Tanınmış jurnalistin məhkumluğu götürüldü - MƏHKƏMƏ QƏRARI

Baxış sayı:
2518

Bakı Apellyasiya Məhkəməsi “Kanal-13” İnternet televiziyasının təsisçilərindən Əziz Orucovun üzərindən şərti cəzanı və məhkumluğu götürüb.

Muxalifet.az xəbər verir ki, bu barədə Ə.Orucov məlumat verib.

O 2017-ci ilin mayında həbs edilib və iqtisadi cinayətlər ittihamı ilə 6 il həbsə məhkum edilmişdi.  Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıbar. 2018-ci ilin aprelində Ali Məhkəmə həbs müddətini üç il şərti cəza ilə əvəzləyib.

2019-cu ilin noyabrında Ə.Orucov məhkumluğunun ləğvi üçün Nəsimi məhkəməsinə müraciət edib, lakin təmin edilməyib. O, apellyasiya şikayəti verib.