Axtarış
The search found 105700 results in 0.075 seconds.
Search results
Abdulla Abdullayev: “Dövlətə gələ biləcək ləkə, elə mənə gələn ləkədir”
“AMAY Abdulla”: “Dövlətə xatir səsimi çıxarmıram”
Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində AMAY şirkətinin rəhbəri Abdulla Abdullayev və təqsirləndirilən daha 5 nəfər üzərində məhkəmə prosesi davam edib.
"Turan"ın məlumatına görə, ittihamın “zərərçəkən” kimi tanıdığı Sədaqət Əsgərova nə A.Abdullayevə, nə də təqsirləndirilən digər şəxslərə iddiası olmadığını, yeganə istəyinin binanın tamamlanaraq təhvil verilməsi olduğunu bildirib.
Muxalifet - 17-04-2015
Eks-prezidentin müşaviri: “Bu şərəfsizlər yalan deyirlər"
"Ola bilməz ki, Osmanlı arxivlərinin açıq olduğunu bilməsinlər"
“Osmanlı arxivləri “soyqırımı” iddiasında olanların üzünə açıqdır. Cəsarətiniz varsa siz də qıfıllı daşnaq arxivlərini açın”. Bu sözləri mərhum Turqut Özalın müşaviri, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (YTSAM) sədri Həcən Cəlal Gözəl deyib. Avropa Parlamentinə səslənən Həsən Cəlal Gözəl Osmanlı arxivlərinin açıq olduğunu deyərək meydan oxuyub:
Muxalifet - 18-04-2015
ADP ilə “Borçalı” Cəmiyyəti arasında QALMAQAL
Sərdar Cəlaloğlu: “Bəzən görürsən ki, cılız bir insan nəhəng ideyalardan yapışır”
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu arasında qarşıdurma yaranıb.
Həftənin əvvəlində Z.Məmmədli elan edib ki, Azərbaycanda ADP istisna olmaqla bütün siyasi qüvvələr onun Gürcüstana buraxılmaması məsələsi ilə bağlı bəyanat verib, hazırlanan müraciətə imza atıb.
Mətbuata çıxan bu fakta ADP sədri Sərdar Cəlaloğlu sərt reaksiya verib.
Muxalifet - 18-04-2015
"Deyirlər ki, Azərbaycan hakimiyyətinə təzyiq etmək əks nəticə verə bilər"
Bəxtiyar Hacıyev: “Düşünürlər ki, təzyiqlər Azərbaycan hakimiyyətini Qərbdən daha da uzaqlaşdıra bilər”
Muxalifet - 18-04-2015
Cavid Qurbanovun rəhbərlik etdiyi idarənin iki əməkdaşı tutulub - QƏTL
Daxili İşlər Nazirliyi aprelin 15-də Sumqayıtda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Muxalifet - 18-04-2015
Uydurma "erməni soyqırımı" ilə bağlı konfrans keçirilib - BAKIDA
Azərbaycan Universitetində “Uydurma erməni soyqırımı: yalanlar, iftiralar; türk-müsəlman soyqırımı: faktlar, həqiqətlər” mövzusunda II elmi konfrans keçirilib.
Elmi konfrans Heydər Əliyevin anadan olmasının 92, hakimiyyətə qayıdışının 22-ci ildönümünə həsr olunub.
Konfransda Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov, AMEA Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov, Prezident Administrasiyasıictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov, tarixçi alimlər və digər şəxslər iştirak ediblər.
Muxalifet - 18-04-2015
Arvadı başqa kişi ilə öpüşən prezident boşanır - FOTO
Bu, Estoniyanın dövlət başçısının ikinci ayrılığı olacaq
Bir kafedə başqa kişi ilə öpüşməsi ilə ölkə səviyyəsində qalmaqala imza atan Estoniyanın birinci xanımı ayrılır. ANS PRESS-in məlumatına görə, Estoniya prezidenti həyat yoldaşı ilə yollarını ayırmaq haqqında qərar qəbul edib.
Muxalifet - 18-04-2015
Əli Kərimli: ”Bu yalanın da üstü çox tez açıldı”
AXCP sədri Əli Kərimli Azərbaycan hakimiyyətinin aylardır tirajladığı daha bir yalanı rəqəmlərlə ifşa edib. Böyük 20-liyin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin birgə açıqlamsına istinad edən Əli Kərimlinin, şəxsi "facebook" səhifəsindən paylaşdığı yazını təqdim edirik.
Muxalifet - 18-04-2015
BGTİ rəhbəri: “Zəlimxan Məmmədlinin Gürcüstana buraxılması qeyri-mümkündür”
Borçalı Gənc Türklər İttifaqının (BGTİ) rəhbəri Seyfəddin Əsgərov “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmamasına münasibət bildirib. Muxalifet.az-a müraciət edən Seyfəddin Əsgərov deyib ki, Z.Məmmədlini Gürcüstan dövləti “persona-non qrata” statusunda arzuolunmaz şəxslər siyahısına salıb:
Muxalifet - 18-04-2015
Zabit Səmədovun britaniyalı rəqibi rinqə çıxmağına peşman oldu - VİDEO
Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov Dubayda aprelin 17-də keçirdiyi döyüşdə qalib gəlib.
“Global Fighting Championship” turniri çərçivəsində böyük britaniyalı idmançı Stiv Makkinon ilə qarşılaşan idmançımız ardıcıl 8-ci qələbəsini qazanıb.
Qeyd edək ki, azərbaycanlı professional idmançı Zabit Səmədov keçirdiyi 81 döyüşdə qazanadığı 71 qalibiyyətindən 35-də rəqiblərini nakaut edib. Bir dəfə heç-heçəyə qalıb, 9 dəfə isə məğlub olub(anspress).
Muxalifet - 18-04-2015
Ərdoğan: "Ermənistanla danışmağa hazırıq, amma..."
"Qapılar Ermənistanın üzünə hələ də açıqdır"
“Bizimlə və qardaşlarımızla problemi olan erməni diasporu və Ermənistan dövlətidir. Türkiyə dəfələrlə Ermənistana əl uzadıb, xoş niyyətlərini ortaya qoyub. Qapılar Ermənistanın üzünə hələ də açıqdır. Qondarma erməni soyqırımı iddiaları və Qarabağın işğaldan azad edilməsi istiqamətində müsbət addımlar atsalar, onlarla hər növ əməkdaşlığa hazırıq. Bu iradəni, bu cəsarəti göstərəcək erməni siyasətçiləri, Ermənistan rəhbərliyi ilə görüşməyə, danışmağa daim hazırıq. Amma, öncə Qarabağ problemi həll olunmalıdır”.
Muxalifet - 19-04-2015
Türkiyəli məşhur biznesmen həbs edildi
Erol Əşrəfoğluna 6 il 8 ay həbs cəzası verilib
Türkiyənin tanınmış iş adamlarından biri həbs edilib.
Türkiyədə Evcil ləqəbi ilə tanınan Erol Əşrəfoğlu adlı iş adamı cinayət qruplaşması yaratmaq səbəbilə həbsə məhkum edilib.
Əvvəlcədən haqqında çıxarılmış qərara əsasən, axtarışda olan iş adamını ötən gecə İzmir cinayətlərlə mübarizə şöbəsi əməkdaşları Foça rayonundakı evinə basqın edərək tapıblar.
Muxalifet - 19-04-2015
Zabit Səmədov 1 milyonluq yarışın qalibi oldu - VİDEO
Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Global Fighting Championship 3″ turnirinin qalibi olub.
31 yaşlı idmançımız ardıcıl iki görüşdə qalib gəlməklə yarışın fəxri mükafatına sahib çıxıb. Qaydalara əsasən 4 idmançının təmsil olunduğu turnirdə qaliblər finalda əsas mükafat uğrunda yarışıb.
Yarımfinalda şotlandiyalı idmançı Stiv Makkinnonu üstələyən Zabit Səmədov finala adlayıb.
Muxalifet - 19-04-2015
Cəmil Həsənlinin “erməni soyqırımı” haqda yazısı...
Qarşıdan 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrin 100- cü ildönümü gəlir. Bununla əlaqədar erməni lobbisi bütün dünyada yenidən fəallaşaraq həmin hadisələri bu xalqa qarşı soyqırım kimi tanıtmağa çalışır. Türkiyə və Azərbaycanın maraqlarına qarşı olan bu təhlükə bir neçə gün qabaq Avropa Parlamentinin “erməni soyqırımını” tanıyan qətnamə qəbul etməsi ilə daha ciddi məzmun aldı.
Muxalifet - 19-04-2015
Dünyanı dəyişən insan - HƏYAT HEKAYƏTİ
Stiv Cobs heç vaxt övladının anası ilə evlənməyə vaxt tapmadı...
Üç alma var ki, bəşəriyyəti dəyişib. Bunlardan biri Adəmin Həvvaya verdiyi almadır, ikincisi Nyutonun alması. Üçüncü alma isə Stiv Cobsun yaratdığı almadır. Dişlənilmiş alma...
İKT.Lent.az dünyanın yüksək texnologiyalar sahəsində ən böyük dəyişikliyi edən, bütün dünyada sadəcə dişlənilmiş alma rəmzi ilə tanınan və hər kəsin məhsullarını sevərək istifadə etdiyi “Apple” şirkətinin qurucusu və sahibi Stiv Cobsun həyat və yaradıcılığına qısa bir nəzər yetirəcək.
Muxalifet - 19-04-2015
“Qızımı Dubaya satmağa aparacaqlar…”
Məktəbli qızı qaçırılan anadan şok açıqlamalar...
Muxalifet - 19-04-2015
MHP-nin millət vəkili namizədlərinə 2500 maşınlıq karvanla qarşılama - FOTOLAR
İsa Yaşar Tezeldən erməni namizədlərə sərt təpki
"Türk düşmənliyi aparan erməni diasporunu adamlarını niyə namizəd irəli sürürsünüz?"
Türkiyədə keçiriləcək parlament seçkilərində Milliyətçi Hərəkat Partiyasından olan namizədlər İsa Yaşar Tezel və Səfər Qaraqoyunlu Iğdıra səfər ediblər. Namizədləri Iğdırın hava limanında 2500-ə yaxın maşınlıq karvan qarşılayıb. Qarşılama o qədər kütləvi olub ki, MHP-çi namizədlər hava limanından şəhər mərkəzinə 2 saata çata biliblər.
Muxalifet - 20-04-2015
“Qafqazın Xirosiması”
Hazırda Ağdam həyat əlamətləri görünməyən bir kabuslar şəhəridir
Ağdam “Qafqazın Xirosiması”dır. Hazırda Ağdam insan həyatının əlamətləri görünməyən bir kabuslar şəhəridir.
Bu fikirlər Şotlandiyanın “The Press and Journal” nəşrində dərc edilən məqalədə öz əksini tapıb.
Muxalifet - 20-04-2015
ABŞ-dan İranı şoka salan qərar
Pentaqon etirazlara rəğmən döyüş gəmisini Yəmən sahillərinə göndərdi
ABŞ Silahlı Qüvvələri bir hərbi təyyarə və bir döyüş gəmisinin Yəmənə göndərilməsi barədə qərar verib.
Bu barədə Pentaqonun mətbuat katibi Stiv Uarren açıqlama verib.
Onun sözlərinə görə, artıq hərbi təyyarə və döyüş gəmisi Yəmən istiqamətində yola çıxıb.
Uarren hərbi təyyarə və döyüş gəmisinin İranın Yəmənə silah göndərməsinin qarşısını almaq məqsədilə bölgəyə getdiyi ilə bağlı iddiaları rədd edib.
Muxalifet - 21-04-2015
Vahid Ələkbərov: "Neftin ucuzlaşması uzun müddət davam etməyəcək"
Neftin qiymətində müşahidə olunan ucuzlaşma uzun müddət davam etməyəcək.
Muxalifet.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov deyib.
ABŞ-da neft konfransında çıxış edən V.Ələkbərov qeyd edib ki, hazırda neftin qiyməti ən aşağı həddə çatıb.
O, həmçinin bildirib ki, Rusiya neft hasilatı üzrə liderlər sırasına qayıtmalıdır. “Əminik ki, Arktikadakı genişmiqyaslı neft ehtiyatlarının istismara verilməsindən sonra Rusiya yenidən liderlər sırasında yerini bərpa edəcək”.
Muxalifet - 21-04-2015