​PKK bu dəfə sakinləri HƏDƏF ALDI

PKK/PYD terror təşkilatı Rakka şəhərində evlərinə qayıtmaq istəyən dinc sakinləri atəşə tutub.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, terrorçular evlərindəki əşyaları aparmaq üçün gələn sakinlərdən 12 nəfəri ağır yaralayıb.
Rakka aktivistlərindən olan Məhəmməd əbu İsa mediaya verdiyi açıqlamada PYD-nin Rakkanın şərqindəki Məşləb məhəlləsinə heç kimi buraxmadığını deyib. O, terrorçuların dinc sakinlərin evlərini yağmaladığını bildirib. Buna görə də təşkilat Rakka sakinlərinin geri qayıtmasını istəmir.
Dinc sakinlərə silahlı hücum zamanı çəkilən görüntülərdə yaralanan sakinlər arasında qadın və uşaqların da olduğu görünür.
Qeyd edək ki, PKK terror təşkilatı ABŞ-ın dəstəyi ilə 17 oktyabrda İŞİD-i Rakka şəhərindən çıxarmışdı.