Xırdalanda yeniyetmədən dəhşətli cinayət – EVİNİN QARŞISINDA ÖLDÜRDÜ

Baxış sayı:
3116

Xırdalan şəhəri ərazisində törədilmiş qətlin üstü açılıb. Muxalifet.az xəbər verir ki, dekabrın 22-də saat 23 radələrində Xırdalan şəhəri 28 May küçəsindən Bakı şəhər sakini Fikrət Həsənovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Xırdalan şəhər sakini olan bir yeniyetmə saxlanılıb. Qeyd edək ki, yeniyetmə oğlan F.Həsənovu yaşadığı evin giriş qapısında ürəyindən bıçaqlayaraq öldürüb./publika.az/