Axtarış

The search found 105700 results in 0.046 seconds.

Search results

  1. Çingiz Abdullayev: ""Neftçi"də qapıçı olacaqdım, dedilər cavansan"

    Tanınmış yazıçı Çingiz Abdullayev “Neftçi”ni idarə edəcək müşahidə şurasının sədri seçildikdən sonra eksklüziv olaraq ANS-ə danışıb.

    O, təyinatina təəccüblə yanaşanlara cavab verib.

    Muxalifet - 1-04-2015

  2. Vurğun Əyyub Müsavatın Məclis üzvlüyündən çıxarılacaq

    “Müsavat Partiyasının legitim orqanlarını tanımayan bir şəxsin Müsavat adından parlament seçkilərində namizədliyini irəli sürməsini məntiqsiz sayıram. Ancaq bütün hallarda bu məsələ Vurğun Əyyubun şəxsi işidir”.

    Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı deyib.

    Muxalifet - 2-04-2015

  3. Bakıda AA seriyalı maşına hücum: çoxlu pul və qızıl oğurlandı

    Bakıda özəl firmaya məxsus AA seriyalı maşının şüşələri sındırılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində baş verib.

    Elə həmin küçədə yaşayan Böyük Britaniya vətəndaşı, 1977-ci il təvəllüdlü Azər Əliyevin idarə etdiyi Ram-X firmasına məxsus Nissan–Patrol markalı 10 AA 681 nömrəli avtomobilin şüşələri sındırılıb.

    Maşından 3 min fund sterlinq, qızıl-zinət əşyaları və şəxsiyyət vəsiqələri oğurlanıb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 2-04-2015

  4. Vurğun Əyyub Müsavatın Məclis üzvlüyündən çıxarıldı

    Aprelin 4-də Müsavat partiyasının Məclisi keçirilib.

    İclasda Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması ilə bağlı təklifin olduğu elan edilib. Partiyanın keçmiş başqanı İsa Qəmbər təklifə belə münasibət bildirib ki, məsələ səsverməyə çıxarılmamalıdır. "Vurğun bəyin özü deyir ki, Məclis üzvü deyiləm. Azad insanın iradəsinə hörmətsizlik olunmamalıdır. Kifayət qədər təklif ediləsi məsələlər var".Bundan sonra məsələ səsverməyə qoyulmadan,Vurğun Əyyubun adı Məclis üzvü siyahısından çıxarılıb.

    Muxalifet - 4-04-2015

  5. Polis qaradərili vətəndaşı öldürdü

    Şimali Çarlston şəhərində baş vermiş hadisə həvəskar kadrlarda öz əksini tapıb

    Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina ştatında polis qaradərili vətəndaşı atəş açaraq öldürüb.

    Verilən  məlumata görə, Şimali Çarlston şəhərində baş vermiş hadisə həvəskar kadrlarda öz əksini tapıb.

    Muxalifet - 8-04-2015

  6. “Zəlimxan Məmmədli “Borçalı” Cəmiyyətindən kənarlaşdırılmalıdır”

    Sərdar Əliyev: “Bu, təkçə mənim yox, bir çox Borçalı ziyalılarının və xalqın rəyidir”

    “Borçalı” Cəmiyyətində baş verən daxili parçalanma və ciddi narazılıqları şərh edən Gürcüstan Türkləri Konfederasiyasının (GTK)  1-ci vitse-prezidenti Sərdar Əliyev bildirib ki, Zəlimxan Məmmədli artıq “Borçalı” Cəmiyyətindən kənarlaşdırlmalıdır:

    Muxalifet - 9-04-2015

  7. Abbas Abbasov: “Mənə nə vəzifə lazımdır, nə karyera...”

    "Heç vaxt İlham Əliyevə xəyanət etmərəm"

    Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos FMMM) Ağsaqqallar Şurasının sədri Abbas Abbasov ANS PRESS-ə eksklüziv müsahibə verib. O, son vaxtlar təşkilat daxilində yaranmış vəziyyət və digər məsələlərə aydınlıq gətirib:

    Muxalifet - 10-04-2015

  8. Kosmosa uçan ilk insan - VİDEO

    Yuri Qaqarin 1961-ci 12 apreldə kosmosa uçub və sağ-salamat qayıdıb

    Bu gün aprel ayının 12-də, düz 54 il öncə Baykonur start məntəqəsində "Vostok" gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır və elə o gündən də dünya kosmonavtikasının əsası qoyulur.

    Kosmosa uçan ilk insan kimi Yuri Qaqarin 14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.

    Muxalifet - 12-04-2015

  9. Lamiyə: "Sayt açmaq istəyərdim, amma..."

    “Azadlığa çıxandan sonra mənə iş verilməyib. Məşğulluq İdarəsinə müraciət etmişəm. Harada iş olsa, işləməyə hazıram. Fərq etmir - Şəmkir olsun, ya Bakı. Ancaq belə görürəm ki, ticarətlə məşğul olsam yaxşıdır”.

    Bu sözləri Axar.az-a açıqlamasında həbsdə ana olması ilə gündəmə gələn və azadlığa qovuşan Lamiyə Quliyeva deyib. Şəmkirin eks-başçısı Aslan Aslanovun oğlunu öldürməsinə görə məhkum olmuş L.Quliyeva hazırda anasının himayəsində övladına baxdığını deyir: “Təhsilim yoxdur deyə iş də tapılmır. Ümid edirəm ki, nə isə düzələr”.

    Muxalifet - 12-04-2015

  10. Yenidən doğulduğunu isbat edən insan - FOTO,VİDEO

    Şanti Devi adlı balaca qız dünyaya yenidən gəldiyini sübut edib

    XX əsrin əvvəllərində Hindistanda yaşamış Şanti Devi (Shanti Devi) adlı qadın dünyaya yenidən gəldiyi sübut edib. ANS PRESS-in məlumatına görə, Delphi şəhərində yaşayan Şanti 4 yaşında olarkən, yəni 1930-ci ildə valideynlərinə bundan əvvəl də yaşadığını deyir və sözlərinin doğruluğunu sübut etmək üçün dəlillər gətirir.

    Muxalifet - 13-04-2015

  11. Aşıq Ədalət : “Yüz dəfə demişəm ki, “Yanıq Kərəmi”nə oynamaq olmaz”

    Bu günlərdə Aşıq Ədalətin efirdə söyüş söyməsi ölkə mətbuatında ciddi rezonas doğurdu. Bu barədə yayılan videodan da məlum olur ki, ustad sənətkar ATV-də yayımlanan “Səbəbkar” verilişində rəqqasə Aytənin və həmkarı Namiqin ünvanına söyüş xarakterli ifadələr işlədib.

    Lakin sonradan yayılan məlumatlara görə, Aşıq Ədalət söyüşlə bağlı olan videonun yalan olduğunu, adıçəkilən rəqqasəni isə ümumiyyətlə, tanımadığını bildirib. Hətta yayılan videonun montaj edildiyi barədə də iddialar ortaya çıxdı.

    Muxalifet - 13-04-2015

  12. ““Azadlıq” qəzetinin arxasında duranlar qaşınırlar”

    Mirmahmud Mirəlioğlu: “Yaxşı bilirlər, mən kimi deyirəm”

    “O yazıları yazanların, dərc edənlərin arxasında duranlar qaşınırlar”.

     Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu “Azadlıq” qəzetində iqtidar-müxalifət görüşündə iştirak edənlərin hakimiyyətlə əməkdaşlıqda ittiham olunmasına münasibət bildirərkən deyib.

    Muxalifet - 14-04-2015

  13. Binəqədidə “yaşıl soyqırım”

    «Amor» şadlıq sarayının yaxınlığındakı çox illik şam ağacları kütləvi şəkildə məhv edilir

    Binəqədi rayonunda fəaliyyət göstərən “Amor” şadlıq sarayının yaxınlığındakı yaşıllıq məhv edilir. Bu barədə redksiyamıza “Mühit” Ictimai Birliyinin sədri Əziz Hümbətli məlumat verib. Onun sözlərinə görə, ərazidəki çoxillik şam ağacları kütləvi şəkildə kəsilir. “Mütəxəssislərimiz fəhlələrlə danışıblar.

    Muxalifet - 15-04-2015

  14. Nəsiman Məmmədli: "Böyük savaşı birlikdə qazandıq"

    Erməni işğalı altında qalan Şuşada Çanaqqala adlı məkan olub

    Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı tədbirlərdə Azərbaycan ən yüksək səviyyədə təmsil olunacaq. Dövlət rəsmiləri ilə yanaşı 21 nəfərlik qrup da mərasimdə iştirak edəcək. Qarabağ qaziləri və şəhid övladlarından ibarət həmin qrup tədbirə Bakıdan start verdilər. Şəhidlər Xiyabanı və Türk şəhidliyinə doğru yürüşdən sonra Milli Qəhrəman Şirin Mirzəyevin qəbri üzərindən torpaq götürüldü. Bu torpaq Çanaqqala şəhidlərinin qəbirləri üzərinə səpiləcək.

    Muxalifet - 15-04-2015

  15. Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmamasının şok səbəbi...

    Əli Babayev: ““Borçalı” Cəmiyyəti sədrinin ətrafında Suriya və ərəb ölkələrindəki qrupların nümayəndələri var”

    “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmaması səbəbinin bir detalı da bəlli olub. Bu haqda Muxalifet.az saytına açıqlama verən Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri, “Gürcü Arzusu” Koalisiyasının Siyasi Şurasının üzvü Əli Babayev açıqlama verib.

    Muxalifet - 16-04-2015

  16. Gürсüstan parlamentində erməni-azərbaycanlı qalmaqalı

    Erməni deputat Samvel Petrosyanın Gürсüstan parlamentində uydurma erməni soyqırımının tanınması barədə verdiyi təklif сiddi etirazlara səbəb olub.

    ANS PRESS-in məlumatına görə, gürсü jurnalist Zviad Mçedlişvili bunun parlamentdə böyük gərginlik yaratdığı bildirib. Onun sözlərinə görə, parlamentin spikeri David Usupaşvili erməni deputata sərt nəzərlərlə baxıb. Deputatlar Samvel Petrosyanın çıxışını kəsməyə çalışıblar. Erməni deputat isə inad göstərərək çıxışını başa çatdırıb.

    Muxalifet - 16-04-2015

  17. Rza Zərrab “Beşikdaş”da milyonluq loja aldı

    Rza Zərrab Beşiktaş Futbol Klubunun yeni tikdirdiyi “Vodafone Arena”da özünə loja alıb.

    Bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.

    Mətbuatın məlumatına görə, Zərrab stadiondakı 50 nömrəli lojanı alıb. 12 nəfərlik olan loja iş adamına 1,2 milyon lirəyə başa gəlib.

    Qeyd edək ki, Rza Zərrab əslən Təbriz şəhərindəndir.

    Muxalifet - 16-04-2015

  18. Zabit Səmədov Dubayda döyüşəcək - FOTO

    "Mauqli" ləqəbli Zabit Səmədov K-1 üzrə super döyüşlərindən birini keçirəcək

    Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti döyüşünə çıxır.

    Verilən məlumata görə, Z.Səmədov bu gün Dubayda “Global Fighting Championship”də mübarizə aparacaq.

    Dubay turnirinin əvvəlki mərhələsində qələbə qazanan Z.Səmədov bu dəfə Böyük Britaniya idmançısı Stiv Makkinon ilə qarşılaşacaq.

    Muxalifet - 17-04-2015

  19. “Azərbaycan Gürcüstandakı soydaşlarımızla maraqlanmır”

    Əli Babayev: “Mən istərdim ki, Azərbaycan dövləti bu məsələdə çox aktiv mövqe ortaya qoysun”

    “Saakaşvili həqiqətən də xalq üçün çalışmışdısa, bu gün Gürcüstana niyə gələ bilmir?!”

    Muxalifet - 17-04-2015

  20. İlham Rəhimov azərbaycanlı iş adamını həbslə hədələyir

    Moskvada yaşayan azərbaycanlı iş adamı Elçin Seyidov AzPolitika.info-ya məktub-məqalə göndərərək, onun yayımlanmasını xahiş edib. Həmyerlimiz məktubunda Rusiya prezidenti Putinin dostu kimi tanınan hüquq professoru İlham Rəhimovdan şikayətlənərək, onu Rusiyadakı azərbaycanlıların problemlərinə biganə yanaşmaqda, öz soydaşlarından uzaq qaçmaqda, həmçinin, verdiyi sözün üstündə durmamaqda qınayıb, İlham Rəhimov tərəfindən həbslə hədələndiyini yazıb.

    Muxalifet - 17-04-2015

Pages