Nazirin avtomobil karvanı qəzaya uğradı – TÜRKİYƏDƏ

Türkiyənin təhsil naziri İsmət Yılmazın avtomobil karvanı qəzaya uğrayıb.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, qəza ölkənin Sivas vilayətində baş verib.
Hadisə nəticəsində yaralanan olmasa da, nazirin karvanındakı bəzi avtomobillər yararsız hala düşüb.