Axtarış
The search found 105700 results in 0.005 seconds.
Search results
Qorxmaz Hüseynov yenə “qara siyahı”da
«Azərsu» vergi borcunu niyə ödəyə bilmir?
Muxalifet - 24-04-2015
Cəmil Həsənli: “Bu, “Kimdir günahkar?” sualına cavab tapmağın yeganə yoludur”
Azərbaycan tarixçisi Cəmil Həsənli Osmanlı Türkiyəsində erməni faciəsinin 100-cü ilinin tamam olduğu gün bu məsələnin araşdırılması üzrə tarixçi alimlərin, hüquq sahəsində ekspertlərin iştirakı ilə beynəlxalq komissiya yaradılması haqqında təşəbbüslə çıxış edib.
Muxalifet - 24-04-2015
Əlikram Hümbətov: “Yaşasın böyük Ermənistan!”
Məşhur satqın, Azərbaycan müstəqilliyinin, milli dövlətçiliyimizin düşməni, talış separatçılarının lideri, erməniləri nə vaxtsa qardaş adlandıran Əlikram Hümbətov dünya ermənilərinin ünvanına müraciətlə çıxış edib.
Oxu.az xəbər verir ki, siyasi meyit və özünü lideri adlandırdığı talışlar tərəfindən rədd edilmiş Əlikram Hümbətov ermənilərə müraciətində qondarma soyqırımı ilə əlaqədar başsağlığı verib.
“Bu gün, erməni xalqı üçün belə bir gündə, biz talışlar, sizinlə bərabər kədərlənirik. Qoy yaradan sizə daha belə ağır sınaqlar göndərməsin!”, - Hümbətov yazır.
Muxalifet - 25-04-2015
Hadı Rəcəblidən Azərbaycan türklərinə həqarət
Deputat vətən xaininə “talış deyil, Lerikin türklər yaşayan kəndindəndir”, dedi və ...
Muxalifet - 26-04-2015
Yeni erməni sərsəmliyi
Katalikos Birinci Aram vilayətin bir hissəsini tələb edir
Ermənilərin ikinci böyük kilsəsi - Livandakı Kilikiya katolikosluğu Türkiyəyə qarşı ərazi iddiası qaldırıb.
Katalikos Birinci Aramın rəhbərlik etdiyi kilsə Türkiyə
Konstitusiya Məhkəməsinə müraciət edərək Adana vilayətinin Kozan bölgəsində yerləşən Kilikya Monastırının mülkiyyətinin qaytarılmasını tələb edib.
Muxalifet - 29-04-2015
Ermənilərin psixoloji sindromu
Naira Hayrumyan: İyundan sonra Azərbaycanın qarşısın kim alacaq?
Ermənistan Qarabağı müstəqil dövlət kimi tanısa, danışıqlar prosesindən çıxmalı olacaq, bu isə İrəvan üçün arzu olunmaz nəticələr verə bilər.
Bu fikir rusiyalı jurnalist Vladimir Poznerin bu barədə verdiyi sualı cavablandıran Ermənistan prezidenti Serj Sarkisyanın sözlərindən qaynaqlanıb. Onun sözlərinə görə, Ermənistan danışıqlar prosesinə ona görə qatılır ki, bu, müharibənin başlanması ehtimalını sıfra endirir.
Muxalifet - 29-04-2015
Papa: "Biz Hz. Adəmin davrandığı kimi davranmaqla pis örnək nümayiş etdiririk"
Papa Fransisko qadın-kişi bərabərsizliyini tənqid etmək istəyərkən Həzrəti Adəmi "pis örnək" adlandırıb.
Muxalifet.az-ın məlumatına görə, papa meydanda minlərlə insanı bir yerə toplayaraq ailə, evlilik, qadın-kişi bərabərsizliyindən danışıb. O, ailə həyatında baş verən böhranların çox zaman qadınların sərbəst yaşamaq arzusu ilə əlaqələndirildiyini deyir.
Muxalifet - 29-04-2015
Kim Çen In musiqiçiləri edam etdirdi
Musiqiçilər Kim Çen Inın ailə həyatı haqqında artıq söz danışdıqlarına görə edam ediliblər
Şimali Koreya lideri Kim Çen In milli orkestrin musiqiçilərini edam etdirib.
Güllələnən musiqiçilər "Inxasu" orkestrinin musiqiçiləri olub. Edam xəbərini Cənubi Koreya kəşfiyyatı yayıb. Şimali Koreya tərəfi isə bu haqda xəbərlərə hələlik heç bir şərh bildirmir. Edam olunanlar siyahısında 15 nəfərin olduğu qeyd edilir.
Muxalifet - 30-04-2015
Putinin atası diversant olub...
Rusiya prezidenti ailəsi haqda maraqlı açıqlamalar verib
Rusiya prezidenti Vladimir Putin bu dəfə ailəsindən danışıb.
Belə ki, "Russkıy pioner" jurnalında Rusiya liderinin valideynləri haqqında məqalə yer alıb.
O, atasının müharibədə iştirakından, atasının ölmüş bilinib aparılmasından, onun atası tərəfindən xilasından, qardaşının ölümündən və sairə bir çox maraqlı hadisələrdən bəhs edib.
Muxalifet - 30-04-2015
Əli İnsanov Əli Kərimliyə təbrik göndərdi
Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov AXCP sədri Əli Kərimlini 50 illik yubileyi münasibətilə təbrik edib. O, təbrikini vəkili vasitəsilə çatdırıb.
Azadliq.info-nun xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli Əli bəy! Sizi 50 illik yubileyiniz munasibətilə ürəkdən təbrik edirəm. Xalqımızın azadlığı uğrunda apardığınız mübarizədə böyük uğurlar, şəxsi həyatınızda xoşbəxtlik və möhkəm can sağlığı arzu edirəm”.
Muxalifet - 30-04-2015
Steynar Gil: “Azərbaycanda məmurlar da dəyişməlidir, müxalifət də"
Norveçin Azərbaycandakı keçmiş səfiri (2002-2006), 72 yaşlı Steynar Gill "Azadlıq" radiosuna açıqlamasında bir sıra maraqlı məqamlara toxunub.
S.Gil bildirib ki, Azərbaycanın yaxşıya doğru dəyişməsi üçün həm iqtidardakı adamlar dəyişməlidir, həm də müxalifətdəki: "Mən gedəndən nə baş nazir dəyişib, nə xarici işlər naziri, nə də Hacıbala (Hacıbala Abutalıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı-red.). Hakimiyyətdə eyni adamlardır. Gənclər gəlməlidir hakimiyyətə".
Muxalifet - 30-04-2015
Akif Muradverdiyevlə bağlı hökm dəyişdirilmədi
Aprelin 29-da Ali Məhkəmədə prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin şikayətinə baxılıb.
Akif Muradverdiyev 2013-cü ilin iyun ayında tutulub, Xəzər Rayon Məhkəməsinin həmin il dekabrın 13-də çıxardığı qərarla qaçaqmalçılıqda təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi 2014-cü il fevralın 12-də bu hökmü qüvvədə saxlayıb. Apelyasiya Məhkəməsinin hökmündən Ali Məhkəmə şikayət verilib.
Muxalifet - 30-04-2015
Zabit Səmədov: "Dekabrda Badr Hari ilə döyüşə bilərəm"
Azərbaycanın peşəkar döyüş ustası Zabit Səmədov bu ilin dekabrında Dubayda mərakeşli Badr Hari ilə dördüncü dəfə rinqə çıxa bilər.
Bu barədə o, "Vestnik Kavkaz"a müsahibəsində bildirib.
Zabit 2013-cü ilin mayında Moskvada mərakeşli Badr Hari ilə baş tutan döyüşün onun üçün xüsusi ilə yaddaqalan olduğunu bildirib.Muxalifet - 2-05-2015
Azərbaycana 1,6 milyard ayrılıb
Asiya İnkişaf Bankı Azərbaycanda 12 layihəyəni maliyyələşdirib
“Asiya İnkişaf Bankı Azərbaycanda 12 layihəyəni maliyyələşdirib. Bu layihələrə ümumilikdə 1,6 milyard dollar vəsait ayrılıb”.
Bunu iqtisadiyyat və saənaye naziri Şahin Mustafayev “Azərbaycan 2020-ci il: Qabaqcıl və Çoxşaxəli İqtisadiyyata doğru" adlı forumda çıxışında deyib.
Nazir bildirib ki, Azərbaycanda qeyri-neft sektoru, kənd təsərrüfatı, İKT və turizm sahəsində artım qeydə alınıb. Ş.Mustafayev qeyd edib ki, neftin qiymətinin dəyişməsinə baxmayaraq Ümum Daxili Məhsulda (ÜDM) artım müşahidə edilib.Muxalifet - 2-05-2015
Abdullah Gül: “Gülənlə görüşdən xəbərim olmayıb”
Türkiyənin sabiq prezidenti Əhməd Davudoğlunun Fətullah Gülənlə görüşü barədə fikirlərini bəyan edib.
III Qlobal Bakı Forumundan ölkəsinə qayıdan Türkiyənin 11-ci prezidenti Abdullah Gül Atatürk hava limanında mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
A.Gül onun vaxtında Xarici İşlər naziri vəzifəsində çalışan Əhməd Davudoğlunun 2013-cü ildə Fəthullah Gülənlə görüşməsindən xəbərsiz olduğunu dilə gətirib.Muxalifet - 2-05-2015
Vəfa Quluzadə oğlunun yanında dəfn olunacaq
Azərbaycanın xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, tanınmış politoloq Vəfa Quluzadə bu gün Bakının Yasamal rayonundakı qəbiristanlıqda dəfn olunacaq.
O bildirib ki, V.Quluzadə 5 il əvvəl 36 yaşında dünyasını dəyişmiş oğlu Murad Quluzadənin yanında torpağa tapşırılacaq.
Xatırladaq ki, V.Quluzadə mayın 1-də 75 yaşında dünyasını dəyişib.Muxalifet - 2-05-2015
Steynar Gil Azərbaycan müxalifəti haqda nə deyib? - FOTOFAKT
Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil bir neçə gün qabaq "Azadlıq" radiosuna müsahibə vermişdi. Müsahibədə Azərbaycan müxalifətilə bağlı yer almış bir fikir mətbuatda və sosial şəbəkələrdə təəccüb və etirazla qarşılandı. Müsahibədə Steynar Gikin dilindən belə bir ifadə yer almışdı ki, Azərbaycanda indiki iqtidar da, müxalifət də siyasi səhnədən getməlidir. Müsahibədəki bu hissəyə reaksiya verənlərin əksəriyyəti Steynar Gilin müxalifət haqda belə bir fikiri hansı əsasla səsləndirdiyini mühakimə edirdilər.
Muxalifet - 3-05-2015
Samir Şərifov: "Azərbaycan yeni modellər axtarır"
Yüksək templə inkişaf edən Asiya regionun iqtisadiyyatında son 20 ildə illik 6%-lik artım müşahidə olunub.
Bunu Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində “İnkişaf Potensialı və İnkişaf Modellərinin yenidən nəzərdən keçirilməsi” mövzusunda keçirilən seminarda Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.Muxalifet - 3-05-2015
Nurçuların qəzeti AKP-ni qarpıza bənzətdi
Nurçulara məxsus “Yeni Asya” qəzeti bugünkü manşetində AKP-nin Gülən Camaatına yönəlik əməliyyatlarına aydınlıq gətirib.
Muxalifet.az xəbər verir ki, Fətullah Gülənə yaxınlığı ilə tanınan qəzetin ön səhifəsində "Üzü yaşıl, içi qırmızı " mesajının yer aldığı bir karikatura dərc olunub. Bununla AKP-nin mühafizəkar kimi görünüb, əslində isə mühafizəkar olmadığı iddia olunur.
Sözügedən xəbərdə Gülənə yaxın polislərin, işadamlarının və media orqanlarının hədəfə alınması sərt şəkildə qınanır.Muxalifet - 3-05-2015
Mehman Əliyev: “Azərbaycan mediasında acınacaqlı vəziyyət yaranıb”
«Mətbuat Azadlığı Günü»ndə Azərbaycan mətbuatının bu günü...
Mayın 3-ü «Ümumdünya Mətbuat Azadlığı Günü»dür. Azərbaycan bu günü həbsdə olan jurnlaistləri, müstəqil və müxalif mətbuatın ağır iqtisadi çətinliklər içində çabalaması ilə qeyd edir. Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Azadlıq” radiosuna müsahibəsində belə deyir:Muxalifet - 3-05-2015