Axtarış

The search found 105795 results in 0.025 seconds.

Search results

  1. SOCAR Almaniyanın siyasi partiyasına 28 000 AVRO İANƏ ÖDƏYİB

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Almaniya Xristian-Demokratik İttifaqı Partiyasının (CDU)  Frankfurt özəyinə 28,000 avro ianə ödəyib.
     
    Bu məlumat ötən gün  Almaniya mətbuatında yayılıb. Məlumatda bildirilir ki, bu məsələ ilə bağlı həmin partiya ilə Bundestaq administrasiyası arasında uzun müddət məhkəmə çəkişməsi getsə də, ictimaiyyətin bundan xəbəri olmayıb.
    Yazıda qeyd edilir ki, pul iki tranşla göndərilib.  SOCAR 2012 – ci ilin fevral ayının sonunda CDU-nun Frankfurt  özəyinin hesabına əvvəlcə 3000 , daha sonra isə 25.000 avro köçürüb.

    Muxalifet - 27-10-2017

  2. ​Azərbaycanın daha bir cüdoçusu "Böyük Dəbilqə"də medal qazandı

    Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə "Böyük Dəbilqə” turnirində Azərbaycan milli komandası daha bir medal qazanıb.

    Muxalifet2 - 27-10-2017

  3. ​ABŞ-ın Türkiyənin S-400 almasına qarşı çıxmasının SİRRİ

    “ABŞ Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına qarşı çıxır, çünki, öz təsirini itirmək istəmir”.

    Muxalifet.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Aleksandr Jillin ABŞ və NATO-nun S-400-lə bağlı Türkiyəyə təzyiq etməsini şərh edərkən bildirib.

    Rusiyalı ekspert deyir ki, NATO bu gün hər kəsin “yeganə müdir” olan Vaşinqtona boyun əydiyi düşərgədir: “Bu, “müdir” silahın kimdən və nə qədər alınacağını müəyyənləşdirir. ABŞ “müdir” olduğu düşərgədə təsirini itirmək istəmir. Buna görə də Türkiyəyə qarşı çıxır”.

    Muxalifet2 - 27-10-2017

  4. ​Sobçak: Rusiya Krımda beynəlxalq öhdəlikləri pozub

    Krımda yeni referendum keçirilməlidir.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak söyləyib. Onun sözlərinə görə, Krım böhranı ilə bağlı məsələdə hansısa kompensasiyadan da söhbət gedə bilər:
    “Rusiya beynəlxalq öhdəliyini pozub. Krımda insanlar yaşayır. Biz onlara geosiyasət subyekti kimi yanaşa bilmərik. Mən situasiyadan çıxış yolu kimi yeni referendumu görürəm”.
     

    Muxalifet2 - 27-10-2017

  5. ​Kataloniyanın muxtariyyəti ləğv edildi

    İspaniya parlamenti Kataloniyanın muxtariyyətini ləğv edib.
    Muxalifet.az xəbər verir ki, İspaniya konstitusiyanın 155-ci maddəsinin tətbiq olunmasına qərar verib. Bununla idarəçilik birbaşa rəsmi Madridin səlahiyyətinə keçib.
    Xatırladaq ki, bir qədər əvvəl Kataloniya parlamenti İspaniyadan müstəqilliyin elan olunması haqqında qətnaməni səs çoxluğu ilə təsdiqləyib.
     

    Muxalifet2 - 27-10-2017

  6. ​“Ilk növbədə arvadlarımızı onların əlindən almalıyıq…” – POLEMİKA

    Azərbaycan türk dilinin əsas prinsipi ahəng qanunudur, amma bunu tabuya çevirmək də doğru deyil.
    Muxalifet.az xəbər verir ki, bu sözləri  teleqraf.com-a açıqlamasında şair Aqşin Yenisey dilimizdə yeni söz yaradıcılığının hansı prinsiplərə əsaslanmasından danışarkən bildirib.

    Muxalifet2 - 27-10-2017

  7. ​Dünyanın yiyəsi və onu idarə edənləri siz də tanıyın - 1542 MİLYARDER

    2016-cı illə müqayisədə 2017-ci ildə dollarla sərvət saxlayan milyarderlərin sayı 145 nəfər artaraq 1542 nəfərə çatıb.
    Muxalifet.az xəbər verir ki, Türkiyə bu siyahıda 12-ci yerdədir.
    Ən çox milyarder ABŞ-dadır. Ancaq yaxın 2-3 ildə Çin və Hindistan milyarderlərinin ABŞ zənginlərini ötüb keçəcəyi gözlənilir.
    İsveçrənin UBS Bankının milyarderlər haqqında hesabatına görə, dünyadakı milyarderlərin toplam sərvəti 2016-cı illə müqayisədə 17 faiz artıb. Hazırda dünya milyarderlərinin əlində 6 tirlyon dollar cəmləşir.

    Muxalifet2 - 27-10-2017

  8. ​Kennedinin qətlinə dair məxfi sənədlər üçün 100 MİN DOLLAR MÜKAFAT

    WikiLeaks təşkilatı ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qətlinə dair ABŞ hökumətinin dərc etməyəcəyi məxfi sənədləri təqdim edən şəxsə 100 min dollar mükafat verəcək. Bu barədə Azərtac məlumat yayıb.
    Muxalifet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, mükafat materiallar qanun pozuntusunu, yarıtmaz fəaliyyəti və ya ABŞ hökumətinin səhvlərini üzə çıxaracağı təqdirdə veriləcək. Bu barədə məlumat təşkilatın rəsmi “Twitter” səhifəsində yerləşdirilən bəyanatda yer alır.

    Muxalifet2 - 27-10-2017

  9. ​Abadi də qərar verdi: 24 saat müddətinə dayandırıldı

    İraq ordusu ilə peşmərgə qüvvələri arasında atəşkəs elan edilib.
     
    Muxalifet.az xəbər verir ki, İraq Baş naziri Heydər Abadi də hərbi əməliyyatların 24 saat müddətinə dayandırılması barədə qərar verib.
    Qeyd edək ki, Abadi eyni zamanda İraq ordusunun baş komandanı vəzifəsini tutur.
     

    Muxalifet2 - 27-10-2017

  10. ​Xəzər-2017 beynəlxalq təlimi keçiriləcək

    Noyabrın 2-3-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Xəzəryanı ölkələrin Xəzər-2017 beynəlxalq təlimi keçiriləcək.
    FHN-dən Muxalifet.az -a verilən məlumata görə, bununla əlaqədar Bakının Qaradağ rayonu ərazisində təlimə hazırlıqla bağlı birgə məşqlər keçirilir.
     

    Muxalifet2 - 27-10-2017

  11. ​Konstitusiya Məhkəməsi növbəti açıq iclasını keçirdi

    Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
    Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

    Muxalifet2 - 27-10-2017

  12. ​Ərbillə Bağdad arasındakı atəşkəs yalan çıxdı - YENİLƏNDİ

    İraq ordusu və peşmərgə arasında atəş barəsində razılığa gəlinib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
    Qeyd edək ki, İraq Kürd Muxtariyyətində keçirilən referendumdan bir qədər sonra tərəflər arasında şiddətli döyüşlər olub. İraq ordusu bir neçə strateji bölgəni peşmərgədən azad edib.

    20:17

    Muxalifet2 - 27-10-2017

  13. ​Rusiya Qərbə embarqonu genişləndirdi - SİYAHI

    Rusiya hökuməti Qərbə qarşı ərzaq embarqosunun siyahısını genişləndirib.
    Muxalifet.az xəbər verir ki, Avropa Birliyi, ABŞ, Kanada və digər ölkələrdən canlı donuz və bəzi məhsulların idxalını qadağan edib.
    Verilən qərarda bildirilir ki, Rusiyaya idxalı qadağan olunan kənd təsərrüfatı məhsullarının, xammalların və ərzaq məhsullarının siyahısına canlı donuzlar, həmçinin ferma heyvanlarından əldə edilən bəzi ərzaq məhsulları və yağlar daxil edilib. Məhsulların idxalı ilə bağlı gətirilən məhdudiyyətlər Rusiyanın daxili ehtiyaclarına təsir etməyəcək.
     

    Muxalifet2 - 27-10-2017

  14. ​Ən güclü smartfonların – REYTİNQİ

    Mobil cihazların sürətini təhlil edən AnTuTu proqramının yaradıcıları 2017-ci ilin sentyabr ayı üçün dünyanın ən yaxşı smartfonlarının reytinqini açıqlayıb.
    Muxalifet.az-ın məlumat verir ki, əgər bir ay əvvəl, avqust siyahısında OnePlus 5 və HTC U11 smartfonları liderlik edirdisə, hazırda ilk pillələrdə Apple istehsalı olan  iPhone 8 Plus (217 min xal) və iPhone 8 (209 min xal) qərarlaşıb.

    Muxalifet2 - 27-10-2017

  15. ​Neftin qiyməti 60 dollara çatdı – 2015-ci ildən ilk dəfə

    ICE London qitələrarası birjasında keçirilən hərraclar zamanı Brent markalı neftin 1 barelinin qiyməti 3 iyul 2015-ci il tarixdən ilk dəfə 60 dollara çatıb.
    Muxalifet.az bu barədə hərracların nəticələrinə istinadən xəbər verir.
    Şimal dəniz neft qatışığının dekabr fyuçersləri bir barel üçün 1,18% artaraq 60 dollara satılıb.
    WTI neftinin 1 barelinin qiyməti isə 1,48% bahalaşaraq 53,42 dollara olub.
     

    Muxalifet2 - 27-10-2017

  16. ​İraqın şimalında hərbi əməliyyatlar dayandırılıb

    İraq hökuməti ölkənin şimalında həyata keçirdiyi əməliyyatları dayandırıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumat İraqın Baş naziri Heydər əl-Abadi tərəfindən verilib. Baş nazir bildirib ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya bu gün İraq və Kürd qüvvələri arasında atəşkəs elan edib.
    Yeni qərara görə, ölkənin şimalında hərbi əməliyyatlar 24 saatlıq dayandırılıb. Hökumətin fikrincə, atəşkəs İraq ordusunun qan tökülmədən bütün mübahisəli bölgələrdə yerləşdirilməsinə imkan yaratmalıdır.

    Muxalifet2 - 27-10-2017

  17. Ermənistanda bu malların qiyməti 5 dəfə bahalaşacaq

    Gələn il Ermənistanda yanacaq-sürtkü malları 5 dəfə bahalaşacaq.
    Muxalifet.az xəbər verir ki, 2018-ci il yanvarın 1-dən gündəlik tələbat mallarının qiymətinin də artması gözlənilir.
    Qəzet yazıb ki, benzinin bir tonunun aksizi 52 dollardan (25 min dram) 83,3 dollaradək (40 min dram), yanacaq-sürtkü mallarının aksizi 5 dəfə, spirtli içkilərin və tütün məmulatlarının aksizinin də artacağı gözlənilir.
     

    Muxalifet2 - 27-10-2017

  18. ​Kim Çen İn İtaliyada – Foto

    İtaliyada əkin sahələrindən birində Şimali Koreya lideri Kim Çen İnin portreti peyda olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə yerli “II Gazzettino” nəşri informasiya yayıb.
    Portret italiyalı sənətçi Dario Qambarinin əsəridir. Şəkil Verona yaxınlığındakı Kastaqnaro şəhərində təxminən 2 hektar ərazidə yerləşir.
    Şimali Koreya liderinin təsvirində baş hissədə iki raket təsvir olunub və aşağıda "Danger" (təhlükə) yazılıb.
    “Mənim işim yalnız bu problemi mümkün qədər tez və diplomatik yolla həll etmək arzusunu ifadə edir”, - Qambarin deyib.
     
     

    Muxalifet2 - 27-10-2017

  19. ​"Atletiko" - "Qarabağ": Nə qədər bilet satıldı?

    “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Atletiko" ilə keçirəcəyi oyun üçün kluba bilet ayrılıb.
    Klubun mətbuat xidmətindən Muxalifet.az-a bildirilib ki, Azərbaycanda yaşayan azarkeşlər üçün Bakıda satışa çıxarılan biletlərin ümumi sayı 200 ədəd olub və bu günə olan məlumata görə, bütün biletlər satılıb.
    Xatırladaq ki, ÇL-in 4-cü turunun “Atletiko” – “Qarabağ” oyunu oktyabrın 31-də keçiriləcək.
     

    Muxalifet2 - 27-10-2017

  20. ​Bakının bu ərazilərində bütün köhnə tikililər söküləcək – VİDEO

    Paytaxtın “Papanin” və “Kubinka” kimi tanınan ərazilərdə bütün köhnə tikililər söküləcək. 
    Muxalifet.az-ın xəbərinə görə, Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Qurban İsmayılov Xəzər TV-yə bildirib ki, artıq Nəsimi rayonunun bir neçə hissəsində söküntü işlərinə başlanılıb.
    Nəsimi rayon icra hakimiyyəti rəsmisinin sözlərinə görə, sahibkarların da yeni binaların inşasına marağı böyükdür və bunun üçün çoxsaylı müraciətlər var.

    Muxalifet2 - 27-10-2017

Pages