Axtarış

The search found 105793 results in 0.03 seconds.

Search results

  1. Habil Vəliyevin ailə üzvləri vəkildən imtina edir – VƏKİLƏ İNAMSIZLIQ, YOXSA...

    Bir neçə həftə əvvəl yerli mətbu orqanlarda ““Reket jurnalistlər” haqqında sensasion araşdırma” sərlövhəli yazı dərc olunmuşdu. Belə ki, Azərbaycanda “reket jurnalistlər”in fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə şok faktlar açıqlayan Aynur Eldarqızı adlı Facebook istifadəçisi öz profilində diqqətləri bir daha bu mövzuya yönəltmişdi. O yazırdı ki, son vaxtlar “reket jurnalistlər”in fəaliyyəti daha da genişlənib: “Azərbaycanda ölkənin KİV sahəsində “reket jurnalistikası”nın imkanlarından geniş istifadə edilməsi artmaqdadır.

    Muxalifet3 - 26-10-2017

  2. ​Putin: Rus ordusunun sayəsində vəziyyət dəyişdi

    Suriya ərazisinin 90%-dən çoxu terrorçulardan azad edilib.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin yüksək vəzifəli məmurlar və prokurorlar ilə görüşdə söyləyib.
    "Suriyadakı antiterror əməliyyatlarında iştirak edən hərbçilərimizə bir daha təşəkkür edirəm. Onların cəsarəti sayəsində Suriyadakı vəziyyəti kökündən dəyişmək mümkün oldu”, – deyə o bildirib.
     

    Muxalifet2 - 26-10-2017

  3. II Rusiya-Ukrayna savaşı başlayır – General

    Rusiyanın Krıma yeni hərbi texnika yerləşdirməsi Kremlin Ukraynaya qarşı ciddi savaşa hazırlaşmasını göstərir.
     
    Muxalifet.az xəbər verir ki, bunu “Krım.Reali” radiosuna müsahibəsində Ukrayna Baş Qərargah rəisinin eks-müavini, general-leytenant İqor Romanenko söyləyib. Onun sözlərinə görə, bu ilin sonuna qədər Krımın Feodosiya şəhərinə Rusiya daha bir S-400 kompleksi yerləşdirmək istəyir:

    Muxalifet2 - 26-10-2017

  4. ​“Kalaşnikov” jurnalistlərə silah satışına endirim etdi

    Rusiyanın "Kalaşnikov" konserninin istehsalı olan MP-80 travmatik tapançası jurnalistlərə 10 faiz endirimlə satılacaq.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə konsernin rəsmi saytında informasiya yayılıb.
    “Kalaşnikov” konserni bundan əlavə özünümüdafiə məsələləri üzrə jurnalistlərə məsləhət verməyə hazır olduğunu elan edib. Həmçinin jurnalistlərin arayış təqdim edəcəkləri halda endirim əldə edə biləcəkləri bildirilib.

    Muxalifet2 - 26-10-2017

  5. ​Putindən bu ölkələrə haker xəbərdarlığı

    Bəzi ölkələr geopolitik məqsədləri üçün kiber ordu yaradır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.
    O, kiberhücumlara qarşı sərt addımların atılmasının vacibliyini bildirib:
    “Rusiyada internet təhlükəsizliyi artırılmalıdır. İnternetdə radiklar fikirləri yayanlara qarşı tədbirlər görməliyik. Bəzi ölkələr informasiya məkanında iqtisadi və geopolitik çıxarlarını nəzərə alaraq rəqiblərinin imkanlarını məhdudlaşdırmaq üçün haker ordularından istifadə edir”.
     

    Muxalifet2 - 26-10-2017

  6. ​Türk ordusundan hesabat: 51 terrorçu məhv edildi

    Türkiyə Silahlı Qüvvələri PKK-ya qarşı aparılan son əməliyyatlarla bağlı hesabat yayımlayıb.
    Muxalifet.az xəbər verir ki, hesabatda aparılan əməliyyat tədbirləri nəticəsində Hakkari vilayətində terrorçulara aid 7, Muşda isə 6 partlayıcının zərərsizləşdirildiyi bildirilib.
    Şırnak-Silopidə isə 5 terrorçunun məhv edildiyi deyilib.
    Kilis sərhəd-keçid məntəqəsində isə ölkəyə daxil olmağa çalışan və İŞİD-çi olduğu ehtimal edilən bir şəxs də yaxalanıb.
    Bundan əlavə, Şimali İraqın Zap bölgəsinə endirilən aviazərbələr nəticəsində 4 silahlı şəxs öldürülüb.

    Muxalifet2 - 26-10-2017

  7. ​Ərdoğanı təhqir edən Dəmirdaş üçün yolun sonu gəldi

    Türkiyənin müxalif kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan həmsədri Səlahəddin Dəmirdaş davam edən növbəti məhkəmə prosesində hakim qarşısına çıxarılacaq.
    Muxalifet.az xəbər verir ki, baş tutması gözlənilən 3-cü məhkəmə prosesi zamanı Dəmirdaşın vəkilləri kürd liderin günahsız olduğunu bildiriblər və bu səbəbdən onun azadlığa çıxmağı ilə bağlı vəsatət qaldırıblar.
    Lakin hakim vəsatəti ləğv edib və Dəmirdaşın məhkəməyə gətirilməsini tələb edərək prosesi təxirə salıb.

    Muxalifet2 - 26-10-2017

  8. ​İran ölkəmizə 3 milyarddan çox investisiya yatırıb

    İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3 milyard dollardan artıq investisiya qoyulub. Hazırda Azərbaycanda 500-dən İran şirkəti fəaliyyət göstərir.
    Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran islam Respublikasının iqtisadiyyat və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşündə deyib.

    Muxalifet2 - 26-10-2017

  9. ​Ukraynada güclü partlayış

    Ukraynanın Donetsk şəhərində beşmərtəbəli yaşayış binalarından birində güclü partlayış baş verib.
     
    Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
    İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib.
    Olayla bağlı araşdırma aparılır.
     

    Muxalifet2 - 26-10-2017

  10. XƏBƏRDARLIQ -​ Sabah Bakının bu hissələrində təbii qaz olmayacaq

    Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

    Muxalifet2 - 26-10-2017

  11. ​NATO-dan Türkiyəyə rəsmi – XƏBƏRDARLIQ

    NATO-nun Hərbi Komitetinin rəhbəri Petr Pavel Türkiyəyə Rusiyadan S-400 “Triumf” hava hücumundan müdafiə komplekslərini alacağı təqdirdə qarşılaşacağı problemlər barədə xəbərdarlı edib.
    Muxalifet.az-ın xəbərinə görə, onun sözlərini Defense New saytı sitat gətirir.
    P. Pavel bildirib ki, Rusiyadan S-400 “Triumf” sistemlərinin tədarükü rəsmi Ankaranın alyansın ümumi hava müdafiə sisteminə inteqrasiyasına mane olacaq.

    Muxalifet2 - 26-10-2017

  12. ​Yunan nazir açıqladı: Ərdoğan noyabrda...

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabr-dekabr aylarında Yunanıstana səfəri gözlənilir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Yunanıstan Xarici İşlər naziri Nikos Kocias deyib.
    “Türkiyə liderinin Yunanıstana gəlməsi məsələsində razılığa gəldik. Ərdoğan dəvətimi qəbul etdi. Paytaxt Afinada prezident Prokopis Pavlopulos və baş nazir Aleksis Çiprasla görüşlər olacaq. Səfərin dəqiq tarixi bəlli deyil”, - nazir bildirib.
    Qeyd edək ki, Türkiyədə səfərdə olan yunan nazir bir sıra rəsmi görüşlər keçirib.

    Muxalifet2 - 26-10-2017

  13. ​Putinin adamı Əsədlə görüşdü: Astana-7-yə hazırlıq

    Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Suriya dövlət başçısı Bəşər Əsədlə bir araya gəlib.
    Muxalifet.az xəbər verir ki, paytaxt Dəməşqdə baş tutan görüşdə Suriya ordusunun terrorçular üzərində qələbəsi və Astana-7-yə hazırlıq prosesi müzakirə edilib.
    Əsəd əsas hədəfin konstitusiyada dəyişiklik və parlamentə seçkilərin keçirilməsi olduğunu vurğulayıb.
     

    Muxalifet2 - 26-10-2017

  14. ​Tvitterdən "Sputnik" və RT-yə qadağa

    Tvitter sosial şəbəkəsi RT (Raşn Tudey) və sputnik agentliklərindən gələn reklamları ləğv etmək barədə qərar qəbul edib.
    Muxalifet.az xəbər verir ki, qərara səbəb kimi Rusiya hökumətinin sözügedən agentliklərlə birlikdə 2016-ci ildə baş tutan ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməsi göstərilib.

    Muxalifet2 - 26-10-2017

  15. Artur Rasi-zadə ölkənin maliyyə qurumlarının rəhbərlərini topladı

    Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ilə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılmış Maliyyə Sabitliyi Şurasının iclası keçirilib. Cari ilin 9 ayının yekunlarına həsr edilmiş iclasa Azərbaycan Respublikasının Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadə sədrlik edib.

    Muxalifet2 - 26-10-2017

  16. ​Azərbaycanda bu telekanalın yayımı dayandırıldı — VACİB

    İnteraz TV-nin “Azerspace-1” peyki ilə yayımı dayandırılıb.
    Muxalifet.az-ın report-a istinadən məlumatına görə, təxminən, 1 saatdır kanal yayımlanmır.
    İnteraz TV-dən isə bildirilib ki, kanalın yayımında olan məhdudiyyət baş verən texniki nasazlıqla əlaqəlidir: “Hazırda problemin aradan qaldırılması istiqamətində işlər gedir. Yaxın vaxtlarda problem həll olunacaq”.
     

    Muxalifet2 - 26-10-2017

  17. ​ABŞ İŞİD-in əmri ilə geri çəkilib - Suriyalı general

    Deyr əz-Zor hava limanını və 137-ci alayı mühasirəyə alan YPG döyüşçüləri geri çəkilməyə məcbur edilib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri suriyalı general və hrbi ekspert Turki Həsən deyib.
    O bildirib ki, hazırda hökumət qüvvələri Əl-Bukamal şəhərini geri almaq üçün hazırlıqlara başlayır:

    Muxalifet2 - 26-10-2017

  18. ​İraqdan Rusiyaya sığınma: Gözləyirik ki, Moskva...

    Rusiyadan İraqın ərazi bütövlüyünün bərpasının təmin edilməsini gözləyirik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İraq Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Əbdülbari Məhəmməd Zəbari deyib.
    “İraqda kiçikhəcmli silahlı atışmalar davam edir. Hər kəs siyasi müzakirələr yolu ilə mövcud problemlərin həll ediləcəyinə inanır. Rusiyaya bu mənada etibar edirik. Rəsmi Moskva ərazi bütövlüyümüzün bərpasında səylərini əsirgəməyəcəyinə inanırıq”, - Zəbari bildirib.
     

    Muxalifet2 - 26-10-2017

  19. ​Ana 5 yaşlı körpəsinin boynuna ip keçirib küçədə sürüdü – ŞOK VİDEO GÖRÜNTÜLƏR

    İngiltərənin Liverpul şəhərində lentə alınan kadrlar insanı dəhşətə gətirib.
     
    Muxalifet.az xəbər verir ki, dəmiryol stansiyasında çəkilən videoda bir qadının körpənin boğazına ip bağlayaraq onu sürüməsi görünür.
    Ətrafdakı insanlardan heç kim qadının bu hərəkətinə irad bildirmir.
    Bəzi ehtimallara görə, həmin şəxs oyuncaq kuklanı bu şəkildə sürüyüb.
    Polis faktla bağlı araşdırmalara başlayıb.
     

    Muxalifet2 - 26-10-2017

  20. ​Səudiyyədən Yəmənlə bağlı bədbin proqnoz

    Yəmənə hərbi müdaxilə davam edəcək.

    Muxalifet.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının vəliəhdi və Müdafiə naziri Məhəmməd bin Salman “Röyter”ə açıqlamasında deyib.
    O bildirib ki, husilərin Yəməndə yeni Hizbullah qurmasının qarşısı alınana qədər hərbi əməliyyatlar davam edəcək.
    Vəliəhd həmçinin Qətərlə yaşanan böhranı olduqca kiçik problem adlandırıb.
     

    Muxalifet2 - 26-10-2017

Pages