntularını araşdırır, üç məntəqədə nəticə ləğv edildi - DAVAMI OLACAQ.../ YENİLƏNİB

    Fevralın 9-da keçirilmiş parlament seçkiləri ilə əlaqədar indiyə qədər 3 seçki məntəqəsindən Mərkəzi Seçki Komissiyasına (MSK) hesabat daxil olmayıb. 125 seçki dairəsi üzrə 5 573 məntəqədən 5 570-dən MSK-ya hesabat daxil olub. Belə ki, bu günə qədər 111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi MSK-ya hesabat verməyib.

    Muxalifet4 - 13-02-2020

  14. Mikayıl Cabbarova müavin təyin olunan Rövşən Nəcəf kimdir? - DOSYE

    Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin sərəncamı ilə Rövşən Nəcəf Azərbaycan İqtisadiyyat nazirinə müavin təyin olunub.

    Muxalifet.az "Report"a istinadla xəbər verir ki, R.Nəcəf bundan öncə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri olub. O, 2018-ci ilə qədər "Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsində çalışıb.

    Muxalifet4 - 13-02-2020

  15. Nərminlə bağlı səs yazısında adı çəkilənlərin ifadəsi alınır - RƏSMİ AÇIQLAMA

    “Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə yayılan anonim informasiyalar istintaq-əməliyyat qrupuna təqdim olunub və tam, hərtərəfli araşdırılır”.

    Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

    Onun sözlərinə görə, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir:

    “Sosial şəbəkələr və bəzi internet saytlarında yayılmış anonom videomaterialda adı çəkilən şəxslərin ifadələri alınır”.

    Muxalifet4 - 13-02-2020

  16. Azərbaycanda daha bir nəfərdə KORONAVİRUS ŞÜBHƏSİ - Xəstəxanaya yerləşdirildi

    Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

    Demokrat.az xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə fevralının 12-si saat 17:30-da yoluxucu xəstəliklər şöbəsinə 1 nəfər yerləşdirilib.

    Muxalifet4 - 13-02-2020

  17. Hadi Rəcəblinin seçki dairəsinin nəticələri ləğv edilib? - AÇIQLAMA

    74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilməyib.

    Dairə seçki komissiyasından Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mətbuatda bununla bağlı yazılanlar həqiqətəuyğun deyil.

    “Səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərarı Mərkəzi Seçki Komissiyası verir. MSK-nın da bu barədə qərarı yoxdur” – qeyd olunub.

    Qeyd edək ki, bu ilin fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə əlaqədar səsvermənin nəticələrinə əsasən, həmin seçki dairəsinin lider namizədi Hadi Rəcəblidir.

    Muxalifet4 - 13-02-2020

  18. Nazarbayevin nəvəsi Britaniyadan sığınacaq istədi: "Əlimdə irimiqyaslı korrupsiya faktları var"

    Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyadan sığınacaq istəyib.

    Qaynarinfo.az interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə o, özünün facebook səhifəsində müraciət yayımlayıb. Prezidentin nəvəsi ona ölkəsində təzyiq göstərildiyini qeyd edib. Bildirib ki, əlində Rusiya və Qazaxıstan hökumətləri arasında irimiqyaslı korrupsiya faktlarına dair məlumatlar var. O, bununla bağlı bütün detalları "Times" qəzetinə verdiyi müsahibəsində oxuya biləcəyinizi qeyd edib.

    Muxalifet4 - 13-02-2020

  19. “İsgəndər Həmidovun səhhəti çox kritikdir” - HƏKİMİ ÜMİDSİZ DANIŞDI

    “İsgəndər Həmidovu başqa xəstəxanaya yerləşdirməyə daha ehtiyac yoxdur, vəziyyəti çox pisdir”.

    Bunu Azərbaycanın keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun yerləşdirildiyi xəstəxananın həkimi Adil Qeybulla bildirib.

    O, türkiyəli mütəxəssislərin də xəstəyə əlac tapa bilmədyini vurğulayıb:

    Muxalifet4 - 13-02-2020

  20. ​Almaniyada həbs edilən Əlövsət Əliyev azadlığa buraxıldı

    “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev azadlığa buraxılıb.
    “Report”un xəbərinə görə, bu barədə onun oğlu Türkel Rüstəmxanlı sosial şəbəkədə məlumat yayıb.
    O bildirib ki, A.Əliyev azadlığa buraxılıb.
    Qeyd edək ki, ötən il Almaniyada polis "miqrant alveri" ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat təşkil edib. Saxlanılanlardan biri də Ə.Əliyev idi.

    Muxalifet4 - 13-02-2020

Pages