Axtarış
The search found 105700 results in 0.041 seconds.
Search results
“Android Wear”la itmiş telefonunu tap
"Google" 2013-cü ildə “Android Device Manager” adlı proqramını təqdim edib. Android platformalı cihazlar üçün istifadə olunan bu proqram itmiş Android cihazları tapmağa imkan verir.
Proqramla itən cihaza səsli bildiriş göndərmək və ya “Google Maps” vasitəsilə mövqeyinə göz atmaq olar. Eyni zamanda, əgər cihaz oğurlanıbsa, faylları ələ keçməmələri üçün silmək mümkündür.
Telefon səssiz rejimdə olduğu halda belə, istifadəçi uzaqdan ona yüksək səsli bildiriş göndərə bilər.
Muxalifet - 22-03-2015
Ukrayna hökumətində gürcü zarafatı: “Qamarcoba...”
Ukraynada populyar bir zarafat dildən-dilə dolaşır: “Baş nazir Arseniy Yatsenyuk hökumətinə “Sabahınız xeyir” deyəndə gürcücə “Qamarcoba, genatsvale” (“Salam, dost”) cavabını eşidir”.
Zarafat da boş yerə yaranmayıb. Axı hökumətdə yüksək vəzifədə gürcü kadrlar sayca ikincidir. Hazırda 4,5 milyonluq gürcü xalqının azı 5 nümayəndəsi müxtəlif vəzifələrdə işləyir. Azı 8-i ekspert kimi çalışır.
Muxalifet - 22-03-2015
Dünya müəllimlərinin maaşları - HADI RƏCƏBLİNİN MENYÜSÜNƏ
Böyük ölkələrdə müqəddəs peşənin sahiblərinə olan münasibət necədir?
Millət vəkili Hadı Rəcəblinin məlum açıqlaması bizi dünya ölkələrində müəllimə olan münasibətlə maraqlanmağa vadar etdi.
Belə ki, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya və Yaponiyada yaşayan müəllimlər Azərbaycanla müqayisədə təxminən 10 dəfə artıq maaş alırlar.
Beləliklə, adıçəkilən ölkələrdə müəllim maaşları və bu müqəddəs peşənin sahiblərinə olan münasibətlə tanış edirik:
Muxalifet - 22-03-2015
İsrail kəşfiyyatı yəhudiləri Azərbaycana səfər etməməyə çağırır
Bu gün İsrail hökumətinin antiterror Qərargahının israilliləri hazırda xaricdə olan yəhudiləri qarşıdakı bayram günlərində bir sıra ölkələrə səyahət etməkdən çəkinməyə çağıran xəbərdarlığı yayılıb.
Virtualaz.org saytı İsrail mənbələrinə istinadən xəbər verir ki, siyahıda Azərbaycan da yer alır.
Muxalifet - 22-03-2015
Sabiq prezident 7 illik evliliyinə son qoyur
Almaniyanın keçmiş prezidenti Christian Wulff və həyat yoldaşı Bettina boşanmaq qərarına gəliblər.
“Azadlıq” radiosunun xəbərinə görə, bir müddətdir ayrı yaşayan Christian və Bettina Wulff boşanmaq üçün rəsmən məhkəməyə müraciət ediblər. Aprelin sonunda Hannover Ailə Məhkəməsi onların müraciətinə baxacaq.
Christian və Bettina Wulff 2006-cı ildə tanış olub, 2008-ci ildə evləniblər.
Qeyd edək ki, onların bir oğlu var.
Muxalifet - 22-03-2015
Qan qohumlarının evlənməsi qadağan oluna bilər
Tacikistanda əmi, dayı, bibi və xala uşaqları arasında nikahların qadağan olunmasına çağırışlar getdikcə artır.
Qan qohumları arasında nikahlara qadağa qoyulmasına tərəfdar olanlar deyirlər ki, belə nikahlardan doğulan uşaqlarda irsi xəstəliklərin olması riski son dərəcə yüksəkdir və bu, ümumilikdə xalqın sağlamlığına mənfi təsir göstərir.
Muxalifet - 22-03-2015
Azərbaycanlı oliqarxların bazarı bağlandı
Rusiyanın “Rose Group” şirkəti Britaniyanın keçmiş baş naziri Toni Bleyeri Bakıya gətirən iş adamları kimi məşhurlaşan azərbaycanlı oliqarxlar-ata və oğul Piriyevlərin “PNN Group” şirkəti ilə tərəfdaşlığa son qoyub.
Virtualaz.org saytı Rusiyanın biznes çevrələrinə istinadən xəbər verir ki, “Vneşekonombank”ın mülkiyyətində olan “Rose Group” Moskvann “Tsvetnoy” univermağında yerləşən qastranomiya bazarının idarə edilməsinə dair “PNN Group” şirkəti ilə bağladığı müqaviləni dayandırıb.
Muxalifet - 23-03-2015
Sərkisyan: "Azərbaycanlılar ermənilərdən daha ləyaqətlidir"
"Bəzi türklər və azərbaycanlılar bəzi ermənilərdən daha ləyaqətlidirlər".
Report xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda keçirilən mediaforum zamanı iştirakçıların suallarını cavablandırarkən bildirib.
"Bizim çətin tarixi dönəmlərimizdə çox hallar olub ki, bəzi türklər və azərbaycanlılar özlərini bəzi ermənilərdən daha ləyaqətli aparıblar. Tarixdə belə faktlar çoxdur. Bu çox mühüm amildir".
Qeyd edək ki, 18-23 mart tarixlərində keçirilən mediaforumun əsas mövzusu qondarma erməni soyqırımıdır.
Muxalifet - 23-03-2015
Azərbaycanlı iş adamı Türkiyədə deputatlığa namizəd oldu
"Gözəl davam edən əlaqələrin daha da yaxşı olması üçün çalışacağam"
Türkiyədə yaşayan azərbaycanlı iş adamı deputatlığa namizədliyini verib.
Belə ki, İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin sədri Asif Qurban İzmirdən namizədliyini irəli sürüb.
Muxalifet - 23-03-2015
Erməni hərbçi biz tərəfə belə keçdi - VİDEO
Könüllü olaraq Azərbaycana keçən Qriqoryan: "Cəbhə xəttini keçəndə tək deyildim"
Erməni hərbi qulluqçu könüllü olaraq Azərbaycan tərəfə keçib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 22-də günorta saatlarında ilkin məlumata görə, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.
Muxalifet - 23-03-2015
Rus hərbi təyyarələri Türkiyə səmasında
Rusiyaya məxsus An-30B tipli hərbi təyyarələr Türkiyə səmalarında müşahidə uçuşuna başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Nüvə Təhlükəsinin Azaldılması Milli Mərkəzinin rəisi Sergey Rıjkov açıqlama verib. Rıjkov müşahidə uçuşlarının mart 27-dək davam edəcəyini bildirib.
O, uçuşların “Açıq Səma” beynəlxalq razılaşmasına əsasən həyata keçirildiyini açıqlayıb.
Qeyd edək ki, “Açıq Səma” beynəlxalq razılaşması üzv dövlətlərə bir-birlərinin hava məkanında müşahidə uçuşlarının aparılması imkanını verir.
Muxalifet - 23-03-2015
Kremlin nəzarətindəki gizli şöbələr
Putinin «təbliğat təlxəkləri» neсə işləyir?
Muxalifet - 23-03-2015
Rusiya fəal Krım tatarlarına qarşı repressiyaları gücləndirir
Krım Tatar Məclisi sədrinin təzəcə seçilən müavini İlmi Umarov hazırda Rusiya İstintaq Komitəsində sorğu-sual edilir. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ukraynalı jurnalist Osman Paşayev öz facebook səhifəsində yazıb.
Umarov yeni vəzifəyə martın 21-də seçilmişdi. Jurnalist onu da qeyd edib ki, ATR Krım-tatar telekanalının cəmi bir həftəlik efir vaxtı qalıb. “Bundan sonra isə telekanalı inzibati cəzalar və cinayət işləri ilə hədələyirlər” – Paşayev yazıb.
Muxalifet - 24-03-2015
«Foreign Policy»: “İlham Əliyev Qərbyönümlü vətəndaş cəmiyyətini və medianı diz çökdürüb”
«Azərbaycanda vətəndaşların əsas hüquq və azadlıqları pozulur, onlarla demokratik ölkələrə xas davranış qaydaları gözardı edilir. Bu baxımdan Azərbaycan qonşuları içində bu pozuntuların daha çox yer aldığı bir ölkəyə çevrilir. Görəsən, İlham Əliyev hökuməti Qərbdəki imici barədə düşünürmü? Bu yaxınlaradək elə görünürdü ki, düşünür».
Bunu Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Ələkbər Raufoğlu ABŞ-ın nüfuzlu «Foreign Policy» dərgisində dərc olunmuş məqaləsində yazır.
Muxalifet - 24-03-2015
Mühacirətdə olan lider Krım tatarlarına müraciət etdi
Refat Chubarov: "Rusiya tərəfindən istənilən hərəkət istisna deyil"
Krım tatarlarının lideri Refat Chubarov Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra vəziyyətin pisləşməsinə baxmayaraq soydaşlarını yarmadanı tərk etməməyə çağırıb.
Muxalifet - 24-03-2015
Prezidentin qızı azı 1 milyard dollar töycü alıb
“Özbəkistan prezidentinin hazırda Daşkənddə ev dustaqlığında olan qızı Gülnarə Kərimova Özbəkistanda fəaliyyət göstərmiş və hazırda da fəaliyyət göstərən beynəlxlq mobil rabitə və telekommunikasiya şirkətlərindən azı 1 milyard dollar töycü alıb”.
Bu barədə “Azadlıq” radiosunun özbək xidməti məlumat yayıb.
Xəbərdə deyilir ki, bu pulların çox hissəsi G.Kərimovanın oyuncaq şirkətləri vasitəsilə aparıcı Qərb şirkətlərindən şübhəli şəkildə alınıb.
Muxalifet - 24-03-2015
Rusiyadan iki ayda 24 milyard dollar çıxıb
Bu ilin fevral ayında Rusiyadan kapital axını yanvardakı 9 milyard dollarla müqayisədə daha da artaraq 15 milyarda çatıb.
Bu barədə “Ekonombank”ın başda bankın sədr müavini Andrey Klepaç olmaqla ekspertləri bildiriblər.
“Bu, kifayət qədər yüksək rəqəmdir – nəzərə alsaq ki, əhali valyuta bazarında fəal oyunçu olmaqdan çəkilir”, - deyə Klepaç qeyd edib.
Muxalifet - 24-03-2015
Lamiyənin həyatından bəhs edən kitab...
“Vüqar Əliyevin və onun nişanlısı Lamiyə Quliyevanın başlarına gətirilən hadisələr barədə tam ətraflı və təfsilatlı şəkildə kitab üzərində işləyirik, çox yaxın zamanda bu kitab Azərbaycan dilində “Qobustan qəbiristanlığının diri sakininin harayı” adı altında işıq üzü görəcəkdir”.
Bu sözləri Lamiyə Quliyevanın keçmiş nişanlısı, ömürlük həbsdə olan Vüqar Əliyevin vəkili Adəm Məmmədov “facebook” sosial şəbəkəsində yazıb. O, Vüqar Əliyevin əfv olunması barədə prezidentə müraciət etdiklərini bildirib:
Muxalifet - 24-03-2015
Şah İsmayıl və Sultan Səlim arasındakı elçi
Hasan Oktay Türkiyə parlamentinə gedir
Azərbaycan mətbuatına və ictimaiyyətə yaxından tanış olan doktor Hasan Oktay Türkiyədə bu yay keçiriləcək parlament seçkilərində Milliyətçi Hərəkat Partiyasının namizədləri siyahısındadır. Onun namizədliyi İstanbul 3-cü bölkədən siyahıya daxil edilmişdir.
Muxalifet - 24-03-2015
Gürcü müxalifəti hökumətə etimadsızlıq üçün prosesə başlayıb
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin rəhbərlik etdiyi Milli Birlik Hərəkatı martın 21-də Tiflisin mərkəzində minlərlə adamın iştirak etdiyi aksiyadan sonra martın 23-də yeni təşəbbüslə çıxış edib: hərəkat hökumətə etimadsızlıq elan edilməsi ilə bağlı parlamentdə məsələ qaldırılması üçün imza toplanmasına başlayıb. Müxalifətçilər bu istəyə nail olmaq üçün azı 60 deputatdan imza yığmalıdırlar.
Muxalifet - 24-03-2015