Axtarış
The search found 105793 results in 0.03 seconds.
Search results
Düşmənin əsas yuvasına qurudan və havadan HÜCUM - Məhvetmə ƏMƏLİYYATI
Şimali İraq Kürd Muxtariyyətinə qarşı İraq və İranla birgə hərəkət edən Türkiyə PKK-ya qarşı da bu ölkələrlə birlikdə əməliyyat keçirməyə hazırlaşır.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, xüsusilə Ankara və Tehran arasında PKK və terror təşkilatının İran qolu olan PJAK-ı məhv etmə əməliyyatı müzakirə edilir.
“Yeni Şəfəq” qəzetinin əldə etdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri İranın Baş Qərargahı ilə birgə PKK-nın əsas yuvası olan Qəndilə əməliyyat keçirmək üçün hazırlığa başlayıb.Muxalifet2 - 27-10-2017
Qohumunun evindən QIZIL OĞURLAYANLAR TUTULDU
Neftçala rayonunun Qaraqaşlı kənd sakini oktyabrın 25-də Rayon Polis Şöbəsinə müraciət edərək, bir gün əvvəl evindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının və 80 manat pulunun oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəlilər müəyyən edilib, rayon sakinləri Murad Eyvazov və əmisi oğlu Camal saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.Muxalifet2 - 27-10-2017
Yaxın Şərqin muzdlu qatili MÜZAKİRƏÇİ TƏYİN OLUNDU - PROSESƏ SABOTAJ
"Yaxın Şərqin muzdlu qatili" olaraq adlandıran Məhəmməd Dahlan, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən Suriya müzakirələrinə nümayəndə təyin olundu.
Müxalifət.az xəbər verir ki, İsrail, Misir və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) muzdlu qatili Məhəmməd Dahlan Suriya müzakirələrinə qatılacaq.Muxalifet - 27-10-2017
MTRŞ-dan ATV-də yayımlanan reklama İRAD - Təhqiramiz, bayağı ifadələr var
“Efirdə ədəbi dil normaları ilə bağlı monitorinqlər bütün istiqamətlərdə, o cümlədən reklam mətnlərinin izlənilməsi ilə bağlı davam etdirilir və müvafiq arayışlar hazırlanır”.
Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.Muxalifet2 - 27-10-2017
Gəncədə baş verən atışmanın görüntüləri yayıldı - VİDEO
Srağagün Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında baş verən atışmanın videogörüntüləri yayılıb. Musavat.com-un əldə etdiyi lentdə hadisənin necə baş verdiyi görünür.
Qeyd edək ki, hadisə Kəpəz rayonunda yerləşən “Miraj” çay evində baş verib.
Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən “Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb. Edqar Nəsirov yaralı halda xəstəxanaya yerləşdirilib.Muxalifet2 - 27-10-2017
30 minlik telefon avadanlığı oğurlandı
Bakıda telefon mağazasından külli miqdarda məhsul oğurlanıb.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, oktyabrın 25-də Azadlıq prospektindəki mağazaların birindən 30.000 manat dəyərində mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən, orada satıcı işləyən paytaxt sakini Eşqin Nəbiyev saxlanılıb.Muxalifet2 - 27-10-2017
Tofiq Zülfüqarov Çingiz Abdullayevlə bağlı İFADƏ VERDİ: 4 milyonluq cinayətin MƏHKƏMƏSİ
Bakıda vətəndaşı qanunsuz azadlıqdan məhrum etməkdə və dələduzluqda təqsirli bilinən Çingiz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
Çingiz Abdullayev özünü təqsirli bilməyib.Muxalifet2 - 27-10-2017
Провокации многострадального народа - или на кого работает Sputnik?
Личные интересы превыше нравственности и морали
С 14 по 22 октября в Сочи состоялся XIX Всемирный фестиваль молодежи и студентов прошел. Он собрал более 20 тысяч молодых профессионалов в различных сферах в возрасте от 18 до 35 лет из более чем 180 стран. На открытии фестиваля принимал участие сам президент России Владимир Путин. Данное мероприятие собрало участников с разных стран мира. В свою очередь Азербайджан тоже был представлен на данном фестивале широкой делегацией.Muxalifet3 - 27-10-2017
XƏBƏRDARLIQ: Sabah bir sıra bölgələrdə GÜCLÜ KÜLƏK OLACAQ
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-14° isti, gündüz 18-23° isti, Bakıda gecə 12-14°, gündüz 21-23° isti olacağı gözlənilir.Muxalifet2 - 27-10-2017
Bərzani İSTEFAYA GÖNDƏRİLİR – PARTİYA SƏDRİ OLACAQ
İKBY rəhbəri Məsud Bərzaninin hökumət başçılığından azad edilərək, yalnız partiya sədri olaraq qalması müzakirə olunub.
Müxalifət.az Kürdüstan Demokratik Partiyasının (KDP) rəhbər kadrlarının Ərbildə mətbuata qapalı olaraq keçirdiyi iclasda, IKBY rəhbəri Məsud Bərzaninin hökumət rəhbərliyindən azad edilərək, yalnız partiya sədri olaraq qalması müzakirə olunub.Muxalifet - 27-10-2017
İtaliyada nəqliyyatın işi iflic oldu - TƏTİL DALĞASI
İtaliyada bu gün nəqliyyat sektorunun əməkdaşları ümummilli tətil elan edib.
Elan olunan tətillə əlaqədar avtobuslar, qatarlar, gəmi və təyyarələr fəaliyyətini dayandırıb. Tətil dörd saat davam edəcək.
Tətilin bütün iri şəhərlərdə planlaşdırıldığı bildirilib.
Məlumata görə, paytaxt Roma, Turin, Milan şəhərlərində səhər və günorta saatlarında metropoliten də işləməyəcək.
Əvvəlcə tətilin 24 saat davam etməsi nəzərdə tutulsa da, hökumətlə aparılan danışıqlar nəticəsində tətilin müddəti 4 saata endirilib.Muxalifet2 - 27-10-2017
““Qarabağ” “Atletiko”nun işini çətinləşdirdi” - Alonso
““Atletiko” böyük komandadır. Son illərdə bunu sübut edib”.
Bu sözəri Çempionlar Liqasında "Qarabağ"ın rəqibi olan “Çelsi”nin futbolçusu Marko Alonso “Marca”ya müsahibəsində deyib.
O, digər rəqibləri olan Madrid klubu haqqında danışarkən onların “Qarabağ”a qarşı keçirdiyi oyunu xatırlayıb. Alonso Bakıdakı 0:0-lıq heç-heçəni “Atletiko” üçün çox pis nəticə adlandırıb: “Onların bu mövsüm işləri elə də yaxşı getmir. “Qarabağ”la Bakıdakı 0:0-lıq heç-heçə çox pis nəticə idi. Bu “Atletiko”nun işini çətinləşdirdi”.|qafqazinfo.azMuxalifet - 27-10-2017
ABŞ İranı SIXIŞDIRIR: YENİ SANKSİYA QƏRARI
ABŞ Konqresinin Təmsilçilər Məclisi İranın uzaqmənzilli ballistik raket proqramını hədəfləyən qanun layihəsini qəbul edib.
Prezident Trampın 13 oktyabrda açıqladığı "Yeni İran Strategiyası" çərçivəsində səsverməyə çıxarılan qanun 423 səslə qəbul edilib. Qərar İranla imzalanmış nüvə müqaviləsinin əleyhinə olmamaq şərtilə qəbul olunub.
İranın raket proqramına dəstək olan şəxs və qurumları hədəfləyən qanuna Respublikaçı deputatlar Ed Roys və Eliot Engel rəhbərlik edib. Trampın imzası ilə qərar qüvvəyə minəcək.Muxalifet - 27-10-2017
Diqqət! Bazar günü saatlar geri çəkiləcək
Bu həftənin bazar günü, oktyabrın 29-da dünyanın təxminən 70 ölkəsində yay vaxtından qış vaxtına keçid edilməsi üçün saatların əqrəbləri bir saat geri çəkiləcək.
Dünyanın 130-dək ölkəsində, o cümlədən Azərbaycanda saatların əqrəbləri geri çəkilməyəcək.Muxalifet - 27-10-2017
ReAL-ın partiyaya çevrilməsi üçün yenidən müraciət edəcəyik — AÇIQLAMA
ReAL hərəkatının partiyaya çevrilməsi ilə bağlı bir müddətdir ki, mediada xəbərlər gedir.
ReAL hərəkatı qurultay keçirmək üçün Bakı Şəhər İcra hakimiyyətinə müraciət ünvanlasa da, şəhər meriası nəzərdə tutulan vaxtda qurultay keçirmək üçün yerin olmadığını bildirib.
ReAL hərəkatının partiyaya çevrilmə prosesi, qurultaya yerin ayrılmaması və İlqar Məmmədovun yazdığı nizamnamənin vəkilin əlindən alınması məsələsinə REAl hərəkatının icraçı katibi Natiq Cəfərli "Ölkə.Az"-da aydınlıq gətirib:Muxalifet - 27-10-2017
İŞİD-çilər Avropadan aylıq sosial təminat alırmış
Fransada 100-dən çox cihadçı ölkəni İŞİD sıralarına qoşulmaq üçün tərk etdikdən sonra belə sosial müavinətlərini mütəmadi olaraq almağa davam edib.
Bu barədə “Teleqraf” nəşri informasiya yayıb.Muxalifet2 - 27-10-2017
Toxuculuq fabrikində 37 FƏHLƏ ZƏHƏRLƏNDİ
Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər
Türkiyənin Dənizli əyalətinin Merkezefendi rayonunun Kumkısık məntəqəsində bir holdinqə məxsus toxuculuq fabrikində təbii qaz sızması nəticəsində 37 nəfər zəhərlənib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.
Hadisənin səbəbləri araşdırılır.Muxalifet2 - 27-10-2017
Gürcüstanda "Tramp göydələni" LƏĞV EDİLİR
2012-ci ildə "Trump Organization" və Gürcüstanın "Silk Road Group" şirkətinin birlikdə layihəsi olan Trampın adını daşıyan göydələn ləğv edilir.
Bu barədə "Silk Road Group" şirkərinin rəhbəri Qeorqi Ramişvili məlumat verib. Onun sözlərinə görə, həmin göydələnin yerində eyni layihə əsasında "İpək qala" adlı layihə tikiləcək.Muxalifet2 - 27-10-2017
Kataloniya bu gün yekun QƏRAR VERƏCƏK
İspaniyanın Kataloniya muxtar vilayəti rəhbərliyinin bu gün müstəqillik elan edib-etməyəcəyi məlum olacaq.
Kataloniya parlamenti bugünkü iclasda məsələ ilə bağlı qərar verəcək.
Xatırladaq ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Bununla belə, muxtar vilayət hələ müstəqilliyini elan etməyib.Muxalifet2 - 27-10-2017
“Qarabağ”la oyuna yalnız 3 xal üçün çıxacağıq” - DİEQO QODİN
“Son vaxtlar nəticələrimiz heç də gözlənildiyi kimi deyil. Xüsusən, Çempionlar Liqasında özümüzə bənzəmirik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Atletiko”nun futbolçusu Dieqo Qodin deyib.
La Liqanın X turu çərçivəsində oktyabrın 28-də öz meydanında “Vilyarreal”la qarşılaşacaq Madrid təmsilçisi 3 gün sonra Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ı qəbul edəcək.Muxalifet2 - 27-10-2017