Axtarış

The search found 105700 results in 0.007 seconds.

Search results

  1. Qurban Qurbanov: “Ermənistanı udsalar, mükafat verəcəm”

    “Əgər Albaniya millisi Ermənistana qalib gəlsə, Ansi Aqolliyə mükafat verəcəm”.

    Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam klubunun müdafiəçisi Ansi Aqolli şərəfini qoruduğu Albaniya millisinin heyətində martın 29-da Ermənistan yığmasına qarşı öz meydanlarında Avro-2016-nın rəsmi oyununa çıxacaq.

    Qurban Qurbanov deyib ki, Albaniya qalib gəlsə, təkcə Aqolli deyil, həmin ölkənin millisinin sabiq müdafiəçisi, hazırda “Qarabağ”ın şərəfini qoruyan Admir Teliyə də klub adından mükafat veriləcək (qol.az).

     

    Muxalifet - 26-03-2015

  2. Azərbaycanlı müğənni klipə çılpaq çəkildi - VİDEO

    Ceyla “Bilsən” klipini sosial şəbəkə vasitəsilə təqdim edib

    Azərbaycanlı müğənni səs-küy yaradacaq yeni klipini izləyicilərilə bölüşüb.

    Belə ki, gənc müğənni Ceyla (J-La) Məmmədova “Bilsən” adlı mahnısına çəkdirdiyi yeni klipi sosial şəbəkə vasitəsilə təqdim edib.

    Muxalifet - 26-03-2015

  3. Səudiyyə Ərəbistanın əks hücum - 35 KƏND ƏLƏ KEÇİRİLDİ

    Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələrinin hərbi koalisiyyasının Yəmənə endirdiyi hava zərbələrindn sonra hüsilər əks-hücuma keçib.

    İran mediası xəbər verir ki, "Ənsarallah" Səudiyyənin Yəmən sərhəddindəki Nəcran bölgəsinə hücum etdiyini bəyan edib.

    Məlumatda deyilir ki, yəmənlilər Səudiyyə Ərəbistanının 40 əsgərini əsir götürməklə bərabər 35 yaşayış məntəqəsini də ələ keçirib.

    Yəməndə vurulmuş Ərəbistan qırıcısının bir pilotunun adı açıqlanıb. Pilotun adı Mustafa Şamsandır.

    Muxalifet - 26-03-2015

  4. Prezidentin maşınına tüpürdüyü üçün cərimələndi

    Prezident Rəcəb Tayyib Ərdoğanın avtomobilinə tüpürən gəncin cəzası bəlli olub.

    Türkiyə mətbuatı xəbər verir ki, baş nazir olduğu dövrdə Ərdoğanın avtomobilinə tüpürdüyü iddiasıyla mühakimə olunan 28 yaşlı Fatih Koçkəsənə “İctimai vəzifəlini təhqir etməkdə təqsirli bilinmə”  maddəsi ilə pul cəzası kəsilib.

    Şübhəlinin şəxsiyyəti, ictimai və iqtisadi vəziyyəti, mühakimə etmə prosesində peşmanlığı və cinayətin xüsusiyyətlərini nəzərə alan məhkəmə  Koçakəsənə 7 min 600 lirə  pul cəzası verib. 

    Muxalifet - 27-03-2015

  5. İntiqam Əliyevin 25 illik ailə dastanı xanımının dilindən...

    1990-cı ilin yayında 19 yaşlı Nurlana üzbəüz qonşuları 29 yaşlı, ağır təbiətli, ucaboylu hüquqşünasdan sevgi məktubu alanda çox düşünmədən “hə” deyib: Nurlananın rəfiqələrinin qardaşı binada savadlı, vicdanlı, haqqın tərəfində olan birisi kimi tanınırdı, futbol oyunlarında, məhəllə oğlanlarının arasında olan söhbətlər gənc qızın qulağına çatmamış deyildi.

    Həbsdə olan hüquqşünas İntiqam Əliyevin xanımı Nurlana Əliyeva AzadlıqRadiosuna deyir ki, barəsində açılmış ittihamlar 25 illik həyat yoldaşının adına yaraşmır.

    Muxalifet - 27-03-2015

  6. Merkel təyyarə qəzasından şoka düşdüyünü dedi

    Almaniya kansleri Angela Merkel, 150 adamın həyatını itirdiyi qəzadan şoka düşdüyünü deyib: "Bu qəza hər kəsi sarsıtdı. Təyyarənin pilot tərəfindən qəsdən qəzaya uğradıldığını eşitmək isə, geridə qalanları daha çox üzdü. Mən iki gündür şokdayam". Merkel, Alman tərəfinin araşdırmaları bundan sonra da diqqətdə saxlayacağı və bu istiqamətdə lazım olan dəstəyi verəcəklərini bildirib. Bu arada Almaniya Xarici İşlər Nazirliyi, qəzada ölən 150 sərnişinin yarısının Alman vətəndaşları olduğu haqda məlumat yayıb.

    azadliq.info

    Muxalifet - 27-03-2015

  7. Obama Ərdoğanla regionu müzakirə etdi

    ABŞ prezidenti Barak Obamanın prezident Ərdoğana telefon açdığı bildirilir. Ağ Ev-dən verilən məlumata görə, telefon danışığı zamanı İŞİD-lə mübarizədə əməkdaşlıq, İraq və Suriyayda təhlükəsizliyin təmin olunması müzakirə olunub. Eyni zamanda, Yəmən və Ukraynadakı son proseslər, İranla nüvə müzakirələri də danışıq mövzusu olub. Obama, danışıq zamanı İraq və Suriyadan Türkiyəyə sığınan 2 milyon qaçqına dəstək verdiyiniə görə prezident Ərdoğana minnətdarlıq edib.

    Muxalifet - 27-03-2015

  8. 43 ölkə Rusiyaya çağırış etdi - BƏYANAT

    BMT-nin 43 üzv dövləti Ukraynaya dəstək olmaq üçün birgə bəyanat imzalayıblar.

    Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. Bəyanatda Rusiyanı Minsk razılıqlarını yerinə yetirməyə və Donetskdə gərginliyi azaltmağa çağırılıb.

    Bəyanatda qeyd edilir ki, Minsk razılaşması bütün tərəflər tərəfindən yerinə yetirilməlidir və Donetskdə insan hüquqlarının müdafiəsi ən əhəmiyyətli şərtdir(axar.az).

    Muxalifet - 27-03-2015

  9. Qəzaya uğrayan təyyarənin ən kiçik sərnişini - FOTO

    “Daily Mail” nəşri Fransanın cənubunda qəzaya uğrayan A320 aerobusun göyərtəsindəki ən kiçik sərnişinin fotosunu yayıb. Musavat.com-un məlumatına görə, bu, İspaniya vətəndaşı olan bir ananın 7 aylıq oğludur.

    Belə ki, həlak olanlar arasında 37 yaşlı Marina Bandres və onun körpəsi Culian da var. Məlumata görə, qadın südəmər övladı ilə ailə üzvlərindən kiminsə dəfnindən sonra Barselonadan öz evinə qayıdırmış.

    Xatırladaq ki, martın 24-də baş vermiş aviaqəza nəticəsində 15 ölkədən ümumilikdə 150 nəfər həlak olub.

    Muxalifet - 27-03-2015

  10. Yəmən üçün Səudiyyə “demokratiyası” - TƏHLİL

    Yaxın Şərqdə daha bir müharibə başlayır və qızışır. Yəmənin devrilmiş prezidenti Rabbo Mənsur Hadi qayığa minib ölkədən qaçandan cəmisi bir neçə saat sonra ABŞ demokratiyasının müttəfiqi və kiçik qardaşı, orta əsrlər despotiyası olan Səudiyə Ərəbistanı ölkəni bombalamağa başladı.

    Hədəf kimi hərbi obyektlər yox, bütün paytaxt seçilib. Ölənlərin sayı 100-ü ötür və onlar dinc əhalidir.

    Bəs hanı beynəlxalq sanksiyalar və ictimaiyyətin qəzəbli xoru? Obama, Merkel, Pan Gi Mun və Co?

    Muxalifet - 27-03-2015

  11. Pakistandan Səudiyyəyə dəstək bəyanatı

    Pakistan Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə qarşı hər hansı təhdidə sərt cavab verəcəyini bildirib. Bu bəyanatla Pakistanın  baş nazir Nəvaz Şərif çıxış edib. Nəvaz Şərif hökumətin yığıncağında Pakistanın Səudiyyə Ərəbistanı və digər körfəz ölkələrilə yaxın və qardaş əlaqələrə sahib olunduğunu bildirib.

    Muxalifet - 27-03-2015

  12. Ruhani “altılıq” ölkələrinin liderlərinə məktub ünvanlayıb

    İran prezidenti Həsən Ruhani Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edən altı dövlətin liderlərinə məktub ünvanlayıb.

    Bu barədə APA “RİA Novosti”yə istinadən məlumat verir.

    “İran İslam Respublikasının prezidenti  “altılıq” ölkələrinin (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya) liderlərinə nüvə məsələsi və bununla bağlı aparılan danışıqlardakı son vəziyyətlə əlaqədar məktub ünvanlayıb”, deyə prezidentin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir. 

    Muxalifet - 27-03-2015

  13. Ölkəmizdə oğlan qızdan çoxdur

    Bu istiqamətdə maarifləndirici tədbirlərə daha çox ehtiyac var

    Muxalifet - 27-03-2015

  14. Xaçmazda intihar edən bərbərin vida məktubu tapıldı - TƏFƏRRÜAT

    Bərbər ölümündə heç kimin günahkar olmadığını vurğulayıb

    Xaçmaz şəhərində özünü öldürən bərbərin kimliyi məlum olub.

    Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, Nəriman Nərimanov 70 ünvanında yerləşən beşmərtəbəli binanın altındakı bərbərxanada işləyən 1993-cü il təvəllüdlü Elşad Mövsüm oğlu Muradov özünü asıb. O, bərbərxanada qapını bağlayıb və intihar edib.

    Muxalifet - 27-03-2015

  15. Kralı yenidən dəfn etdilər - FOTO

    Kralın skleti 2012-ci ilin avqust ayında arxeoloji qazıntı zamanı aşkarlanıb

    İngiltərənin kralı III Riçard 530 ildən sonra yenidən dəfn olunub. Belə ki, 2012-ci ildə sümükləri avtomobil dayanacağının altında tapılan kral Lester şəhərində təşkil olunan mərasimlə torpağa tapşırılıb. İngiltərənin XV əsrdə kralı olmuş III Riçard üçün Lester katedralında mərasim təşkil olunub. Yerlilərin də iştirak etdiyi mərasiçdə kralın qohumu hesab olunan məşhur ingilis aktyor Benedikt Kamberbetç “Riçard” adlı şeir oxuyub.

    Muxalifet - 27-03-2015

  16. Putin müstəqil Fələstinin qurulmasına kömək edəcək – QƏRAR

    Rusiya prezidenti Vladimir Putin paytaxtı şərqi Qüds olan müstəliq Fələstin dövlətinin yaradılması üçün kömək edəcəklərini açıqlayıb.

    Türkiyə mətbuatı xəbər verir ki, Putin bu məqsədlə Rusiyanın ikitərəfli və çoxtərəfli dialoqlardan istifadə edəcəyini vurğulayıb.

    Muxalifet - 28-03-2015

  17. AXCP funksioneri Fransadan sığınacaq aldı

    Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-nin funksioneri Natiq Ədliov bundan belə Fransada yaşayacaq.

    Musavat.com-un məlumatına görə, artıq N.Ədilovun Fransa dövlətindən siyasi sığınacaq alması təsdiqlənib.

    Qeyd edək ki, N.Ədilov uzun müddət idi ki, qonşu Gürcüstanda idi və onun xarici ölkələrdən birindən siyasi sığınacaq alacağı gözlənilirdi.

     

    Muxalifet - 30-03-2015

  18. Bərdədə gərginlik: Qaçqınlar yolu kəsiblər, polis müdaxilə edib

    Bərdə rayonunda məskunlaşan bir qrup Ağdam qaçqını mənzil probleminə görə etiraz edib.

    Arqument.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Xəbərə görə, hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub: “Bu dəqiqə Bərdədə çox böyük gərginlik var. Mənzil problemləri ilə bağlı başlarına açılan oyunlardan bezən Ağdam qaçqınları yolu kəsiblər. Təkcə 300-ə yaxın avtomobil var. Artıq polis dəstələri hadisə yerinə gəlir. Bu dəfə geri dönməyəcəyini bildirən qaçqınlar sona qədər yolu açmayacaqlarını bildirirlər”.

    Muxalifet - 30-03-2015

  19. “Putin Qarabağda 7 rayonun qaytarılmasını təklif edir”

    “Ukrayna böhranından sonra Rusiya xeyli sarsılıb”.

     Bu haqda politoloq Qabil Hüseynli açıqlama verib.

     O, Sərkisyanın Ermənistan cəmiyyətini sakitləşdirməyə çalışdığını bildirib:

     “Cəbhənin təmas xəttində Ermənistanın aktivləşməsini bu dəfə Bakıya təzyiq kimi qəbul etmirəm. Çünki hətta mətbuatda yayılıb ki, Putin İrəvanda yeddi rayonun geriyə qaytarılmasını Sərkisyanla müzakirə edib və müsbət qərar qəbul etmək fikrindədir. Düzdür, yayılan məlumatların 100% yerinə yetiriləcəyinə də əmin deyiləm.

    Muxalifet - 1-04-2015

  20. Müsavat Partiyasında qalmaqal – RAYON TƏŞKİLATI BÖLÜNÜR?

    “Müsavat Partiyasının qurultayından sonra Suraxanı rayon təşkilatının rəhbərliyi, başda sədr Rövşən Dəmirli olmaqla, Müsavat Partiyasına, Arif Hacılıya qarşı təbliğat aparır və partiyanın təşkilatında ikitirəlik yaradıb”.

    Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Suraxanı rayon təşkilatının Şura üzvü Fəzli Mehdiyev deyib.

    Muxalifet - 1-04-2015

Pages