Axtarış
The search found 105795 results in 0.041 seconds.
Search results
Rusiya kosmosa OVÇU PEYK yollayır
Rusiyanın Federal Kosmik Agentliyi orbitə buraxılan istənilən kosmik gəmi və peyklərin yaxınlığına gedərək "casus" funksiyasını yerinə yetirə və lazım olan informasiyaları bazaya ötürə bilən hərbi kəşfiyyat peykini uğurla sınaqdan çıxarıb.
Rusiyanın Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, həbi kəşfiyyat peyki orbitə göndərilib.Muxalifet2 - 27-10-2017
Kənd və qəsəbələrdən Sumqayıta gedən marşrutların fəaliyyəti dayandırıldı - SƏBƏB
Novxanı, Binəqədi, Ceyranbatan, Saray qəsəbələri və Xırdalan şəhərindən Sumqayıta işləyən marşrut avtobuslarının fəaliyyəti dayandırılıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Trend-ə Sumqayıt şəhər sakinləri məlumat verib.Muxalifet2 - 27-10-2017
Avtobusla "Kamaz" toqquşdu - XƏSARƏT ALANLAR VAR
Bakı-Qazax yolunda sərnişin avtobusu qəzaya düşüb.
Muxalifət.az xəbər verir ki, hadisə magitralın Ağdaş rayonu, Əmirarx kənd ərazisindən keçən hissəsində baş verib.
“İkarus” markalı avtobus “Kamaz” markalı yük maşınına ilə toqquşub.
Nəticəsində sürücü Tovuz rayon sakini, 1982-ci il təvəllüdlü Elşad Məmmədov ağır yaralanıb. Qəza nəticəsində daha bir neçə nəfərin də xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır./report/Muxalifet2 - 27-10-2017
Tovuzda 3 otaqlı EV YANDI
Tovuzda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Kirən kəndində ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Evə bitişik tikilmiş tövlə yanğından mühafizə olunub. Yanğın söndürülüb.Muxalifet2 - 27-10-2017
Misirdə 13 terrorçu MƏHV EDİLİB
Misirin “Al Youm as Sabia” nəşri ölkənin təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadla xəbər verir ki, Qahirədən cənub-qərbdə yerləşən Al-Vahat rayonundakı səhralıqda Misirin təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatının gedişində 13 terrorçu məhv edilib.
Muxalifet2 - 27-10-2017
Lotu Qulinin qayıdışı: Kriminal aləmi nələr gözləyir? - FOTO
Quli İstanbuldadır. İçəridə olarkən ona biət edən, müttəfiqi olanlar da artıq yanına axışır.
Muxalifət.az lent.az-a istinadla xəbər verir ki, bu sırada ən azı Rafət Əlibayramlinski və hazırda Avstriyada yaşayan Saşa Kuşneri göstərmək olar.
Telefonla təbrik zəngləri isə ara vermir. Keçmiş SSRİ-nin hər yerindən, Avropadan, ABŞ-dan gələn zənglərdə 45 yaşlı qanuni oğruya təbriklər çatdırılır.Muxalifet2 - 27-10-2017
Kataloniyadan şok addım: MÜSTƏQİLLİYİNİ ELAN ETDİ
İspaniyada yerləşən Kataloniya Muxtar Vilayəti təktərəfli müstəqilliyini elan edib.
Xəbər yenilənir.Muxalifet2 - 27-10-2017
“Qarabağ” matçının BÜTÜN BİLETLƏRİ SATILDI
Təmsilçimiz “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində İspaniyanın “Atletiko” komandası ilə qarşılacaq.
Səfər matçı 31 oktyabrda İspaniyanın “Estadio Metropolitano" stadionunda baş tutacaq.
Stadionun “Qarabağ” azarkeşləri üçün nəzərdə tutulan bütün biletləri artıq satılıb.Muxalifet2 - 27-10-2017
Bakıda aptek satıcısına cinayət işi açıldı - RESEPTSİZ PSİXOTROP DƏRMAN SATIRMIŞ
Paytaxtda fəaliyyət göstərən bəzi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılması barədə vətəndaşlardan daxil olmuş müraciətlər Bakı şəhər prokurorluğunda araşdırılıb.
Muxalifet2 - 27-10-2017
Arda Turan İngilis KOMANDASI ILƏ ANLAŞDI
Arda Turan Barcelonadan ayrılmaq üçün günlərini sayır. Milli futbolçu İngilis komandası olan“Newcastle United” ilə anlaşdı. Yaxın günlərdə imzaların atılması gündəmdədir.
Muxalifet - 27-10-2017
Ukrayna əsgərləri ruslara atəş açdı - GƏRGİNLİK
Ukrayna əsgərləri Ortaq Nəzarət və Koordinasiya Mərkəzinin (JCCC) müşahidə nöqtəsinə odlu silahlardan atəş açılıb.
Publika.az xəbər verir ki, bu barədə koordinasiya mərkəzinin rəhbəri Ruslan Yaqubov məlumat verib.
Mərkəzdə rus, ukraynalı və Donetsk Xalq Respublikasının səlahiyyətli nümayəndələrinin olduğu bildirilib.
Son məlumata görə, atəş hazırda da davam edir.Muxalifet2 - 27-10-2017
Həbsi viza qadağasına səbəb olmuş MUSTAFA TOPUZUN WHATSAPP DANIŞIQLARI AÇILIB
Hurriyyet.org xəbər verir ki, sentyabrın 25-də həbs edilən ABŞ İstanbul Baş Konsulluğunun əməkdaşı Mətin Topuzun istifadə elədiyi və müsadirə olunan cib telefonunun şifrəsi İstanbul şəhər polis şöbəsinin əməkdaşları tərəfindən qırılıb. Topuz həbs ediləndən sonra ABŞ, telefonun onlara məxsus olduğunu bildirərək, Amerikaya verilməsini tələb eləmişdi.
Telefondakı WhatsApp qeydlərində Topuzun konsuluqda işləyən amerikalı diplomat ilə Rza Zərrabın həbsi barəsindəki danışıqları qalıb.Muxalifet2 - 27-10-2017
DTX növbəti antiterror əməliyyatı keçirib, daha 4 NƏFƏR SAXLANILDI
Dövlət Təhlükəsizliyi Xidməti cinayət işi ilə bağlı istintaq sirri ilə məhdudlaşmayan hissədə video-audio materialları ictimaiyyətə təqdim edəcək
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə intensiv antiterror tədbirləri davam edir.Muxalifet2 - 27-10-2017
Goranboyda pambıqçıları daşıyan AVTOBUS KÖRPÜDƏN AŞIB, XEYLİ YARALI VAR
Goranboyda avtobus körpüdən aşıb.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb.
Xeyli yaralının olduğu bildirilir.
Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 27-10-2017
Avtomobildə jalüz və pərdələrə icazə başa çatır – DYP-dən XƏBƏRDARLIQ
Avtomobildə jalüz və pərdələrə icazə noyabr ayının 15-dən etibarən başa çatır.
Muxalifet2 - 27-10-2017
Kataloniyanın müstəqillik elanından sonra NƏLƏR OLACAQ?
İndi hər kəsin başında eyni sual var: Bundan sonra nə olacaq?
Kataloniyanın bu addımı ilə əslində təkcə İspanya deyil,, Avropa xaosa sürüklənir.Muxalifet - 27-10-2017
İspaniya Senatı Kataloniyanın muxtariyyətini ləğv etdi - SİYASİ BÖHRAN BÖYÜYÜR
İspaniya Senatı Kataloniyada birbaşa idarəçiliyin tətbiqi barədə qərar qəbul edib.
Muxalifət.az xəbər verir ki, Senat hökumətin müraciəti əsasında İspaniya Konstitusiyasının 155-ci maddəsinin tətbiq olunmasına qərar verib. Bu, Kataloniyanın muxtariyyətinin müvəqqəti ləğvi və bölgənin mərkəzi hökumətin birbaşa idarəçliyinə keçməsi deməkdir. İspaniyanın baş naziri Mariano Rahoy “Twitter” sosial şəbəkəsindəki səhifəsində xalqı səbirli olmağa çağırıb.O, Kataloniyada qanunçuluğun bərpa ediləcəyini bildirib.Muxalifet2 - 27-10-2017
Avropa Şurası Azərbaycanla bağlı misli görünməmiş məhkəmə prosedurlarına başlayır
Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovun işi üzrə qərarının icrasının təmin edilməsi zərurəti ilə əlaqədar hüquqi tədbirlərə başlamaq niyyəti haqqında rəsmi bildiriş göndərib.
Muxalifet - 27-10-2017
Müsavat fəalı polisə çağırılıb
Bu gün Müsavat Partiyasının fəalı Fizuli Vəziroğlu Səbail rayon Polis İdarəsinə çağırılıb.
Bu haqda “Basta”ya məlumat verən müsavatçı bildirib ki, polis isarəsində ona çağırışın “adi söhbət” məqsədilə olduğunu deyiblər.
O, bu gün axşam saatlarında polis idarəsinə gedib.
“Mənə 28 oktyabr mitinqi ilə bağlı suallar verdilər, həmçinin ailə üzvlərim və yaxın qohumlarımla maraqlandılar”, – Fizuli Vəziroğlu bildirib.
Qeyd edək ki, bundan əvvəl Müsavat Partiyası Səbail rayon təşkilatının sədri Zakir İsmayıl da polisə çağırılıb.Muxalifet - 27-10-2017
İsmayıl Ömərov Gürcüstanda “Fəxri Vətəndaş” seçildi
İctimai Televiziya və Radio Yayımları Şirkətinin qurucu-baş direktoru və iki dönəm rəhbəri olmuş İsmayıl Ömərov Gürcüstanda, Bolnisi şəhərində öz müstəsna xidmətlərinə və görkəmli töhvələrinə görə “Fəxri Vətəndaş” seçilib.
Kult.az xəbər verir ki, “Fəxri Vətəndaş” diplomu və medalı Bolnisi Bələdiyyə üzvlərinin səsverməsi sonrasında yekdilliklə seçilmiş İsmayıl Ömərova bələdiyyə sədri tərəfindən təqdim edilib. Qaydalara görə, “Fəxri Vətəndaş” adı il ərzində bir dəfə keçirilən seçki nəticəsində müəyyənləşdirilərək, qalib gələn şəxsə təqdim oluna bilər.Muxalifet2 - 27-10-2017