Təyyarə qəzasında azı 14 nəfər həlak olub

Baxış sayı:
3187

Qazaxıstana məxsus Bek Air təyyarəsi Almatı aeroportu yaxınlığında havaya qalxandan sonra qəzaya düşüb, təyyarədə 95 sərnişin və beş heyət üzvü olub. Muxalifet.az bu barədə "Azadlıq.org"a istinadla bildirir. Aeroport rəsmiləri xilasedicilərin hadisə yerində işlədiyini bildirir. Qazaxıstanın Mülki Aviasiya Komitəsi dekabrın 27-də səhər baş verən qəzada azı 14 nəfərin həlak olduğunu bildirir. İlkin olaraq 7 nəfərin öldüyü deyilmişdi. Azı 35 nəfərin xəsarət aldığı, onlardan 22-nin durumunun ağır olduğu qeyd olunur. Rəsmi məlumata görə, təyyarə "havaya qalxan kimi yüksəkliyi itirib, beton hasara", daha sonra ikimərtəbəli binaya dəyib. "Reuters"in aeroportda olan əməkdaşı ərazini qatı duman bürüdüyünü xəbər verir. Rəsmilər təyyarənin paytaxt Nur-Sultana uçmalı olduğunu bildirirlər. Qəzadan salamat çıxanların olduğu xəbər verilir. Muxalifet.az