DÜŞMƏN QARABAĞDA SİLAH İSTEHSLINA BAŞLADI: optik cihazlar, teplovizorlar, minomyotlar...

Baxış sayı:
4087

Ermənistan Müdafiə Nazirliyi işğal altındakı Dağlıq Qarabağda silah-sursatı isyehsal edildiyini açıqlayıb. Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan ordusunun Baş Qərargah rəisi Artak Davtyan açıqlama verib. “Dağlıq Qarabağda hərbi sənayenin ayrı-ayrı növləri inkişaf edir. Bəzi hərbi məmulatları öz ordumuz üçün də alırıq. Söhbət optik cihazlar, teplovizorlar (istiliyə reaksiya verən nişangah), müxtəlif kalibrli silahlardan gedir. Bəzi silah növləri, məsələn, minomyotların kütləvi istehsalına hazırlaşırıq”-deyə Davtyan deyib. O, SKAD raketlərini modernləşdirdiklərini də əlavə edib.