Axtarış

The search found 105700 results in 0.004 seconds.

Search results

  1. ​Azərbaycan Pakistan Milli Bankına güzəşt etdi...

    Azərbaycan tərəfi Pakistan Milli Bankının (NBP) Bakı filialına məcmu kapitala olan minimal tələbin yetirilməsi ilə bağlı güzəştə gedib.
    Bunu “APA-Economics”ə açıqlamasında Pakistanın maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri Mohammad İshaq Dar deyib.

    Muxalifet - 3-05-2015

  2. Mövlud Çavuşoğlu: “Ermənilər hədəflərinə çatmadılar...”

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu uydurma "erməni soyqırımı" mövzusunda danışıb. O, erməni lobbisinin bu məsələdə nəhəng səylər göstərdiyini deyib. Musavat.com-un məlumatına görə, Türkiyə telekanalına danışan nazir bununla belə ermənilərin öz hədəflərinə çatmadığını söyləyib.
    “Bizim ölkənin daxilində də onlara kömək edənlər var. Ancaq bu il onların bütün səylərinə baxmayaraq ermənilərin arzusu reallaşmadı”, - deyə Türkiyə XİN başçısı qeyd edib və ilk növbədə tərkibində çoxlu erməni olan kürdlərin Xalqların Demokrat Partiyasına işarə edib.

    Muxalifet - 3-05-2015

  3. İntiqam Əliyev BMT nümayəndələri ilə görüşüb

    Hazırda məhkəməsi davam edən Müsavat başqanının müavini Fərəc Kərimliyə bu həftə hökm oxuna bilər. Mayın 6-da saat 12:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses müdafiə tərəfi vəkilinin çıxışı ilə davam edəcək. Sonra təqsirləndirilən şəxs son sözünü deyəcək və məhkəmə qərar qəbul etmək üçün müşavirəyə yollanacaq.
    Həmin gün hökm oxunma ehtimalı yüksək görünür. Vəkil Nemət Kərimli təcrübəsinə əsasən, mayın 6-da başqan müavininin məhkəməsinin bitəcəyini bildirdi.

    Muxalifet - 3-05-2015

  4. Vurğun Əyyub Müsavat sıralarından xaric edildi - QƏRAR

    Müsavat Partiyasının yerli təşkilatı Vurğun Əyyubun təşkilatın sıralarından xaric edilməsi barədə qərar qəbul edib.
    Müsavat Partiyasının Divan üzvü və Binəqədi rayon təşkilatının keçmiş sədri Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, bu gün partiyanın Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin toplanısı keçirilib.

    Muxalifet - 3-05-2015

  5. ​2.5 il ölmüş anasıyla yaşadı

    Ekspertiza qadının öz əcəli ilə dünyasını dəyişdiyini açıqlayıb

    Almaniyada 51 yaşlı bir nəfər 2.5 il ölmüş anasıyla eyni evdə yaşayıb.

    Muxalifet - 4-05-2015

  6. Israildə qarşıdurma - VİDEO

    Efiyopadan olan gənclərlə yerli polis arasında toqquşma baş verib

    Muxalifet - 4-05-2015

  7. Müsavatın qərarı etiraz doğurdu...

    Qubad İbadoğlu: "Vurğun Əyyubun kənarlaşdırılması Müsavat Partiyasının tarixi üçün ləkədir"
     
    Vurğun Əyyub: “Hesab edirəm ki, bu qərar tamamilə nizamnamə tələblərinə ziddir”
     
    "Vurğun Əyyubun Müsavat Partiyasından kənarlaşdırılması barədə qərarın qəbulu göstərdi ki, qərarın sifarişçiləri partiyanı demokratik deyil, qisasçı təfəkkürlə, qrup maraqları çərçivəsi ilə idarə etməkdə davam edirlər. Belə qərarlar Müsavatın bu günü üçün rüsvayçılıq, tarixi üçün ləkə, gələcəyi üçün təhlükədir".

    Muxalifet - 4-05-2015

  8. Bakıda gənc qızın burnunu yumruqla qırdılar - KÜÇƏNİN ORTASINDA

    Bakıda gənc qıza qarşı daha bir vəhşilik olub. Sabunçu rayonu ərazisində gənc bir oğlan mübahisə etdiyi qızın burnunu yumruq zərbəsi ilə qırıb.
    Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hadisə bir neçə gün öncə Sabunçu dəmiryol vağzalının yaxınlığında baş verib. Gənc bir qızla küçədə mübahisə edən oğlan ona qəfildən yumruq zərbəsi endirəndən sonra hadisə yerindən qaçıb.
    Hadisə yerinə Sabunçu xətt polis şöbəsinin əməkdaşları gəlib. Burnu qırılan və qan içində olan qız dərhal 3 saylı Sabunçu rayon xəstəxanasına aparılıb.

    Muxalifet - 4-05-2015

  9. ​“AMAY Abdulla”: “Cəzamı tez verin...”

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
    Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə A.Abdullayevin vəkili Osman Kazımov cinayət işinə xitam verilməsi, A.Abdullayev barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, leqallaşdırma ilə bağlı ittiham üzrə sübutların təqdim olunmasına dair vəsatət qaldırdı.

    Muxalifet - 4-05-2015

  10. ​MTN polkovnikinə rəis postu verildi

    "Neftçi" Futbol Klubunun mühafizə xidmətinin yeni rəisi müəyyənləşib. Bu barədə "Report"a klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev məlumat verib.
    Onun sözlərinə görə, yeni rəis Azərbaycan Milli Təhlükəsizlik Nazirliyindən 2003-cü ilin oktyabrında ehtiyata buraxılmış polkovnik Hamlet İsmayılovdur.

    Muxalifet - 4-05-2015

  11. Mehriban Əliyeva bankir xanımlarına ziyafət verdi

    Mayın 4-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Bakıda keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı iştirakçılarının xanımlarının şərəfinə ziyafət verilib.
    Ziyafətdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısına qatılan yüksək səviyyəli qonaqların xanımları iştirak ediblər (AZƏRTAC).

    Muxalifet - 4-05-2015

  12. “Qərb kirlənmiş vicdanını təmizə çıxarmağa çalışır”

    “Qərbin Rusiyaya qarşı əlində heç bir kozır yoxdur ki, Moskvanı Krımdan çıxarmaq üçün istifadə etsin”.
    Bu açıqlama ilə polyak jurnalist Zemovit Şerek çıxış edib. Onun sözlərinə görə, Avropa Rusiyada döyüşmək niyyətində deyil:

    Muxalifet - 5-05-2015

  13. ​Cavid Qurbanova deputat olmaq qadağası...

    Rektorlar və vəzifəli məmurlar deputat olmayacaq
     
    Ayrı-ayrı dövlət qurumlarına rəhbərlik edənlər seçim etməli olacaqlar; ölkə rəhbərliyinin bununla bağlı prinsipial qərar verdiyi iddia olunur
    Milli Məclisin yeni tərkibində rektor deputatlar təmsil olunmayacaq. Bu barədə “Yeni Müsavat”a adının çəkilməsini istəməyən məlumatlı mənbə bildirib. Mənbəmizin sözlərinə görə, artıq rektorlara bu barədə xəbərdarlıq edilib.

    Muxalifet - 5-05-2015

  14. ​Arif Hacılı: “QHT sektoru, azad mətbuat məhv edilib...”

    Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün özünün facebook səhifəsində Müsavat Partiyasına qarşı son günlər bütün istiqamətlərdən hücumun başlandığı barədə status yazıb. Yazını olduğu kimi təqdim edirik:
    “Azərbaycanda müxalifətçi kimi fəaliyyət göstərmək 1988 -  ci ildən bu yana heç vaxt indiki kimi çətin olmamışdı.
    Belə görünür ki, iqtidar 1993 -cü ildən yerinə yetirməsə də bəyan etdiyi xarici və daxili siyasi kursundan, avrointeqrasiya və demokratikləşmə xəttindən tamamilə imtina etməyə hazırlaşır.
    Azərbaycan Rusiyanın köləliyinə sürüklənir.

    Muxalifet - 6-05-2015

  15. Rəsul Quliyev: “ABŞ Azərbaycana kənardan heç nə edə bilməz”

    Eks-spiker ABŞ-ın Azərbaycana sanksiya tətbiq etməsi təklifinə qarşıdır
     
    Rəsul Quliyev deyir ki, ötən 10 ilə yaxın müddətdə bəzi ABŞ rəsmiləri, konqresmenlərlə münasibətləri elə yaxınlaşıb ki, hətta buna “dostluq” da demək olar.
    Milli Məclisin eks-spikeri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyevlə telefonla danışırıq.
    Deyir ki, həyatında xüsusi bir dəyişiklik yoxdur: regionda və Azərbaycandakı prosesləri yaxından izləyir, mütaliə edir, yazılar yazır, idmanla məşğul olur:

    Muxalifet - 7-05-2015

  16. Hüseyn Abdullayev yeni müraciət yaydı

    "Rejim bəzi yaltaq provokatorların əli ilə mənimlə baglı dezinformasiya yayır və hər fürsətdə suyu bulandırmaga çalışır"
    Hazırda mühacir həyatı yaşayan keçmiş deputat Hüseyn Abdullayev yeni müraciət yayıb. Facebook səhifəsində paylaşdığı müraciətdə o, ünvanına səslənən bəzi iradlara cavab verib. Onun yazdıqlarını təqdim edirik:
    “Əziz və dəyərli dostlarım!

    Muxalifet - 7-05-2015

  17. ​Nazim İbrahimovun işçisi Xocalı parkında bayrağımızı tərsinə asdırıb

    Türkiyənin Manisa bölgəsinin Turqutlu qəsəbəsində bu ilin fevral ayında açılan Xocalı Şəhidləri Parkında qaldırılmış Azərbaycan bayrağının tərs asıldığı üzə çıxıb.
    Türkiyə KİV-ləri xəbər verir ki, bayrağın rənglərinin orijinalda yuxarıda mavi, ortada qırmızı, aşağıda yaşıl olduğu halda parkda qaldırılan bayraqda bu sıralama tərsinədir. Yəni yaşıl rəng yuxarıdadır.

    Muxalifet - 7-05-2015

  18. ​Ərdoğan: "Moskva səfiri geri çağırıla bilər”

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin 100-cü ildönümü ilə əlaqədar təşkil etdiyi Prezidentlik süfrəsində ciddi mesajlar verib.
    Axar.az xəbər verir ki, görüşdən sonra jurnalistlərə açıqlama verən publisist Mustafa Armağan prezidentin Rusiya səfirini geri çağıra biləcəyini bildirib.

    Muxalifet - 8-05-2015

  19. ​Leyla Yunusun qızı Avropa Parlamenti qarşısında aksiya hazırlayır

    Mayın 12-də, I Bakı Avropa Oyunlarının açılışına düz bir ay qalmış hüquq müdafiəçiləri Brüsseldə, Avropa Parlamentinin binası qarşısında Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasına həsr olunmuş etiraz aksiyası keçirəcəklər.
    Virtualaz.org bildirir ki, bu barədə İnsan Haqları üzrə Beynəlxalq Federasiyanın (FIDH) saytı məlumat yayıb.
    Aksiyanın təşkilatçıları Arif və Leyla Yunusların qızı Dinara Yunus, BMT-nin İşgəncələr əleyhinə komitəsinin baş katibi Cerald Staberok, “İdman-hüquq naminə” kampaniyasının koordinatoru Rebekka Vinsetdir.

    Muxalifet - 8-05-2015

  20. ​Putinin yaxın müttəfiqi "Türk axını"nından imtina etdi

    Serbiya “Qazprom” şirkətinin “Türk axını” kəmərini bu ölkənin ərazisinədək uzadacağı imkanlarını görmür.
    Avropa.info xəbər verir ki, bu haqda İnterfaksa müsahibəsində Serbiya prezidenti Tomislav Nikoliç deyib.
    Nikoliç: “Düşünürəm ki, “Türk axını”nın reallaşdırılması mümkün deyil, biz çətin ki, bu istiqamətdən qaz alaq”.
    Bu günlərdə “Qazprom”un sədri Aleksey Miller demişdi ki, “Türk axını”nı 2016-cı ilin dekabrında dövriyyəyə buraxmağı düşünürlər. Moskva hətta Afinanın kəmər xərclərini boynuna götürməyə razı olmuşdu.

    Muxalifet - 8-05-2015

Pages