Vurğun Əyyub Müsavatın Məclis üzvlüyündən çıxarıldı

Aprelin 4-də Müsavat partiyasının Məclisi keçirilib.

İclasda Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması ilə bağlı təklifin olduğu elan edilib. Partiyanın keçmiş başqanı İsa Qəmbər təklifə belə münasibət bildirib ki, məsələ səsverməyə çıxarılmamalıdır. "Vurğun bəyin özü deyir ki, Məclis üzvü deyiləm. Azad insanın iradəsinə hörmətsizlik olunmamalıdır. Kifayət qədər təklif ediləsi məsələlər var".Bundan sonra məsələ səsverməyə qoyulmadan,Vurğun Əyyubun adı Məclis üzvü siyahısından çıxarılıb.

Vurğun Əyyub Məclis üzvlüyündən çıxarılması ilə bağlı APA-ya deyib ki, bu, onu maraqlandırmır: ”Bu məni qətiyyən maraqlandırmır. Mən Müsavat Partiyasının Məclisi ilə bağlı öz sözümü demişəm”.

 Vurğun Əyyub Müsavatın Məclisini, eləcə də digər strukturları qeyri-legitim hesab edir.