Türk ordusuna əmr verildi - "...DƏRHAL MƏHV EDİN"

Baxış sayı:
3259

Suriyanın İdlib şəhərindəki Türkiyə Silahlı Qüvvələri bölmələrinə təlimat verilib.

Müdafiə naziri Hulusi Akar Suriya rejiminin müşahidə məntəqələrinə və strateji hərbi nöqtələrinə hər hansı hücum və ya təzyiq olacağı təqdirdə, əsgərlərə daha sərt cavab reaksiyası vermək təlimatını göndərib.

“Assoşieyted Press”ə İdlibdəki son vəziyyətlə bağlı danışan Akar dəfələrlə İdlibdəki əsgərləri və hərbi heyəti geri çəkməyəcəklərini və 12 müşahidə məntəqəsini boşaltmayacaqlarını söylədiklərini bildirib.

Qeyd edək ki, Bəşər Əsəd rejimi Türkiyə Silahlı Qüvvələrinin İdlibdəki 4 müşahidə məntəqəsini və 2 strateji mövqeyini mühasirədə saxlayır.