Axtarış

The search found 105849 results in 0.117 seconds.

Search results

  1. "Təşvişə düşməyə ehtiyac yoxdur, gah qalxır, gah enir..." - SAMİR ŞƏRİFOV NEFTİN QİYMƏTİ HAQDA

    “Dünya bazarında neftin qiyməti müəyyən amillərdən asılı olaraq gah düşür, gah da qalxır. Buna soyuqqanlı yanaşmalıyıq. Neftin ucuzlaşmasına görə təşviş düşməyə ehtiyac yoxdur".

    Bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.

    Muxalifet4 - 9-02-2020

  2. “Hörmətli professordan və müxalifət liderlərindən üzr istəməli olacağıq” - NAZİM BƏYDƏMİRLİ

    “Seçkinin nəticələrinin Cəmil Həsənlinin məlum siyahısında olan namizədin xeyrinə saxtalaşdırmaq göstərişi verilib”
     
    “Günün birinci yarısında aldığımız əksər məlumatlar onu təsdiq edir ki, "prosesin məntəqələrdə şəffaf keçməsi görüntüsünü" yaratmaq tapşırığı ilə bərabər seçkinin nəticələrinin professor Cəmil Həsənlinin məlum siyahısında olan namizədin xeyrinə saxtalaşdırmaq göstərişi də verilib”.

    Muxalifet4 - 9-02-2020

  3. "Sosial şəbəkələrdə yayılan görüntüləri bir neçə mənbədən təhlil edirik" - MSK

    “Seçki prosesi düzgün məcrada davam edir”.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

    R. Qasımov deyib ki, sosial şəbəkələrdə yayılan görüntülərə baxılır: “Sosial şəbəkələrdə yayılan görüntüləri bir neçə mənbədən təhlil edirik. Sosial şəbəkələrdə seçkilərlə bağlı neqativ və ya pozitiv məlumatların yayılması seçkinin şəffaflığını göstərir”.

    Muxalifet4 - 9-02-2020

  4. “32 saylı məntəqədə qadın paltarını dəyişərək yenidən səs verib” - İDDİA / VİDEO

    Sumqayıt şəhər, 41 saylı seçki dairəsinin, 32 nömrəli seçki məntəqəsində iştirak edən müşahidəçisi Cavid İsmayılov bir qadının paltarını dəyişərək iki dəfə səs verdiyini iddia edib. 
    Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, o, qanun pozuntusunu həmin məntəqədə olan əməkdaşlarımıza bildirib.

    Muxalifet4 - 9-02-2020

  5. "Bu informasiyalar qəti şəkildə təkzib olunur" - BAŞ PROKURORLUQ

    Baş Prokurorluq Bakı-Qazax yolunda yol qəzası baş verməsilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

    Muxalifet.az-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov facebook sosial şəbəkəsindəki profilində bildirib ki, bəzi kütləvi informasiya vasitələrində fevralın 9-da guya Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 7 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsinə dair məlumatlar yayılıb.

    Muxalifet4 - 9-02-2020

  6. Vüqar Səfərli əsəbiləşdi: “Onların cavabı veriləcək”

    Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) İcraçı direktoru Vüqar Səfərli “İctimai” televiziyada böyük maraqla izlənilən “3D” sosial-ictimai proqramının aparıcısı Dadaş Dadaşlinskinin onu verilişinə çağırmasından danışıb.

    Muxalifet4 - 9-02-2020

  7. Yol polisindən xəbərdarlıq...

    Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı çətinlik yaranan yolların siyahısını açıqlayıb.
     

    Muxalifet3 - 9-02-2020

  8. Ana və üç azyaşlı övladı yanğında həlak oldu - FOTO

    Türkiyənin Mardin vilayətində yaşayış evində yanğın baş verib.

    “Demirören Haber Ajansı”nın (DHA) verdiyi xəbərə görə, hadisə Mazıdağı rayonunda baş verib.Yanğın nəticəsində evdə olan 34 yaşlı Nisan Tur və qızları 1 yaşlı Miray, 5 yaşlı Lorin, 7 yaşlı Ecrin həlak olublar. Onların cəsədləri ekspertiza üçün Mardin Dövlət Xəstəxanasına aparılıb.Ana və üç uşağının yanğın zamanı ifraz olunan karbonmonoksit qazından zəhərlənib öldükləri məlum olub.

    Faktla bağlı araşdırma başlayıb.

     

    Muxalifet3 - 9-02-2020

  9. “Hakimiyyətin saxta seçki oyununa etiraz edirəm” - ELŞAD MUSAYEV

    “9 saylı Binəqədi ikinci seçki dairəsində total saxtakarlıqlar həyata keçirilir”

    “9 fevral 2020 -ci ildə Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirilir. Seçki qutuları açılan andan etibarən 9 saylı Binəqədi ikinci seçki dairəsində total saxtakarlıqlar həyata keçirilir”.

    Muxalifet4 - 9-02-2020

  10. “Yalan və saxtakarlıq həddi 4 dəfəni aşır” - HƏSRƏT RÜSTƏMOV

    “Hətta karusellərlə birlikdə seçicilərin yalnız 8-10%-i iştirak edib”
     
    “MSK-nın məlumatında deyilir ki, saat 15:00-dək 14-cü dairədən seçicilərin 41%-i səsvermədə iştirak edib".

    Muxalifet4 - 9-02-2020

  11. “Qızım məntəqədən zor tətbiq edilməklə uzaqlaşdırılıb” - QUBAD İBADOĞLU

    “Qızım Bayramova Jalə fiziki təzyiqlərə məruz qalıb”

    “Bu gün 76 saylı Dairə Seçki Komissiyasının (DSK) Lənkəran rayonu Şürük kənd mədəniyyət evində yerləşən 16-cı məntəqəsində məşvərətçi səs hüququ ilə müşahidə aparan qızım Bayramova Jalə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.9-cu maddəsində nəzərdə tutulmuş hüquqlarını yerinə yetirərkən fiziki təzyiqlərə məruz qalmış və məntəqədən zor tətbiq edilməklə uzaqlaşdırılmışdır”.

    Muxalifet4 - 9-02-2020

  12. Almaniyada QASIRĞA-Ölkə TƏLAŞ İÇİNDƏ

    Şimali və Mərkəzi Avropa "Sabine" qasırğasına hazırlaşır.
     
    Müxalifet.az xəbər verir ki, Almaniya Dəmir Yolları İdarəsi ölkənin şimal bölgəsində hərəkətdə olan qatarların sürət həddinin idarəetmədən çıxa biləcəyini bildirib.Almaniya Futbol Federasiyasından verilən açıqlamada “Borussiya Mönşenqladbax” və “Köln” arasında oynanacaq futbol matçının qasırğa səbəbiylə təxirə salındığı bəyan edilib.

    Muxalifet3 - 9-02-2020

  13. Koronavirusa yoluxmanın pik həddə çatacağı vaxt açıqlandı

    Böyük Britaniya alimləri koronavirusun pik həddə yayılacağı vaxtı açıqlayıblar.

    Muxalifet3 - 9-02-2020

  14. Azərbaycanda səsvermə başa çatdı

    Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar keçirilən səsvermə yekunlaşıb.

    Muxalifet.az-ın xəbərinə görə, saat 08:00-da start verilən səsvermə prosesi saat 19:00-da başa çatıb.

    Qeyd edək ki, parlament seçkiləri 125 dairəni əhatə edir və səsvermə 5573 məntəqədə aparılıb. Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.

    Bu seçkidə 5 milyon 329 min 460 nəfərə seçkilərdə səsvermə hüququndan istifadə etmək hüququ verilib.

    Muxalifet4 - 9-02-2020

  15. Hadı Rəcəblinin nəticələri ləğv oluna bilər - MSK sədri AÇIQLADI

    Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilə bilər.

    MSK sədri qeyd edib ki, ola bilsin ki, bu müraciətlərin əsası yoxdur:

    "Amma biz bu müraciətlərin hər birini ciddi araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirilmədən bu müraciətlər ciddi araşdırılacaq”.

    Muxalifet4 - 10-02-2020

  16. "MƏNİ VƏ BACIMI DÖYDÜLƏR" - Elza ağlayaraq, seçki saxtakarlığından danışdı / VİDEO

    "Öz qərargahımdayam, əlimdə saxta sənədlər və vəsiqələr var. 13 saylı seçki məntəqəsində - Şabran rayon Dəvəçi kənd Mədəniyyət evinin binasında, Məhərrəm Şakir, Məhərrəm Mehriban Nuru qızının müşahidəçi olduğu məntəqədə əlbəyaxa dava oldu. Müşahidəçiləri döydülər. Orada məntəqə sədrinin alt paltarından Qurbanov Sadiqin adının yazıldığı saxta sənədlər çıxdı. Dövlət başçısını aldadan insanlardır".

    Muxalifet4 - 10-02-2020

  17. MSK SƏDRİ İLKİN NƏTİCƏLƏRİ AÇIQLADI - 7 dairədə nəticələr ləğv olunacaq?

    Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb.

    İlkin nəticələr barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

    Naxçıvan Muxtar Respublikasında 1 saylı Şərur-Sədərək seçki dairəsi - Talıbov Vasif Yusif oğlu - 27 min 712 səs (94,6 faiz).

    2 saylı Şərur seçki dairəsi - Həbibbəyli İsa Əkbər oğlu - 26 min 583 səs (86,3 faiz).

    3 saylı Babək–Kəngərli-Naxçıvan seçki dairəsi - Möhbalıyev Səttar Suliddin oğlu - 24 min 887 səs (83,2 faiz).

    Muxalifet4 - 10-02-2020

  18. Azərbaycanda daha bir deputatlığa namizədin vəkili öldü - RƏSMİ AÇIQLAMA

    Baş Prokurorluq daha bir vəkilin ölümü ilə bağlı məlumat yayıb. 

    Məlumatda deyilir: 

    "Fevralın 9-da saat 23 radələrində 61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Xəqani Abdullayevin vəkili, 1959-cu il təvəllüdlü Mahir Hüseynovun yaşadığı evin qarşısında qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspetinin iştirakı ilə baxış keçirilmişdir.

    Muxalifet4 - 10-02-2020

  19. ReAL PARTİYASI 1 MANDAT ALA BİLDİ – İlqar Məmmədov tərəfdarlarına müraciət etdi

    9 fevralda baş tutan növbədənkənar parlament seçkilərində ReAL Partiyası gözlənildiyinin əksinə olaraq, cəmi 1 mandat ala bilir. 

    “AzPolitika.info” Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzində yerləşdirilən məlumata istinadən xəbər verir ki, 16 saylı Yasamal İkinci Seçki Dairəsindən namizəd, tanınmış hüquqşünas Erkin Qədirli 34.2 faiz səslə liderdir. Bu rəqəm həmin dairənin 30 məntəqəsinin 29-dan məlumatlar əsasında yazılıb.

    Muxalifet4 - 10-02-2020

  20. "Gələcəyimizi məhv edən hər bir saxtakarın üzünə tüpürüm!” - İLKİN HƏSƏNİ

    Aparıcı İlkin Həsəni ölkədə keçirilən növbədənkənar Parlament Seçkilərinə sərt reaksiya verib.

    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, aparıcı bu barədə sosial şəbəəkədəki şəxsi profilində yazıb. Bu dəfəki seçkilərdə fərqli proseslər görmədiyi üçün təəssüfləndiyini bildirib:

    Muxalifet4 - 10-02-2020

Pages