NATO-nun yeni problemi var: Türkiyə- Rusiya yaxınlaşması

Türkiyə prezidenti xəbərdarlıq etdi ki, əgər Vaşinqton onun hökumətinə qarşı yeni sanksiyalar tətbiq edərsə, NATO-nu çətin vəziyyətdə qoymaq üçün ABŞ qoşunlarını iki hərbi bazanı tərk etməyə məcbur edəcək, çünki alyans Ankaranın Rusiya ilə əlaqələrini gücləndirməsinin qarşısını almağa çalışır. Bu ay bir televiziya müsahibəsində Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın Rusiyanın hava hücumundan müdafiə sistemini satın aldığı üçün Türkiyəyə sanksiya tətbiq edərsə, - NATO raketdən müdafiə sisteminin vacib elementi olan, ABŞ-ın nüvə silahlarının saxlanıldığı İncirlik və Kürecik bazalarını lazım gəlsə bağlaya biləcəklərini bəyan etdi. ABŞ Müdafiə Naziri Mark Esper, Türkiyənin NATO-ya sadiqliyi ilə bağlı suallar doğurduğunu söyləyərək bu açıqlamaya həyəcanla reaksiya verdi. O, "Onların NATO ərazilərində NATO bazaları və ya xarici əsgər yerləşdirmək və ya yerləşdirməmək üçün danılmaz hüququ vardır" dedi. "Ancaq yenə də inanıram ki, əgər bu iş ciddiləşərsə, onların alyansa sədaqəti ittifaqa aid olacaq", deyə davam edib . ABŞ-dan sonra NATO-da ən böyük nizami orduya sahib olan Türkiyənin, xüsusilə, ABŞ müttəfiqi olan terrorçu kürd bölmələrini müdafiə etməsi, Ankaranın Rusiyadan S-400 zenit-raket sistemini satın alması, Türkiyə ordusunun Suriyanın şimalında hərbi əməliyatından sonra alyans ölkələri ilə münasibətlərində soyuqluq yarandı. "Elə bir təsəvvür yaranır ki, sanki yavaş hərəkət edən bir avtomobil qəzası görürsən", Türkiyədəki qərb diplomatlarından biri dedi. ABŞ-lı rəsmilərə görə, Tramp rəhbərliyi Ankaranın Moskva ilə daha yaxın münasibətlər qurmasına mane olmaq üçün Ərdoğanı sakitləşdirməyə çalışdı, çünki bu rəftarın Türkiyəni daha çox Rusiyanın təsir orbitinə atacağından qorxdu. Lakin prezident Tramp, Türkiyəyə qarşı sanksiyalar qəbul edilməsinə yönəlmiş bir sıra qanun layihələrinə səs verən qəzəbli ABŞ millət vəkilləri ilə mübarizə aparmalı oldu. Noyabr ayının ortalarında, Tramp türkiyəli həmkarını Ağ Evdə qəbul edərək, onu "çox yaxşı dost" adlandırdı. Lakin bu ay Türkiyəyə qarşı sanksiyaların qarşısını ala bilmədi, xüsusən də Türkiyənin sifariş verdiyi ABŞ qırıcılarının tədarükünün dayandırılmasını nəzərdə tutan hərbi büdcə qanun layihəsini imzaladı. Tramp administrasiyası hələ də Türkiyəyə qarşı nəzərdə tutulan sanksiyaların miqyası ilə bağlı qərar verməyib, lakin ABŞ və Avropa rəsmiləri bildirirlər ki, Türkiyə-ABŞ münasibətlərini bərpa etmək və NATO daxilindəki gərginliyi azaltmaq üçün demək olar ki, vaxt qalmayıb. "Biz Türkiyəyə qarşı sanksiyalar olmasını istəmirik, lakin onlar tətbiq ediləcək", ABŞ rəsmisi dedi. "Bu, Türkiyəyə zərər verəcək ". NATO liderləri bu ay Londondakı sammitdə sevinib, ittifaqın 70 illik yubileyini qeyd etdilər, fikir ayrılıqlarını aradan qaldırdılar və strateji məsələlər ilə bağlı sazişlər bağladılar. NATO-nu kəskin tənqid edən və alyansın əhəmiyyətini şübhə altına alan Tramp, alyansın xərclərini artırdıqları üçün müttəfiqləri təriflədi. Lakin tezliklə münaqişə yenidən özünü göstərdi. Mübahisənin əsas mövzusu Pentaqonun NATO-nun təhlükəsizliyinə təhdid hesab etdiyi S-400 zenit-raket sistemini almasıdır. ABŞ, Türkiyəyə çox məqsədli F-35-lərin tədarükünü dayandırdı və Rusiyanın bu gizli təyyarəni izləmək, imkanlarını qiymətləndirmək üçün S-400 radarlarından istifadə edə biləcəyini söylədi. Türk səlahiyyətliləri, ABŞ-ın iştirakı ilə və ya S-400 alışı ilə əlaqədar problemi araşdıracaq ekspert komissiyasının yaradılmasını və bunun həlli yollarını təklif etdi. Lakin ABŞ rəsmiləri deyirlər ki, Vaşinqton Türkiyəyə ən azı bir F-35 göndərmək və bir neçə milyard dollar dəyərində bir proqramı təhlükə altına almaqdansa kompensasiya ödəyər. "Türkiyənin milli təhlükəsizlik maraqları həm ABŞ, həm də NATO üçün əsas məsələ olmalıdır", Türkiyə parlamentinin üzvü Əhməd Berat Conkar dedi. "Türkiyənin təhlükəsizliyinə zəmanət verilməzsə və NATO-dan dəstək almasa, ittifaqın içərisində yeni çatlar yaranacaq". Suriyanın şimalındakı hərəkətlərini artıq Rusiya ilə koprdinasiya edən Türkiyə, indi Liviyada Rusiya ilə razılaşmağa çalışır. "Türkiyə hədəflərini gizlətmədən mübarizə aparır və qalib gəlir", - NATO-da bir yüksək səviyyəli Avropa diplomatı bildirib. The Wall Street Journal Tərcümə etdi: Ülviyyə Şükürova Muxalifet.az