Binəqədidə “yaşıl soyqırım”

«Amor» şadlıq sarayının yaxınlığındakı çox illik şam ağacları kütləvi şəkildə məhv edilir
Binəqədi rayonunda fəaliyyət göstərən “Amor” şadlıq sarayının yaxınlığındakı yaşıllıq məhv edilir. Bu barədə redksiyamıza “Mühit” Ictimai Birliyinin sədri Əziz Hümbətli məlumat verib. Onun sözlərinə görə, ərazidəki çoxillik şam ağacları kütləvi şəkildə kəsilir. “Mütəxəssislərimiz fəhlələrlə danışıblar.
Onlar bildirib ki, bu işi həyata keçirən müvafiq qurumlardan icazə alıblar. Lakin bu inandırıcı görünmür. Hətta icazə alınıbsa belə, yaşıllığın qəddarlıqla məhv edilməsi yolverilməzdir. Heç olmasa həmin ağacları başqa yerə köçürülməsini təşkil edərdi. Digər tərəfdən ağacların kəsilməsinə heç bir qurum icazə verə bilməz. Nə ilə əsaslandıracaqlar? Belə bir qanun yoxdur axı”, - deyə Əziz Hümbətli bildirib.
Birlik sədri ərazidə çəkilən fotoşəkilləri də redaksiyamıza təqdim edib(azadliq.info).