Axtarış

The search found 105793 results in 0.045 seconds.

Search results

  1. ​Metroda yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

    Səhər saatlarında Bakıda metroda qatarların hərəkətində gecikmələr yaranıb.
    Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, qatarların qrafikindəki gecikmələr və sərnişin sıxlığı depoda yaranmış texniki problemlə əlaqədar olub.

    Muxalifet2 - 27-10-2017

  2. Gəncə sakini ÖZÜNÜ GÜLLƏLƏDİ

    Gəncə sakini Goranboyda güllə yarası alıb.
    APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xoylu və Qaradağlı kəndlərində ova çıxan Gəncə sakini, 1988-ci il təvəllüdlü Məmmədov Vüqar Vəliyəddin oğlu odlu silahla ehtiyatsız davranaraq, ayağına atəş açıb. Xəsarət alan gənc xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 27-10-2017

  3. PKK-ya daha bir zərbə - ABŞ-PKK SİLAH XƏTTİ BAĞLANDI

    İraq ordusu ABŞ-ın 2014- cü il sentyabr ayından bu yana PKK-ya minlərlə TIR yüklü silah, sursat və zirehli texnika sövq etdiyi Ərbil-Haseke xəttində yerləşən Yarubiyə Sərhəd Qapısını ələ keçirdi.
     

    Muxalifet - 27-10-2017

  4. Peşmərgə Çin raketləri ilə tankı vurdu - ABŞ ŞOKDA - VİDEO

    Peşmərgə İraq ordusuna aid, ABŞ istehsalı olan “M1A1 Abrams” tankını Çin istehsalı olan “HJ-8” raketilə məhv edib.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, bu fakt “War Is Boring” dərgisinin peşmərgəyə aid videosunu analiz etdikdən sonra ortaya çıxıb.

    Muxalifet2 - 27-10-2017

  5. 47 yaşlı kişi intihar etdi - BƏRDƏDƏ

    Bərdə sakini zəhər içib özünü öldürüb. 
    Hadisə rayonun Dəymədağıldı kəndi ərazisində baş verib. Rayon sakini, 1970-ci il təvəllüdlü Xəlilov Mətləb Sovet oğlu Dəymədağıldı kəndindəki ata yurduna gələrək, orada zəhər içib. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. M.Xəlilov xəstəxanada dünyasını dəyişib. 
    İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. 
    Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.

    Muxalifet2 - 27-10-2017

  6. ​Jirinovskinin oğlu: QIRĞIZLARI CƏZALANDIRMAQ LAZIMDIR

    Qırğızlara Rusiyada bütün güzəştləri məhdudlaşdırmaq lazımdır.
    Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının vitse-spikeri İqor Lebedev söyləyib.
     “Qırğızıstanda rus dili ikinci milli dil sayılır. İndi biz görürük ki, qırğızlar Qırğızıstanın Rusiyaya qarşı ayağa qalxdığı günü milli bayram elan edirlər. Hesab edirik ki, bu, dostluqdan uzaq addımdır. Ona görə də Rusiyada qırğızlara öz ölkələrində aldıqları sürücülük vəsiqələri ilə işləmək imkanları məhdudlaşdırılmalıdır. Qoy, imtahan verib, ruslar kimi sürücülük vəsiqəsi alsınlar”, – deyə o bildirib.

    Muxalifet2 - 27-10-2017

  7. Türkiyə və İrandan PKK-ya QARŞI ƏMƏLİYYAT – TERROR TƏŞKİLATI BİTİRİLİR

    Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyat hazırlığı görür. Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, TSK ilə İran ordusunun birlikdə Qəndilə əməliyyat keçirməsi gündəmdədir.
     

    Muxalifet - 27-10-2017

  8. ​BMT İsrailin 130 şirkətinə xəbərdarlıq etdi - FƏLƏSTİNƏ GÖRƏ

    130 İsrail şirkəti BMT-nin qara siyahısına düşə bilər.
    Bu barədə informasiyanı “Yediot Ahronot” qəzeti yayıb.
    Şirkətlərə BMT-nin İnsan Haqları üzrə ali komissarı Zeyd bin Raad əl Hüseyn tərəfindən xəbərdarlıq olunduğu bildirilir. Bu şirkətlərə Fələstinin işğal olunmuş ərazilərində fəaliyyət apardıqları üçün xəbərdarlıq olunub.
    BMT onların Fələstin ərazilərini tərk etməsi üçün dekabra qədər vaxt verib.

    Muxalifet2 - 27-10-2017

  9. ​Trampa SƏRT REAKSİYA: “Bişəcəyik, qızaracağıq, yanacağıq”

    Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristinan Laqarde qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlı sərt açıqlama verib.
    O, bu barədə Səudiyyə Ərəbistanında keçirilən iqtisadi forumda çıxış edib:
    “Ətraf aləmin problemlərini həl etməsək, önümüzdəki 50 ildə bizi qaranlıq bir gələcək gözləyir. Gələcək üçün ehtimallarımız bir utopiya olmalıdır, əksi deyil.
    İqlim dəyişikliyinə müdaxilə etməsək, 50 il içində başımız bəlaya girəcək. Qaranlıq bir gələcəyə doğru gedəcəyik. Kritik qərarlar almasaq, bişəcəyik, qızaracağıq, yanacağıq”.

    Muxalifet2 - 27-10-2017

  10. ​Polislərin olduğu maşın betona çırpılıb: ÖLƏNLƏR VAR

    Türkiyənin İzmir şəhərində yol qəzası baş verib.
    İzmirin Bornova rayonunda içində 5 polis əməkdaşının olduğu avtomobil beton maneəyə çırpılıb.
    İlkin ehtimala əsasən avtomobilin yolda sıxışdırılması nəticəsində sürücü idarəetməni itirib.
    Qəza zamanı 2 polis ölüb, 3-ü ağır yaralanıb.
    Asayiş keşikçilərinin 24-27 yaşlarında olduğu bildirilir./Trend/

    Muxalifet2 - 27-10-2017

  11. ABŞ-dan İraqa təəccüblü çağırış: DİRƏNİN VƏ MÜSTƏQİL OLUN

     ABŞ xarici işlər naziri Tillerson, İraq bnaziri Heydər el-İbadiyə müraciət edərək, İraqı İran təsirinə qarşı müqavimət göstərməyə və öz ayaqları üzərində durmağa dəvət edib.
     
    Tillerson İsveçrənin Cenevrə şəhərində iştirak etdiyi bir toplantıda İraqdakı son vəziyyətə dair bəyanatlar verib.

    Muxalifet - 27-10-2017

  12. ​“Atletiko” “Qarabağ” üçün köhnə stadionuna gedəcək

    Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində oktyabrın 31-də “Qarabağ”la üz-üzə gələcək Madrid “Atletiko”su oyunöncəsi məşqini “Visente Kalderon”da edəcək.
    İspaniya mətbuatı xəbər verir ki, 5 aydır heç bir oyuna ev sahibliyi etməyən arenanın ot örtüyü əla vəziyyətdədir.
    Bu səbəbdən də komanda keçmiş stadiona baş çəkməyi lazım bilib.

    Muxalifet2 - 27-10-2017

  13. ​Şeyxin qudasının oğlunun cinayət işi məhkəməyə göndərildi

    Sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi məhkəməyə göndərilib.
    Muxalifət.az xəbər verir ki, tərəflər işlə tanış olublar və iş baxılmaq üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş üzrə məhkəmə iclası yaxın günlərdə başlayacaq.

    Muxalifet2 - 27-10-2017

  14. ​Paytaxtda 3 otaqlı ev, qaraj və avtomobil yandı

    Paytaxtda 3 otaqlı ev, qarajında avtomobili yanıb.
    Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 98 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 5 kv.m sahədə, dəhlizin lambirdən ibarət tavanı 2 kv.m sahədə, evə bitişik ümumi sahəsi 20 kv.m olan qarajın yanar konstruksiyaları və içərisində olan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.
    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
     
     

    Muxalifet2 - 27-10-2017

  15. ​Dünyada ilk HİDROGENLƏ İŞLƏYƏN TRAMVAY xəttə buraxılıb

    Çinin Tsindaoda əyalətində yerləşən “China Railway Rolling Corporation” lokomotivqayırma şirkəti 2014-cü ildən üzərində çalışdığı layihəni yekunlaşdırıb.

    Muxalifet2 - 27-10-2017

  16. ​Bəşər Əsəd 11 DÜŞMƏNİNİ GÖRÜŞƏ ÇAĞIRDI

    Rəsmi Dəməşq bazar günü Suriya müxalifətinin 11 silahlı qrupunun liderləri ilə görüşlər keçirəcək.
    Bu barədə RİA informasiya yayıb.
    “Əsas çətinliklər silahlı müxalifətin danışıqlardan imtina etməsi və hər dəfə danışıqlarda yeni təkliflər irəli sürməsi, tələblər verməsi ilə bağlıdır. Hakimiyyət isə onları danışıqlara dəvət edərək heç bir tələb irəli sürmür. Yalnız oturub sülh yolu ilə məsələnin həlli istiqamətində danışıqlara başlamağı təklif edir”, - danışıqlarda vasitəçilik edən Düşmən Tərəflərin Barışıq Mərkəzinin nümayəndəsi Sergey Volodin deyib.

    Muxalifet2 - 27-10-2017

  17. İ​ran vətəndaşı Azərbaycanda KÜLLİ MİQDARDA NARKOTİKLƏ TUTULDU

    Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməliyyat tədbiri həyata keçirilib və nəticədə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.     
    DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Cəlilabad rayonunun Şiləvəngə kəndi ərazisində əlində idman çantası olan şəxs saxlanılıb.

    Muxalifet2 - 27-10-2017

  18. "RÜFƏTİN HƏYATI TƏHLÜKƏ ALTINDADIR"

    Eldar Sabiroğlu: “Adətən bu xarakteriskanı xüsusi təhlükəli residivistlərə verirlər”
    “Rüfət Səfərovla bağlı 9 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) işgəncə faktlarının araşdırılması üçün vəkil Bəhruz Bayramovun Xəzər rayon Prokurorluğuna müraciəti ilə əlaqədar prokurorluq orqanları araşdırma aparıb və nəticə olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edib”.
    Bu barədə Rüfət Səfərovun atası Eldar Sabiroğlunun bəyanatında deyilir.

    Muxalifet2 - 27-10-2017

  19. ​Putin 4 ballistik raketin buraxılışını etdi

    Rusiya Prezidenti Vladimir Putin strateji nüvə qüvvələrinin geniş miqyaslı təlimində iştirak edib.
    Bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov danışıb.
    “Təlimlər çərçivəsində strateji nüvə qüvvələrinin, Şimal və Sakit okean donanmalarının nüvə-sualtı qayıqlarının və aviasiya qüvvələrinin qarşılıqlı əlaqələri üzərində çalışılıb”, - Peskov deyilib.
    Peskov həmçinin Vladimir Putinin 4 ballistik raketin buraxılışını həyata keçirdiyini bildirib.

    Muxalifet2 - 27-10-2017

  20. ​Abşeronda mənzildən 62 MİN AVRO OĞURLANDI

    Abşeronda evdən 62 min avro oğurlanıb.
    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 62 000 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fuad Zeynalov tutulub, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

    Muxalifet2 - 27-10-2017

Pages