Axtarış
The search found 105793 results in 0.041 seconds.
Search results
Nazirin avtomobil karvanı qəzaya uğradı – TÜRKİYƏDƏ
Türkiyənin təhsil naziri İsmət Yılmazın avtomobil karvanı qəzaya uğrayıb.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, qəza ölkənin Sivas vilayətində baş verib.
Hadisə nəticəsində yaralanan olmasa da, nazirin karvanındakı bəzi avtomobillər yararsız hala düşüb.
Muxalifet3 - 27-10-2017
ABŞ-ın yeni sanksiyalarına hazırıq - RUSIYA
ABŞ-ın Rusiyanın müdafiə sənayesinə qarşı yeni sanksiyaları Moskvanı zəiflətməyəcək.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin söyləyib. Onun sözlərinə görə, bu sanksiyalar əsasən qlobal terrorizmlə mübarizəyə təsir göstərəcək:
“Sanksiyalar bizi silahsızlaşdırmayacaq. Zəifləməyəcəyik, çünki buna çoxdan hazırıq. Bu sanksiyalar əsasən qlobal terrorizmlə mübarizəyə təsir göstərəcək”.Muxalifet2 - 27-10-2017
ABŞ-ın yeni sanksiyalarına hazırıq - RUSIYA
ABŞ-ın Rusiyanın müdafiə sənayesinə qarşı yeni sanksiyaları Moskvanı zəiflətməyəcək.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin söyləyib. Onun sözlərinə görə, bu sanksiyalar əsasən qlobal terrorizmlə mübarizəyə təsir göstərəcək:
“Sanksiyalar bizi silahsızlaşdırmayacaq. Zəifləməyəcəyik, çünki buna çoxdan hazırıq. Bu sanksiyalar əsasən qlobal terrorizmlə mübarizəyə təsir göstərəcək”.Muxalifet2 - 27-10-2017
"Qardaşımın həbsdən azad edilməsi üçün 60 min verdik"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Muxalifət.az xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Gülhüseyn Tahirov ifadə verib.Muxalifet2 - 27-10-2017
Bərdə sakini qardaşını öldürən həmkəndlisinin BAŞINI KƏSMƏK İSTƏDİ
Bərdə rayonunda yerli sakin həmkənlisinin başını kəsmək istəyib.
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəymədağlı kəndi ərazisində yerləşən qəbiristanlıqda dəfn zamanı baş verib.Muxalifet2 - 27-10-2017
Kiyevdə saxlanılan FİKRƏT HÜSEYNLİ SƏRBƏST BURAXILDI
Kiyevin Lukyanovski Rayon Məhkəməsi oktyabrın 27-də azərbaycanlı jurnalist, "Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynlinin zaminə buraxılması qərarını verib.
Bu barədə Azadlıq.info məlumat yayıb. Məhkəmə Fikrət Hüseynlinin həmçinin ekstradisiyasını qadağan edən qərar qəbul edib. Bu barədə onun vəkili Dmitri Mazurok məlumat yayıb. Vəkilin bildirdiyinə görə F. Hüseynlinin Ukraynaın xalq deputatı Mikola Knyajitskinin və ictimai fəal Boris Zaxarovun zaminliyinə veriblər.Muxalifet2 - 27-10-2017
İrəvan teatrının direktoru aktyoru BİABIR ETDİ: “Küçə alverçisi olub, onu...” - QALMAQAL
İrəvan Dövlət Dram Teatrında işdən çıxarılan aktyor Əjdər Zeynalov və Teatrın direktoru İftixar Piriyev arasındakı qalmaqal davam edir. İşdən çıxarılmasını həzm edə bilməyən və ona qarşı haqsızlıq edildiyini bildirən Ə.Zeynalov dünən prezident İlham Əliyevə müraciət etdiyini açıqlamışdı.
Bununla bərabər mediada bir sıra iradlar səsləndirən Ə.Zeynalov İrəvan teatrının kollektivini qorxaq olmaqda ittiham edib, işdən şəxsi maraqlar naminə çıxarıldığını bildirib.
Publika.az-a danışan teatrın direktoru İftixar Piriyev Əjdər Zeynalova cavab verib:Muxalifet2 - 27-10-2017
Səudiyyənin "MÖTƏDİL İSLAM” İSLAHATI – MÜMKÜN OLACAQMI
Həftənin mühüm hadisələrindən biri İslamın ən qatı formalarından birinin həyata keçirildiyi Səudiyyə Ərəbistanının "mötədil İslam”a qayıtmaq fikri oldu.
Dünya indi keçən aya qədər qadınların avtomobil istifadə etməsinə belə icazə verməyən Səudiyyə Ərəbistanın niyə belə bir həmləyə ehtiyac duyduğunu müzakirə edir.
Səudiyyə Ərəbistanı gerçəkdən bir dini islahat dövrünəmi girir? Yoxsa, bütün bunlar iqtisadi inkişafı tələb edən xalqla əlaqələrin yenidən qurulması layihəsindən başqa bir şey deyil?Muxalifet2 - 27-10-2017
“WhatsApp”dan növbəti YENİLİK
Bütün dünyada milyonlarla “WhatsApp” istifadəçisinin gözlədiyi yenilik tətbiq olunmağa başlayıb.
Trend-in məlumatına görə, istifadəçilər artıq göndərilən ismarıcları silə biləcəklər. Beləliklə, qarşı tərəfin də aldığı ismarıcı silmək mümkün olacaq.
Bu yenilik bir müddət “WhatsApp”ın beta versiyasında tətbiq olunub.Muxalifet2 - 27-10-2017
Tramp içki içmir, siqaret çəkmir - SƏBƏBİNİ ÖZÜ DEDİ...
ABŞ Prezidenti Donald Tramp içki içməməsi və siqaret çəkməməsi barədə danışıb.
D.Tramp içki və siqaret aludəçisi olmadığı üçün böyük qardaşına minnətdar olduğunu deyib.
O, bildirib ki, qardaşı Fred Trampın həyat təcrübəsini həmişə xatırlayır. Bu haqda Ağ Evdə çıxışı zamanı danışan D.Tramp qeyd edib ki, qardaşı həyatının böyük hissəsini alkoqolizmdən əziyyət çəkib və 43 yaşında həyatını itirib: “O dəfələrlə mənə içməməyi tövsiyə edib. Mən Fred sayəsində bu dərsi öyrəndim”.Muxalifet2 - 27-10-2017
Qərb sərhədlərimiz gərginləşir - ŞOYQU
Rusiyanın qərb sərhədlərində hərbi-siyasi vəziyyət gərginləşir.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib. Onun sözlərinə görə, gərginləşməyə əsas səbəb Baltikyanı və Polşada NATO qoşunlarının yerləşdirilməsi və çoxsaylı hərbi təlimlərdir.
Qeyd edək ki, Polşa və Baltikyanı da NATO 5 min nəfərlik hərbi kontingent yerləşdirib.Muxalifet2 - 27-10-2017
BƏRZANIYƏ ŞOK - Vəzifəsindən çıxarılacaq
Referendumun nəticələrini ləğv etmək istəmirlər
Muxalifət.az xəbər verir ki, İKRİ rəhbəri Məsud Bərzaninn hökumət rəhbərliyi vəzifəsindən çıxarılaraq, yalnız partiya sədri olaraq qalması barəsində danışıq aparılıb.Muxalifet2 - 27-10-2017
UEFA "Qarabağ" və "Qəbələ"yə əlavə VƏSAİT AYIRDI
Vəsait AFFA-nın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb
UEFA 2016/2017-ci il mövsümündə Avropa Liqası turnirində əldə olunmuş əlavə gəlirdən "Qarabağ" və "Qəbələ" klublarına vəsait ayırıb.
AFFA-nın verdiyi məlumata görə, bu klublar müvafiq olaraq, 294 452 avro və 294 344 avro qazanıblar. Vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada “Qarabağ” və “Qəbələ” klubunun hesabına köçürülüb.
Qeyd edək ki, hər iki klub ötən mövsüm Avroliqanın qrup mərhələsində mübarizə aparıb.Muxalifet2 - 27-10-2017
PKK bu dəfə sakinləri HƏDƏF ALDI
PKK/PYD terror təşkilatı Rakka şəhərində evlərinə qayıtmaq istəyən dinc sakinləri atəşə tutub.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, terrorçular evlərindəki əşyaları aparmaq üçün gələn sakinlərdən 12 nəfəri ağır yaralayıb.
Rakka aktivistlərindən olan Məhəmməd əbu İsa mediaya verdiyi açıqlamada PYD-nin Rakkanın şərqindəki Məşləb məhəlləsinə heç kimi buraxmadığını deyib. O, terrorçuların dinc sakinlərin evlərini yağmaladığını bildirib. Buna görə də təşkilat Rakka sakinlərinin geri qayıtmasını istəmir.Muxalifet2 - 27-10-2017
Rusiya Türkiyədən pomidor idxalına İCAZƏ VERDİ
Rusiya rəsmi olaraq Türkiyədən pomidor idxalına icazə verib.
APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiyanın baş naziri Dmitri Medvedev bu barədə qərar imzalayıb. Qərara əsasən Rusiya Kənd təsərrüfatı Nazirliyinin təsdiq etdiyi miqdarda Türkiyədən pomidor idxalına icazə verilir.
"2016-cı ilin yanvarın 1-dən Rusiyaya idxalına qadağa qoyulan Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin icazə verdiyi həcmdə idxalına icazə verilir", - deyə Rusiya hökumətinin saytında yerləşdirilən sənəddə qeyd olunub.Muxalifet2 - 27-10-2017
Rusiyadan Qərbə DONUZ EMBARQOSU
Rusiya Qərbə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirib.
Rusiya KİV-i xəbər verir ki, sanksiyaya düşən mallar arasında ABŞ, Kanada, Avropa İttifaqı və bir neçə digər ölkədən gətirilən canlı donuzlar və kəsilmiş heyvan ətləri var. Qadağa 2018-ci ilin dekabrın 31-nə kimi tətbiq ediləcək.
Bundan başqa, embarqo altında müxtəlif növ heyvan yağları da düşəcək.Muxalifet2 - 27-10-2017
Yuşşenko: xəyanət etməmişəm, Krımı satmamışam...
Ukraynanın eks-prezidenti Viktor Yuşşenko əmindir ki, ölkənin "prezident Yuşşenkonun siyasi kursuna" ehtiyacı var.
Bu barədə eks-prezident sosial şəbəkə hesabında yazıb.
“Sözün ən geniş mənasında mən prezident olaraq utanacağım bir dənə belə müqavilə imzalamamışam. Mən xəyanətkar qaz müqaviləsi imzalamamışam, Krımı verməmişəm, Donbasın şərqini verməmişəm. Millətimə qarşı dürüst olmuşam. Mənə elə gəlir ki, peşəkar idim və buna görə də heç nəyə təəssüf etmirəm”, - Yuşşenko deyib.Muxalifet2 - 27-10-2017
Erməni milyarder Lukaşenkonun oğluna ŞİR HƏDİYYƏ ETDİ
Minsk zooparkında Nik və Nika adlı iki ağ şir yaşayır.
AzVision.az hetq.am-a istinadən xəbər verir ki, bu nadir heyvanları Ermənistan parlamentinin deputatı, milyarder Qaqik Çarukyan Belarus prezidenti Aleksandr Lukaşenkonun oğlu Kolyaya hədiyyə edib.
Nəşr yazır ki, ümumilikdə Ermənistandan Belarusa dörd şir göndərilib. Təxminən bir il əvvəl onlardan ikisi Belarus prezidentinin ailəsi tərəfindən Minsk zooparkına hədiyyə edilib. Digər iki şirin harada olması barədə məlumat yoxdur.Muxalifet2 - 27-10-2017
İraq hökuməti və Bərzani atəşkəs elan etdi – SON DƏQİQƏ
İraq ordusu və peşmərgə arasında atəş barəsində razılığa gəlinib.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Qeyd edək ki, İraq Kürd Muxtariyyətində keçirilən referendumdan bir qədər sonra tərəflər arasında şiddətli döyüşlər olub. İraq ordusu bir neçə strateji bölgəni peşmərgədən azad edib.Muxalifet2 - 27-10-2017
Ərdoğan Bakıya gəlir - SƏFƏR PROQRAMI AÇIQLANDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
R.T.Ərdoğan 30-31 oktyabr tarixlərində baş tutacaq səfərdə prezident İlham Əliyevlə görüşəcək.
Tərəflər Yüksək Səviyyəli Strateji İşbirliyi Şurasının 6-cı toplantısı çərçivəsində bir araya gələcək.
Qonaqlar Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin oktyabrın 30-da başlanacaq qatar səfərlərinin açılış mərasiminə qatılacaq. Mərasimdə Gürcüstanın baş naziri Corci Kvirikaşvili də iştirak edəcək.Muxalifet2 - 27-10-2017