Ərdoğan Bakıya gəlir - SƏFƏR PROQRAMI AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
R.T.Ərdoğan 30-31 oktyabr tarixlərində baş tutacaq səfərdə prezident İlham Əliyevlə görüşəcək.
Tərəflər Yüksək Səviyyəli Strateji İşbirliyi Şurasının 6-cı toplantısı çərçivəsində bir araya gələcək.
Qonaqlar Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin oktyabrın 30-da başlanacaq qatar səfərlərinin açılış mərasiminə qatılacaq. Mərasimdə Gürcüstanın baş naziri Corci Kvirikaşvili də iştirak edəcək.
Bir neçə nazirin də qatılacağı toplantıda və görüşlərdə qarşılıqlı əməkdaşılığın bütün detalları müzakirə ediləcək.
Bununla yanaşı tərəflər arasında Dağlıq Qarabağ problemi başda olmaqla, regional və beynəlxalq münaqişələr müzakirə ediləcək.
Toplantı çərçivəsində iki ölkə arasında müxtəlif işbirliyi sahələrini əhatə edən sənədlər imzalanacaq.
Türkiyə prezidentinin Azərbaycana ziyarəti iki ölkə arasındakı diplomatik münasibətlərin yaranmasının 25-ci ilinə təsadüf etməsi baxımından da əhəmiyyətli hesab edilir./publika.az/