Axtarış
The search found 105793 results in 0.028 seconds.
Search results
ABŞ-dan Şimali Koreyaya qarşı növbəti həmlə
ABŞ Maliyyə Nazirliyi Şimali Koreyanı hərbi təhlükəsizlik komandanlığının rəhbərliyinə qarşı sanksiya qəbul edib.
Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, sanksiyalar siyahısında bir sıra hökumət üzvləri də qeyd edilib.
Belə ki, sanksiyalar Əmək nazirinə, Xarici Tikinti Bürosunun rəhbərinə, KXDR-nin Çinin Şenyan şəhərindəki konsuluna və Xalq Təhlükəsizlik rəhbərinin müavininə qarşı qəbul edilib.
Muxalifet2 - 26-10-2017
Cüdoçumuz Abu-Dabidə gümüş medal qazandı
Oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürüb.
Muxalifet.az xəbər verir ki, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə bir medal yazdırıb. Altmış altı kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə finaladək Çin, Moldova, Gürcüstan və Rusiya idmançılarına qalib gəlib. İdmançımız həlledici görüşdə israilli Tal Flikerə uduzaraq gümüş medala sahib olub.Muxalifet2 - 26-10-2017
Tarixçi İstanbul tapıntısından danışdı: Əgər sübut olunsa…
Türklərin indiki Anadolu ərazisində məskunlaşmasının tarixi heç də Malazgird döyüşündən başlamır. Tapılan maddi mədəniyyət nümunlərinin türk irsinə mənsub olması faktlarla sübuta yetirilərsə, bu, bütün tarixi faktları dəyişə bilər.
Muxalifet2 - 26-10-2017
Elektrik enerjisinə olan ölkədaxili ehtiyac nə qədərdir? — Proqnozlaşdırma başa çatmaq üzrədir
“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nə aid Tədbirlər planı çərçivəsində Energetika Nazirliyinin yerinə yetirəcəyi vəzifələr üzrə yaradılmış işçi qrupunun növbəti toplantısı keçirilib.
Muxalifet2 - 26-10-2017
Saatlıda 58 yaşlı kişi özünü asdı
Saatlıda intihar hadisəsi baş verib.
Muxalifet.az-ın report-a istinadən məlumatına görə, hadisə bu gün rayonun Musalı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 58 yaşlı Arif Sarı oğlu Əliyev yaşadığı evin həyətindəki tikilidə özünü asıb. İntiharın səbəbi hələlik məlum deyil.
Onun cəsədi qohumları tərəfindən aşkarlanıb.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Muxalifet2 - 26-10-2017
Tovuzlu qızı Bakıda kirayə qaldığı mənzildə zorladılar
Oktyabrın 25-də Nəsimi rayon Polis İdarəsinə 24 yaşlı qız zorlanma faktı ilə bağlı müraciət edib.
Muxalifet.az -ın xəbərinə görə, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.Muxalifet2 - 26-10-2017
İraq ordusundan həmlə: Bərzaniyə 4 istiqamətdən hücum
Mosulun şimal-qərbində İraq ordusu ilə peşmərgə qüvvələri arasında şiddətli döyüşlərin başlandığı bildirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə İraq Kürd Administrasiyasının Təhlükəsizlik Agentliyi məlumat yayıb.
Haşdi Şabinin də dəstək verdiyi ordu qüvvələrinin 4 istiqamətdən hücuma keçdiyi deyilib.
Belə ki, müttəfiq ordular Bardiye və Hamad Ağa kəndindən Ayn Uveysə, Muşrefdən Sufaya kəndinə, Rafia qəsəbəsindən isə Mahmudiyyəyə doğru peşmərgəyə qarşı hücuma keçiblər.Muxalifet2 - 26-10-2017
Suriya ordusu İŞİD-in anbarlarını ələ keçirdi - Video
Suriya ordusu İŞİD-dən azad etdiyi Mayadin və Deyr əz-Zor şəhərlərində terrorçuların istifadə etdiyi yeni rabitə və kəşfiyyat vasitələrinin yerləşdiyi anbarlara nəzarəti ələ keçirib.
Muxalifet.az xəbər verir ki, sözügedən ərazilərdən görüntülər yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Muxalifet2 - 26-10-2017
Neftin qiyməti sürətlə bahalaşır
ICE London qitələrarası birjasında keçirilən hərraclar zamanı Brent markalı neftin 1 barelinin 59 dolları ötüb.
Muxalifet.az bu barədə hərracların nəticələrinə istinadən xəbər verir.
Şimal dəniz neft qatışığının dekabr fyuçersləri bir barel üçün 1,06% artaraq 59,06 dollara çatıb.
Bundan əvvəl Dünya Bankı öz hesabatında 2018-ci ildə neftin qiymətinin bir barelə görə 56 dollara qədər artaracağını bəyan edib.
Muxalifet2 - 26-10-2017
Qazaxıstan kiril əlifbasından imitna edir – NAZARBAYEV FƏRMAN İMZALADI
Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax dili əlifbasının kirildən latına keçidi haqqında fərman imzalayıb.
Bu barədə məlumat dövlət başçısının saytında yerləşdirilib.
Ölkə hökumətinə əlifbanın dəyişdirilməsi məsələləri üzrə xüsusi komissiyanın yaradılması tapşırığı verilib. Latın əlifbasına keçidin mərhələli şəkildə 2025-ci ilədək reallaşdırılması planlaşdırılır.
90-cı illərdə Azərbaycan, Türkmənistan, Özbəkistan və Moldova rəsmi səviyyədə kiril əlifbasından imtina edib.Muxalifet3 - 27-10-2017
Övladını məktəbdən gətirən qadını maşın vurdu - BAKIDA
Bakının Binəqədi rayonu ərazisində qadını maşın vurub.
"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsinin Mikayıl Mikayılov küçəsində qeydə alınıb.
1990-ci il təvəllüdlü Paşayeva Elnarə Ramiz qızı övladını oxuduğu 301 saylı orta məktəbdən gətirən zaman onu minik avtomobili vurub. Yaralı qadın xəstəxanaya yerləşdirilib.
Hadisə barədə Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.Muxalifet3 - 27-10-2017
Sevgilisinin saçından tutaraq başını divara və döşəməyə vurub – TANINMIŞ FUTBOLÇU SAXLANILDI
Fransanın "Lans" klubunun qapıçısı Nikolya Duşez polis tərəfindən məişət zorakılığında şübhəli bilinərək saxlanılıb.
"Le Parisien" nəşri xəbər verir ki, sərxoş vəziyyətdə olan futbolçu öz sevgilisini möhkəm döyüb.
Polislər mənzilə gəldikdə qadın çılpaq şəkildə yerdə uzanmış vəziyyətdə olub. Onun bədənində qançır və yara izləri aşkar edilib.
Mənbənin məlumatına görə, Duşez qadının saçından tutaraq başını divara və döşəməyə vurub. Mənzildə pəncərənin şüşələri və güzgü, həmçinin qab-qacaq sındırılıb.
Döşəmədə və divarda qan izləri olub.Muxalifet3 - 27-10-2017
Koalisiya üç ildə 786 SAKİN ÖLDÜRDÜ
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın 2014-cü ilin sentyabr ayından 2017-ci ilin sentyabrına qədər Suriyada və İraqda İŞİD terror qruplaşmasının mövqelərinə endirdiyi hava zərbələri nəticəsində 786 mülki şəxs həlak olub.
"RİA Novosti" xəbər verir ki, 519 nəfərin ölüm xəbəri üzrə isə araşdırılma aparılır.
Bundan əlavə bildirilir ki, koalisiya qüvvələri bu vaxt ərzində İŞİD-in nəzarəti altında olan ərazilərin 95 faizini azad ediblər.Muxalifet2 - 27-10-2017
Avtobus sürücüsü döyüldü - BAKIDA
Onun sərnişin tərəfindən döyüldüyü ehtimal edilir
Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb.
Hadisə metronun "Koroğlu" stansiyası yaxınlığında baş verib.
70 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1965-ci il təvəllüdlü Nağıyev Məhəmməd Cahangir oğlu dayanacaqda mübahisə edib. Mübahisə zamanı o, orta yaşlı kişi tərəfindən döyülüb. Ehtimal edilir ki, hadisəni törədən şəxs sərnişin olub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı polis orqanına məlumat verilib(report).Muxalifet2 - 27-10-2017
Tramp əhaliyə 36,5 milyard DOLLAR AYIRDI
Ötən ay ard-arda baş verən “İrma”, “Harvi” və “Mariya” qasırğalarında, habelə ölkənin bir çox ştatlarında şiddətli yanğınların ziyan vurduğu ailələrə sosial yardım barədə qanun imzalanıb.
ABŞ prezidenti Donald Trampın zərərçəkmiş insanlara yardım məqsədi ilə imzaladığı qanunda əhaliyə 36,5 mlrd. dollar yardım ayrılacağı təsdiqlənib.Muxalifet2 - 27-10-2017
Bakıda iki uşaq anası özünü asdı – SON ANDA XİLAS EDİLSƏ DƏ...
Bakının Xəzər rayonunda özünü asan qadın qohumları tərəfindən xilas edilib.
İntihara cəhd hadisəsi Binə qəsəbəsində qeydə alınıb.
"Südçülük sovxozu"nda yaşayan 1985-ci il təvəllüdlü M.G. yaşadığı evdə özünü asıb. Qohumları onu görərək boğulmaqdan xilas ediblər. Lakin qadının vəziyyəti ağır olduğundan o, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.
G.Məmmədova ailəlidir, onun iki azyaşlı övladı var(report).Muxalifet3 - 27-10-2017
Rusiya ABŞ-a meyllənən müttəfiqini ŞANTAJ ETDİ
Rusiya Pakistanı silahlandıra bilər.
“Gazeta.ru” saytına açıqlamasında rusiyalı hərbi ekspert Konstantin Makienko söyləyib.Muxalifet2 - 27-10-2017
YAP-ın prezidentliyə namizədi kim olacaq – SEÇKİYƏ 4 AY QALMIŞ...
2018-ci il yaxınlaşdıqca prezident seçkisi ilə bağlı hazırlıqlar intensivləşməkdədir. Siyasi partiyalar namizədlərini, ayrı-ayrı şəxslər namizəd olacaqlarını elan edir. Artıq prezident seçkisinin keçirilməsi üçün dövlət büdcəsindən ayrılacaq vəsaitin də məbləği müəyyən edilib. 2018-ci il dövlət büdcəsi layihəsində seçkilərin keçirilməsi üçün 55 milyon 136 min 429 manat vəsait ayrılması nəzərdə tutulur.
Muxalifet3 - 27-10-2017
DÜŞMƏN 118 DƏFƏ ATƏŞ AÇDI
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub.
Muxalifet2 - 27-10-2017
Bakı “İsgəndər”ə alternativ sistemlərin istehsalını quracaq – İLGİNC GÖZLƏNTİ
Azərbaycan və Türkiyənin silahlanması yeni mərhələyə keçir; İki qardaş ölkə yerli hərbi və müdafiə sənayesini daha da gücləndirmək xətti götürüb; ekspert: “Azərbaycan artıq “Polonez” və zenit tipli raket sistemlərinin istehsalına başlaya bilər...”
Muxalifet3 - 27-10-2017