Axtarış
The search found 105795 results in 0.05 seconds.
Search results
ABŞ-Rusiya əlaqəsi soyuq müharibə dövründən daha pisdir
ABŞ qlobal sənaye bazarında öz maraqlarının təminatı üçün Rusiyaya qarşı sanksiya təzyiqlərindən istifadəyə davam edir.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski söyləyib.
“ABŞ-ın sanksiyalar siyahısına düşəcək şirkətlərin adı gözlənilməz deyildi. ABŞ əvvəlki kimi Rusiyanın qarşısının alınması prosesini davam etdirir. Bu, ABŞ-Rusiya münasibətlərinə pis təsir edəcək. Hazırda münasibətlərimiz soyuq müharibə dövründən daha pis vəziyyətdədir”, – deyə o bildirib.
Muxalifet2 - 27-10-2017
"İraq kürdlərə güzəştlər etdi, ancaq onlar bundan imtina etdi"
Rəsmi Bağdad 2003-cü ildən bu günə qədər digər regionlardan fərqli olaraq İraq Kürd Muxtariyyətinə saysız-hesabsız güzəştə getdi.
Muxalifet.az xəbər verir ki, bunu iraqlı vəkil Əliya Nasif bildirib.
"Federal hökumət İKM-nin bütün iqtisadi və hüquqi pozuntularına göz yumdu, ancaq buna qarşılıq Ərbilin referendumu ləğv etmək və ya ən azından təxirə salmağı rədd etdi. İKM ilə görüşlərdə referenduma qarşı olan siyasi qüvvələr qoşulmalıdır", - Nasif qeyd edib.
Muxalifet2 - 27-10-2017
NİBİRU planetinin ilk görüntüləri yayıldı - VİDEO
NASA oktabyr ayının ən möhtəşəm kadrlarını yayımlayıb. "Solar" tədqiqat peyki Günəş fonunda nəhəng obyekt aşkarlayıb.
Muxalifet.az xəbər verir ki, alimlər Günəşin qarşısını kəsən nəhəng obyektin Nibiru adlı planet olduğunu iddia edir. Qəfldən peyda olan planetin görüntüləri sosial şəbəkələrə yüklənib.
NASA mütəxəssisləri bu hadisənin yerli vaxtla saat 8:41-dən 9:25-ə qədər davam etdiyini bildirib.
Muxalifet2 - 27-10-2017
Məhşur futbolçu arvadını vəhşicəsinə döydü
“Lans” klubunun kapitanı Nikolya Duşe polis tərəfindən saxlanılıb. Muxalifet.az-ın xarici mətbuata istinadən məlumatına görə, buna səbəb 37 yaşlı qapıçının həyat yoldaşını vəhşicəsinə döyməsi olub.
Belə ki, PSJ-nin sabiq üzvü içkili vəziyyətdə evə gedərək, xanımını döyüb. Polis evə getdikdə qadın paltarsız vəziyyətdə və bədəni yara içində olub. Duşenin həyat yoldaşını saçından tutaraq sürüdüyü və başını bir neçə dəfə divara çırpdığı bildirilib.
Muxalifet2 - 27-10-2017
Həbs olunmaları tələb edilən jurnalistlərin ölkə rəhbərinə qarşı etdiyi növbəti - SİRLİ ADDIM
Ötən ay Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən 4 Türkiyə vətəndaşından biri, HDP-nin keçmiş millət vəkili Ufuk Uras Ərdoğanla birgə fotosunu Tvitterdə paylaşdıqdan sonra silib.
Muxalifet.az xəbər verir ki, Uras Tvitterdə Rəcəb Tayyip Ərdoğanın Baş nazir olduğu dövrdə “aydınlarla” birlikdə PKK-ya silahı buraxması ilə bağlı açıqlamasının yer aldığı qəzet maneştini paylaşıb.
Muxalifet2 - 27-10-2017
Rusiya: S-500 ABŞ-ın hücumunun qarşısını alacaq
S-500 raket əleyhinə müdafiə sistemlərinin sayəsində Rusiyanın üzərində ABŞ-ın ani qlobal hücum konsepsiyasını həyata keçirməsi mümkün olmayacaq.
Muxalifet.az xəbər verir ki, bunu "Milli Müdafiə" ("Natsionalnaya Oborona") jurnalının baş redaktoru İqor Korotçenko bildirib.Muxalifet2 - 27-10-2017
Kremldən Jirinovskiyə böyük jest – 14 MƏRTƏBƏLİ BİNA
Rusiya hökuməti Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovskinin İnstitutunun Kremldən üç kilometr uzaqlıqda yerləşən Elmlər Akademiyasına məxsus hündürmərtəbəli binaya köçürülməsinə hazırlaşır. Bununla da hakimiyyət Vladimir Jirinovskiyə uzun illərdir sadiqliyinə görə minnətdarlığını bildirmək istəyir.
Muxalifet.az xəbər verir ki, bu barədə BBC-nin Rusiya xidməti informasiya yayıb.Muxalifet2 - 27-10-2017
İki boksçumuz Avropa birinciliyinin finalında
Türkiyənin Antalya şəhərində keçirilən gənc boksçular arasında Avropa birinciliyində finalçıların adına aydınlıq gəlib. Azərbaycan millisinin 2 boksçusu da adını həlledici döyüşə yazdırıb.
Muxalifet.az-ın məlumatına görə, baş məşqçi Vaqif Şirinovun yetirmələrindən Amin Kuşkov yarımfinal görüşündə İvan Papakinlə (Ukrayna) üz-üzə gəlib. 75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz rəqibinə heç bir şans verməyib - 5:0.
O, finalda rusiyalı Daniel Teterevlə qüvvəsini sınayacaq.Muxalifet2 - 27-10-2017
İranda zavodda güclü partlayış: Altı nəfər ölüb
İranın paytaxtı Tehranın yaxınlığında neft emalı zavodunda güclü partlayış baş verib.
Muxalifet.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, hadisə nəticəsində ən azı altı nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.
İnsident yerli vaxtla saat 16:00-da qeydə alınıb. Partlayış nəticəsində ərazidə yanğın olub.
Muxalifet2 - 27-10-2017
İşsizlik, aclıq bəhanədir - "Yüksək maaşla 1.6 milyon iş yeri var..." - İdris İsayev
"Azərbaycanda qeyri-formal məşğulluqla mübarizənin gücləndirilməsi ilə paralel olaraq qeyri-formal əmək münasibətlərindən formal əmək münasibətlərinə keçidin stimullaşdırılmasına yönələn institusional və praktiki platformanın formalaşdırılması, vətəndaşların məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması, onların əmək və sosial hüquqlarının qorunması, maddi və sosial tələbatlarının ödənilməsi islahatların əsas hədəflərindəndir".
Muxalifet2 - 27-10-2017
İspaniya hökuməti Kataloniya parlamentini buraxıb
İspaniya hökuməti Kataloniya parlamentinin buraxılmasına dair qərar qəbul edib.
Muxalifet.az-ın Reuters-ə istinadən məlumatına görə, bu barədə İspaniyanın baş naziri Mariano Rahoy bəyan edib.
Kataloniya rəhbəri Karles Puçdemon və onun rəhbərlik etdiyi hökumət üzvləri vəzifələrindən kənarlaşdırılıblar.
Parlamentə növbədənkənar seçkilər dekabrın 21-də keçiriləcək.
Muxalifet2 - 27-10-2017
Tanınmış reper Elşad Xoseni polis saxlayıb? – OKSANADAN AÇIQLAMA...
Bu gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
"Qafqazinfo” xəbər verir ki, buna səbəb onun keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanın polisə şikayəti olub. Belə ki, rəqqasə polisə müraciət edərək Xose tərəfindən döyüldüyünü bildirib.Muxalifet3 - 28-10-2017
Ərdoğan Azərbaycan səfirini ailəsi ilə birlikdə qəbul etdi – FOTOLAR
Azərbaycanın Türkiyədəki yeni səfiri Xəzər İbrahim etimadnaməsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Anadolu agentliyi xəbər verir ki, X.İbrahim Prezident sarayında keçirilən görüşdə həyat yoldaşını, övladlarını və səfirliyin əməkdaşlarını da təqdim edib.
Görüşdən fotoları təqdim edirik:Muxalifet3 - 28-10-2017
“Belə suallarla mənim fikrimi yayındırmayın” – QURBAN QURBANOV
Topaz Premyer Liqasının 10-cu turunda evdə “Səbail”ə qalib gələn (1:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Muxalifet.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:Muxalifet3 - 28-10-2017
Azərbaycan millisi Çempionlar Liqasının qalibinə tapşırıla bilər
Futbol üzrə Azərbaycan milli komandasına Roberto Di Matteo baş məşqçi təyin oluna bilər.
Bu barədə "Report" "Tuttomercato" nəşrinə istinadən məlumat yayıb. Məlumata görə, AFFA rəhbərliyi italiyalı mütəxəssislə əlaqə saxlayıb.
Di Matteoya yığmanın sükanı arxasında Robert Prosineçkini əvəzləməsi təklif olunub. Onun təklifə reaksiyası məlum deyil. Prosineçki ilə müqavilənin uzadılmayacağı oktyabrın 26-da açıqlanıb.Muxalifet3 - 28-10-2017
İvanişvilinin sərvəti 5,7 milyarda çatdı – 275 MİLYONLUQ ARTIM
Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili sərvətini 275 milyon dollar artırıb.
Bu barədə informasiyanı Gürcüstan mətbuatı “Blomberq” agentliyinin milyarderlərlə bağlı hazırladığı reytinq cədvəlinə istinadən yayıb. Mətbuat İvanişvilinin sərvətinin 5,72 milyard dollara çatdığını bildirib. O, dünya milyarderləri sırasında 307-ci yerə yüksəlib.
Qeyd edək ki, İvanişvili Gürcüstanın boz kardinalı hesab edilir. Hakim Gürcü Arzusu Partiyasının rəhbəri olan İvanişvili vəzifədə olmasa da, ölkənin bütün siyasi sisteminə təsir etmək gücünü əlində saxlayır.Muxalifet3 - 28-10-2017
"Putinin əfv etdiyi şəxslərin gələcəyi Türkiyə ilə bağlıdır" - KONSTANTİNOV
Prezident Vladimir Putinin əfv etdiyi Krım məclisinin səlahiyyətli nümayəndələri yarımadada heç bir təsirə malik deyillər.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Krım Dövlət Şurasının sədri Vladimir Konstantinov çıxış edib.
"Krım Tatar Milli Məclisinin liderləri Axtem Çiygöz ilə Ulmi Umerovun gələcəyi Türkiyə və Ukrayna ilə bağlıdır, onlar Krımda heç bir təsirə malik deyillər", - Konstantinov vurğulayıb.Muxalifet3 - 28-10-2017
Ukrayna-NATO sammitinin çağırılmasına VETO
Macarıstan hökuməti Ukrayna-NATO sammitinin çağırılmasına veto qoyub.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Nazirin bəyanatı Macarıstan XİN-in rəsmi saytında yerləşdirilib.
Bəyanatda qeyd olunur ki, Ukraynanın təhsil haqqında qanunu etnik azlıqların hüquqlarını pozur.
“Macarıstanın vetosunu nəzərə almamaq mümkün deyil, çünki NATO sammitinin çağırılması üçün quruma üzv olan ölkələrin yekdil qərarı gərəkdir”, bəyanatda vurğulanıb.Muxalifet3 - 28-10-2017
Samux sakini sinəsindən vuruldu
Samuxda bıçaqlanma olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun İnstitut qəsəbə sakini, 1994-cü il təvəllüdlü Baxşəliyev İsmayıl döş qəfəsinin sağ tərəfinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin orta ağır olduğu bildirilir. İ.Baxşəliyevin kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.Muxalifet3 - 28-10-2017
1700-ə yaxın şirkət Kataloniyanı tərk etdi
Bu günədək 1681 şirkət Kataloniyanı müstəqillik referendumundan sonra tərk edərək İspaniyanın digər bölgələrinə üz tutub. Bu barədə “La Vanguardia” qəzeti xəbər verib.
Məlumata görə, oktyabrın 2-dən başlayan işgüzar dairələrin axını bu günədək davam edir.
Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya bölgəsində müstəqillik referendumu keçirilib. Referendumda iştirak edənlərin 90 faizi müstəqilliyin lehinə səs verib. Bu gün Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edilib. İspaniya Senatı isə Kataloniyanın muxtariyyətini ləğv edib.Muxalifet3 - 28-10-2017